24 Oktyabr 2026 18:07
197
SİYASƏT
A- A+
İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   


Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq və daxili ictimaiyyətə çatdırılması real faktlara, konkret nəticələrə və müasir kommunikasiya vasitələrinə əsaslanmalıdır.

Prezident İlham Əliyevin YAP-ın 8-ci qurultayında bəyan etdiyi kimi, milli inkişaf informasiya məkanında təqdim edilməli, məqsədli şəkildə Azərbaycan dilində yaradılmış təxribatçı informasiya resurslarının yaratdığı risklər zərərsizləşdirilməli, həmçinin ölkəyə qarşı yönələn qarayaxma kampaniyalarına faktlarla cavab verilməlidir.

Bu yanaşma Azərbaycanın müasir inkişaf mərhələsində ideoloji fəaliyyətin və informasiya təhlükəsizliyinin əhəmiyyətini ön plana çıxarır. Dövlət başçımızın müəyyənləşdirdiyi əsas vəzifələrdən biri  ölkənin əldə etdiyi nailiyyətlərin çatdırılması, milli maraqların müdafiəsi, informasiya məkanında yaranan çağırışlara müasir və sistemli yanaşmanın formalaşdırılması ilə bağlı idi.

Bu gün Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etmiş, beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirmiş dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və ölkənin digər bölgələrində həyata keçirilən layihələr Azərbaycanın inkişaf gündəliyinin mühüm istiqamətləridir. Bu reallıqların cəmiyyətə və beynəlxalq ictimaiyyətə çatdırılması həm də ölkəmizin milli maraqlarının müdafiəsinin tərkib hissəsidir. Bu, bəzi üzdəniraq qaraguruhçu dairələrin təxribatçı davranışları fonunda xüsusi aktuallıq kəsb edir.

Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri xaricdə Azərbaycan dilində fəaliyyət göstərən təxtibatçı informasiya resursları ilə bağlı idi. Təəssüf ki, belə resursların bəziləri ölkəmizə qarşı təxribat və dezinformasiya məqsədi daşıyır. Rəqəmsal informasiya mühitində bu məsələ həqiqətən də həssas yanaşma tələb edir. Əsas meyar yayılan məlumatların dəqiqliyi, mənbələrin etibarlılığı və faktların təqdim edilmə üsulu olmalıdır.

Azərbaycan əleyhinə qarayaxma kampaniyalarının əsas məqsədlərindən biri ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək və ictimai rəydə mənfi təsəvvür formalaşdırmaqdır. Ölkənin suveren qərarları, beynəlxalq tərəfdaşlıqları və davam edən inkişaf layihələri Azərbaycan haqqında formalaşdırılan təsəvvürlərin mühüm faktoloji əsasını təşkil edir.

Bu baxımdan, qarayaxma kampaniyalarına qarşı ən təsirli yanaşma dəqiq və operativ məlumatlandırma, peşəkar kommunikasiya olmalıdır. Dezinformasiyanın təsirini azaltmaq üçün vətəndaşların, xüsusilə gənclərin media savadlılığının artırılması, müxtəlif mənbələrdən gələn məlumatların müqayisə edilməsi vacibdir. Prezident İlham Əliyevin ideoloji işdə şablonlardan imtina və müasir üsullara keçid çağırışı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanın milli maraqlarının qorunması həm real inkişafın davam etdirilməsini, həm də həmin reallıqların informasiya məkanında düzgün təqdim olunmasını tələb edir. Ölkəmizə qarşı yönələn qarayaxma kampaniyalarının təsir imkanlarını məhdudlaşdırmaq üçün faktlara əsaslanan ictimai kommunikasiya, güclü informasiya savadlılığı və milli həmrəylik olduqca vacibdir.

Prezident İlham Əliyevin ideoloji risklərdən qorunmaq üçün təhsil və vətənpərvərliyi ön plana çəkməsi müasir dövrün çağırışları baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın bu bəyanatı da göstərir ki, informasiya təhlükəsizliyi artıq yalnız dövlət sərhədlərinin və rəqəmsal sistemlərin qorunması ilə məhdudlaşmır. İnternetin, sosial şəbəkələrin və süni intellekt texnologiyalarının geniş yayıldığı bir şəraitdə insanların düşüncəsinə, ictimai rəyə və milli kimliyə təsir göstərmək cəhdləri də yeni forma alır.

Burada əsas faktorlardan biri təhsildir. Çünki intellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur. Saxta xəbərlər, təhrif edilmiş faktlar, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər və məqsədli informasiya kampaniyaları insanların hadisələri düzgün qiymətləndirməsini çətinləşdirə bilər. Belə şəraitdə bilik  həm də informasiya təhlükəsizliyinin mühüm təminatlarından birinə çevrilir.

Burada əsas faktorkardan biri, heç şübhəsiz, vətənpərvərlikdir. Vətən müharibəsində qazanılmış Zəfər və ölkəmizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının tarixində mühüm mərhələdir. Bu nailiyyətlər milli özünəinamı gücləndirən, dövlətə bağlılıq hissini möhkəmləndirən amillərdir. Vətənpərvərlik həm də ölkənin maraqlarına təsir göstərən məsələlərə məsuliyyətlə yanaşmaq və milli dəyərləri qorumaq deməkdir.

Burada mühüm məqam təhsil və vətənpərvərliyin bir-birini tamamlamasıdır.

İdeoloji təhlükəsizliyin məqsədi manipulyasiya və məqsədli dezinformasiyanı müəyyənləşdirə bilən cəmiyyət formalaşdırmaqdır.

Beləliklə, təhsil və vətənpərvərliyin uzlaşdırılması informasiya məkanında mümkün çağırışlara daha hazırlıqlı olmağa, milli maraqların qorunmasına və ictimai dayanıqlılığın möhkəmlənməsinə xidmət edir.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!