27 Avqust 2026 08:00
195
SİYASƏT
A- A+
Artan geosiyasi və geoiqtisadi güc

Artan geosiyasi və geoiqtisadi güc


Avrasiyanın yeni düzənini formalaşdırır 


Mərkəzi Asiya və Cənubi Qafqaz bu gün artıq bir-birindən ayrı, qapalı regionlar deyil. Xəritəyə baxanda aramızda Xəzər dənizi və coğrafi sərhədlər olsa da, reallıqda bu tam fərqli xarakter daşıyır. Azərbaycanın atdığı addımlar, qurduğu nəqliyyat və enerji infrastrukturu göstərir ki, ölkəmiz Mərkəzi Asiyanın ayrılmaz parçasıdır. Bu gerçəkliyi Prezident İlham Əliyev 23 avqustda Daşkənddə verdiyi bəyanatda da vurğulayıb: "Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması ilə bağlı tarixi qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının formalaşdırılması istiqamətində mühüm addım oldu. Biz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər strukturlar çərçivəsində əsas beynəlxalq platformalarda müttəfiqlik dialoqunu gücləndirərək diplomatik fəaliyyətimizi ardıcıl şəkildə əlaqələndiririk".

Dövlətimizin başçısının bu sözləri Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın, Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın tarixi bağlar üzərində qurulan və bugünkü çağırışlara adekvat cavab verən birliyinin, gücünün dəqiq xülasəsidir.   


"C5"dən "C6"ya yüksələn nüfuzlu tərəfdaşlıq


Azərbaycanın regionda aparıcı rola sahib olması əlverişli coğrafi mövqeyi, zəngin ənənəvi və qeyri-ənənəvi resursları ilə bağlıdır. Lakin o da reallıqdır ki, əsas səbəb illərdir dövlətimizin həyata keçirdiyi çoxşaxəli, balanslaşdırılmış xarici siyasət, beynəlxalq hüquqa sadiqlik və daxildə qurulan güclü infrastrukturdur.

Ötən il Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu üzv seçilməsi də həyata keçirilən uzaqgörən siyasətin növbəti nəticəsidir. Bu addımla regional əməkdaşlıq "C5" formatından "C6" formatına keçdi. Yəni Mərkəzi Asiya beşliyi Azərbaycanı öz sırasına qəbul edərək Cənubi Qafqazla vahid iqtisadi-siyasi birlik formalaşdırdı.

Prezident İlham Əliyev bu inteqrasiyanın mahiyyətini Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi zamanı bu cür izah edib: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir... ...Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər "C5" adlanan əməkdaşlıq formatı faktiki olaraq "C6" formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb". 

Ölkəmizin rəhbərinin ifadə etdiyi bu yeni məna və miqyası dünya nəhəngi Çinin "Bir kəmər, bir yol" layihəsində Mərkəzi Asiyanın Avropaya çıxışının məhz Azərbaycanın geostrateji imkanları və yaratdığı tranzit şəraiti sayəsində mümkün və effektiv olması ilə əyani şəkildə görmüş oluruq. 


Qardaş ölkələrlə ikitərəfli əlaqələr dinamik inkişaf edir 


Azərbaycan Mərkəzi Asiya ölkələrinin hər biri ilə ayrılıqda strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində münasibətlər qurub. 

Azərbaycanın Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu münasibətlər ölkə rəhbərlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf edir. 2024-cü ilin avqustunda Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında müqavilədən sonra bu ilin 23 avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq haqqında Müqavilə" əlaqələrin keyfiyyətcə yeni və ən yüksək mərhələsini özündə əks etdirir. 

Diplomatik əlaqələri 1992-ci ildə qurulan Azərbaycan-Qazaxıstan arasında yaxın dostluq münasibətləri 2004-cü ildə Astanada imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2005-ci ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə möhkəmləndirilib. 

İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir. Ölkələrimiz nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün mühüm işlər görür.

2025-ci ilin oktyabrında Astanada keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və strateji tərəfdaşlıq müqaviləsinin 20 illiyi münasibətilə Azərbaycan ilə Qazaxıstan arasında imzalanan Birgə Bəyanat Xəzər üzərindən energetika və nəqliyyat marşrutlarının inteqrasiyasını sürətləndirdi. 

Azərbaycan və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir. Azərbaycan və türkmən xalqları arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir.

Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər tərəfdaşlığımızın inkişafını şərtləndirir.

Azərbaycan-Qırğızıstan əlaqələri də dinamik inkişaf edir. 

Prezident İlham Əliyevin cari il iyulun 30-da Qırğızıstana reallaşan dövlət səfəri, Çolpon-Ata şəhərində baş tutan yüksəksəviyyəli danışıqlar, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının növbəti iclası və imzalanan sənədlər iki qardaş ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsini göstərir. Ölkələrimiz arasında Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə imzalanaraq siyasi, təhlükəsizlik və hərbi sahədə qarşılıqlı öhdəliklər ən ali hüquqi səviyyədə təsbit olundu.

Region ölkələrindən olan Tacikistan ilə münasibətlərimiz xüsusi əhəmiyyət kəsb edir və bu əlaqələr yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə ucalıb.

Xalqlarımız arasında tarixi, mədəni və dini bağlılıqlar, eləcə də ali səviyyədə mövcud olan qarşılıqlı hörmət və ehtirama söykənən siyasi əlaqələr Azərbaycan-Tacikistan əməkdaşlığının təməlini təşkil edir. Azərbaycan ilə Tacikistan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.

Mərkəzi Asiya dövlətlərinin rəhbərlərinin işğaldan azad edilmiş ərazilərimizə səfər etmələri, Qarabağ və Şərqi Zəngəzura dost töhfələri bu birliyin, həmrəyliyin ən gözəl rəmzidir. 

Azərbaycanın Mərkəzi Asiya ilə qurduğu bu sarsılmaz körpü təkcə regionumuz üçün deyil, Şərqlə Qərb arasında sülh, sabitlik və iqtisadi tərəqqi üçün qlobal əhəmiyyətə malik strateji uğurdur.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransız üzüm sortu Cəlilabadda özünü "vətən"indəkindən daha yaxşı "hiss edir"

09:00
27 Avqust

Bir gün Kəlbəcər yaylağında

08:50
27 Avqust

Goranboy: taxılçılıqda məhsuldarlıq yüksəkdir - buğda üzrə 44,5, arpa üzrə 38,9 sentner

08:40
27 Avqust

Həmişə ön sıralarda döyüşürdü

08:30
27 Avqust

Gənclərimizin vətən sevgisi - ölkəmizin sərvəti 

08:20
27 Avqust

Yaralansa da, silahını yerə qoymadı

08:10
27 Avqust

Artan geosiyasi və geoiqtisadi güc

08:00
27 Avqust

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

07:01
27 Avqust

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

06:47
27 Avqust

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

06:39
27 Avqust

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!