01 Oktyabr 2026 08:00
393
SİYASƏT
A- A+
“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX

“DƏMİR YUMRUQ"LA YAZILAN YENİ TARİX


Tarixi salnaməçilər, sonra isə tarixçilər yazırlar.

Adətən, salnaməçilər yaşadıqları dövrdə gördüklərini, şahidi olduqlarını dəriyə, yaxud kağıza köçürərək gələcək nəsillərə saxlayırdılar.

Tarixçilər isə salnaməçilərin yazdıqlarını sistemə salır, bir-birilərilə əlaqələrini müəyyənləşdirir, dövrləşdirərək insanlara təqdim edirlər.

* Bu olur tarixi hadisələr barədə dəqiq məlumat.

* Bu olur tarixdə baş verənlərin geniş mənzərəsi.

* Bu olur tarix elmi.

Bəli, tarixi salnaməçilərlə tarixçilər yazırlar!

Tarixi yaradanlara, salnaməçilərə və tarixçilərə faktları, materialları verənlər isə görkəmli şəxsiyyətlər, sərkərdələr, fatehlər olurlar!

Tarix qılıncla, silahla, sonra isə yaradıb-qurmaqla yazılır!

Yeni dövlətlər yaranır, şəhərlər salınır, istehsal artır, ölkə çiçəklənir və s.

Bu, keçmişdə də belə olub, indi də belədir!

Azərbaycanın, onun ayrılmaz parçası sayılan Qarabağın tarixi yüz əsrlərlə ölçülür.

Son iki əsrdə isə ona süni şəkildə tarix yaradıblar: iki əsrədək dövrü əhatə edən münaqişə tarixi.

Ən möhtəşəmi, yaddaqalanı isə bu münaqişəyə ədalətlə, "dəmir yumruq"la son qoyulması oldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə!

***

* Dağlıq Qarabağ münaqişəsi süni, qondarma münaqişədir!

* Qəsdən yaradılan, şüurlu şəkildə ortaya atılan münaqişədir.

* Düşmənlərimiz tərəfindən düşmən niyyətlə yaradılan münaqişədir!

* İdarə edilən, "söndürülüb-alovlandırılan" münaqişədir!

Təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, bütövlükdə türk dünyasına qarşı yaradılan münaqişədir.

İkiəsrlik tarixi olan bu münaqişə zaman-zaman müxtəlif "epitet"lərlə bəzədilən münaqişə olub!

XIX əsrdə ermənilərin Cənubi Qafqazda yerləşdirilərək planlı və uzaqgörən formada yaradılan bu münaqişə Rusiyanın  bölgədə daim qalaraq prosesləri idarə edə bilməsi, təsir dairəsində saxlaması, həm də Türkiyəyə qarşı düşmən niyyətlərin icrasına xidmət məqsədilə yaradılmışdı.

Bununla Rusiya həm bölgədə hərbi bazasını arxayınlıqla saxlayır, həm də Ermənistana və Azərbaycana təsir rıçaqı kimi istifadə edirdi.

Sovet dövründə buna elə bir ehtiyac duyulmurdu.

Çünki bütün ərazilər Rusiyanınkı sayılırdı və nəinki münaqişə, heç mübahisə predmeti də ola bilməzdi.

Elə ki, SSRİ dağılmağa başladı, bax onda münaqişəni yeni "terminlərlə" - "millətlərin öz müqəddəratını təyin etmə hüququ", "ermənilərin özlərinə dövlət yaratmaq hüququ", "azlıqda olan xalqların sıxışdırılması", "hayların referendum və seçki hüquqlarının pozulması" və digər səslənişi gözəl ifadələrlə "bəzəməyə" başladılar.

Təbii ki, bu halda ermənilərin artıq özlərinə dövlət qurduqları, separatizm hərəkatına rəvac vermələri, yeni yaradılan qondarma qurumların heç bir hüquqi əsaslarının olmadığı, özbaşına verilən qərarlarla bir dövlətin ərazisinin qanunsuz şəkildə digər dövlətə birləşdirilməsi kimi cinayət xarakterli hərəkətlər gizlədilir, "demokratik" istilahlarla pərdələnirdi.

Həqiqət isə həqiqət olaraq qalırdı.

Sadəcə hələlik güclü sayılan tərəf ona əhəmiyyət vermirdi.

***

Dağlıq Qarabağ münaqişəsinin daha bir xarakterik xüsusiyyəti isə onun qəsdən, məqsədli şəkildə beynəlmiləlləşdirilməsi idi.

Dünya erməniliyi Qarabağ münaqişəsinin daim alovlanmasını və "qaynar" vəziyyətdə qalmasını istəyib.

Bu yolda əlindən gələni əsirgəməyib!

Əvvəla, harada yaşamasından və işləməsindən asılı olmayaraq, hər ay hər bir işləyən erməni "krunk" təşkilatına "miatsum" məqsədilə müəyyən məbləğ ödəyirdi.

Bunu etməyən hay "millət düşməni" sayılırdı və Sumqayıt hadisələrində ermənilər özləri məhz belələri ilə haqq-hesab çəkdilər.

İkincisi, toplanan həmin məbləğdən bəhrələnənlər çoxdur!

Onlar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni diasporlarının rəhbərləridir.

Həmin "payçı"lar yığılanları nağd şəkildə mənimsəməkdən əlavə, korrupsiya və rüşvət vermə yolu ilə ələ aldıqları siyasətçilərə və parlamentarilərə ödəniləsi məbləğin də bir qismini gizli şəkildə mənimsəyirlər.

Digər tərəfdən, ələ aldıqları səlahiyyət sahiblərindən karyera qurmaqda, "yağlı dövlət sifarişlərini" ələ keçirməkdə istifadə edirlər.

Hayların yaratdıqları "dünya fondu"ndan "miatsum" üçün Ermənistana göndərdikləri vəsaitləri ölkənin dövlət rəhbərləri, "generalitet", qondarma qurumun başçıları da müxtəlif adlarla ələ keçirirdilər.

Odur ki, Ermənistan prezidentləri, müharibə generalları və qondarma "dqr"in "rəhbərləri" qısa müddətdə milyonçulara çevrilərək böyük sərvət topladılar.

Uduzan isə daim cavan oğlanlarını bu sərsəm ideya uğrunda qurban verən və ölkəni tərk etmək zorunda qalan sıravi ermənilər olurdu.

Dünya erməniliyi hadisələrin ilk çağlarından xərclənən və mənimsənilən pulların müqabilində nəyəsə nail olmaqdan, gözdən pərdə asmaqdan, habelə hansısa qərarları çıxartdırmaqdan ötrü müharibəni "xristian-müsəlman qarşıdurması" şəklində təqdim etməyə və bu yolla xristian dünyasını (həm də beynəlxalq qurum və təşkilatları) öz tərəflərinə çəkməyə çalışırlar.

Hadisələrin başlanğıcında bu meyil dünya KİV-ində güclü şəkildə təbliğ olunurdu: "müsəlman, vəhşi azərbaycanlılar" "məzlum", "zavallı" ermənilərə təzyiq göstərir, onların "hüquqlarını pozur", "müstəqil dövlət qurmalarına" imkan vermirlər!

Zaman-zaman korrupsiya, verilən rüşvətlər və uydurulan miflər beynəlxalq təşkilatlarda bəyanat, qətnamə, qərar şəklində öz əksini tapırdı.

Necə ki, Azərbaycan 44 günlük Zəfər müharibəsində ikiəsrlik münaqişəyə birdəfəlik son qoyduqdan sonra AŞ PA utanmaz-utanmaz bizə qarşı sanksiya tətbiq etdi!

*** 

Vəziyyətin belə faciəvi şəkil almasında - ərazilərimizin iyirmi faizinin ələ keçirilərək otuz il işğal altında saxlanılmasında, iyirmi mindən çox vətən övladının şəhid getməsində Azərbaycanın keçmiş rəhbərliyinin də böyük günahı vardır.

Moskvaya qul sədaqəti göstərən Ə.Vəzirov və A.Mütəllibov Azərbaycanın müstəqil dövlət kimi yaşayacağını təsəvvürlərinə belə gətirmirdilər.

Onlar nə mərkəzin riyakar oyunlarından baş çıxara bildilər, nə hadisələrin ziyanımıza inkişafının qarşısını aldılar, nə də vaxtında ordu quraraq torpaqların müdafiəsini təşkil etdilər.

Əksinə, ov tüfənglərini belə yığdıraraq insanları silahsız qoydular.

Sonra isə xalqın qəzəbindən qorxaraq təyyarə ilə Rusiyaya qaçıb ona sığındılar.

Xalqın milli-azadlıq hərəkatının dalğalarından istifadə edərək iqtidara gələn AXC-Müsavat cütlüyü isə təkcə təcrübəsizlikləri və səriştəsizlikləri ilə deyil, üstəlik, xəyanət əməlləri ilə torpaqların düşmən əlinə keçməsinə şərait yaratdılar.

Böyük siyasətin "peşka"ları olan bu insanlar Rəhim Qazıyev kimi xəyanətkarı müdafiə naziri qoymaqla, əslində, müharibənin taleyini həll etmiş oldular.

İqtidarda olduqları qısa müddətdə şəxsi maraqlarını güdməklə korrupsiya və rüşvətxorluğa yuvarlandılar, dövləti məhvolma həddinə gətirərək sonda "vəzifələrini donduraraq" qaçıb getdilər.

Bundan əvvəl isə, 1993-cü ildə məşhur "may konfransı"nı keçirib bir-birilərinin mənfur əməllərini açıb-tökərək xalqa "hesabat"larını verdilər.

***

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev hər şeyə təzədən başlamalı oldu.

Vətəndaş müharibəsinin qarşısını aldı, əhalidəki külli miqdarda silah-sursatı yığdırdı, ölkəni xaos, anarxiya və qanunsuzluq burulğanından qurtardı, möhkəm və davamlı sabitlik yaratdı, Azərbaycanın müstəqilliyini əbədiliyə çevirdi.

Ömür bundan artığına imkan vermədi.

Ölkənin Heydər Əliyev siyasi kursu adlanan davamlı inkişaf istiqamətlərini müəyyən edərək, layiqli siyasi varisini yetişdirərək, xalqın gələcək taleyini qüdrətli əllərə etibar edərək əbədiyyətə qovuşdu!

Beləliklə, Azərbaycanda yeni dövr, İlham Əliyev dövrü başladı.

***

Prezident İlham Əliyevin qarşısında da təxirə salınmadan həllini gözləyən problemlər kifayət qədər vardı.

* Məcburi köçkünlərin böyük bir qismi çadır şəhərciklərində və digər ictimai binalarda ağır şəraitdə yaşayırdılar.

Yeni yaşayış kompleksləri inşa edərək onların vəziyyətinin yaxşılaşdırılması vacib idi!

* Ölkədə enerji qıtlığı olduğundan, regionlara elektrik enerjisi fasilələrə verildiyindən məişətdə və aqrar sektorda xeyli çətinliklər yaşanırdı.

* Qazlaşdırma səviyyəsi aşağı olduğundan ucqarlarda soyuq aylarda əhali problemlərlə üzləşirdi.

* İşsizlik və yoxsulluq 40 faiz civarında idi.

Bütün bunların yoluna qoyulması böyük vəsait və zaman tələb edirdi.

Nəyi nə vaxt və necə etməyi məharətlə bacaran cənab İlham Əliyev bütün bu problemlərin öhdəsindən uğurla gəldi.

* 116 yaşayış kompleksi və müasir tipli şəhərciklər tikdirərək 300 mindən çox məcburi köçkünün həyat şəraitini əsaslı şəkildə yaxşılaşdırdı.

* Yeni elektrik enerjisi istehsalı müəssisələri yaradıldı və bu gün Azərbaycan Avropaya "yaşıl enerji" ixracına hazırlaşır.

* Hazırda ölkədə qazlaşdırma 95 faizdən yüksəkdir.

* İqtisadiyyatın yüksəldilməsi və sahibkarlığın inkişafı sayəsində işsizlik və yoxsulluq 4-5 faizə endirilib.

* Üstəlik, möhtəşəm ordu yaradılaraq ən müasir silahlarla silahlandırılmaqla dördgünlük Aprel müharibəsində uğurla sınaqdan çıxarıldı.

Cənab İlham Əliyev heç kəsə və heç nəyə - nə BMT-yə, nə ATƏT-ə, nə beynəlxalq qurum və təşkilatlara arxayın olmayaraq Qarabağ probleminin "dəmir yumruq"la həll etmək yolunu tutdu!

Azərbaycanın siyasəti də, diplomatiyası da, iqtisadi və hərbi gücü də, xalqla iqtidarın birliyi və vəhdəti də bu problemin daxili imkanlar hesabına həllinə yönəldildi!

Bu həm də ölkəmizin şərəf tarixinə çevrildi!

***

Bu gün çətinliyə düşərək Azərbaycan qazına möhtac qalan və Azərbaycanla əməkdaşlığa məcbur olan Avropa bizim çətin günlərimizdə düşmənimizin yanında yer almışdı.

Ermənistanın torpaqlarımızı işğal etdiyini etiraf etsələr də, onun geri qaytarılmasına, beynəlxalq hüququn və ədalətin bərpasına yardım göstərmək istəmirdilər.

Əksinə, vaxtı uzatmaqla işğalı unutdurmağa, tutduğu torpaqların haylarda qalmasına dəstək verirdilər.

Əvvəla, "münaqişənin hərbi yolla hərbi variantı yoxdur", - deyərək Azərbaycanı silaha əl atmaqdan çəkindirməyə çalışırdılar.

İkincisi, "ATƏT-in Minsk qrupu" adlı bir qurum yaradaraq guya bu qurumun məsələni sülh danışıqları yolu ilə "həll edəcəyi görüntüsü" yaradırdılar.

"Dua oxumaqla donuz darıdan çıxmaz!" - Azərbaycan atalar sözüdür.

Avropa parlamentinin və Avropa qurumlarının bütün "duaları" ermənicə səsləndiyindən münaqişə uzandıqca uzanırdı.

Amma Müzəffər Ali Baş Komandan İlham Əliyev bu "taktiki gedişlərə", öz adı ilə adlandırsaq, "oyunbazlıqlara" yaxşı bələd idi!

Qərbin Azərbaycana "qadağan etdiyi" hərbi varianta çox ciddi və məxfi şəkildə hazırlaşırdı...

"Sülh danışıqları"ndan da heç zaman imtina olunmurdu.

Yalnız Ermənistanın baş naziri N.Paşinyan sərxoş olaraq hayların ürəyindəkilərini açıq şəkildə "Qarabağ Ermənistandır - nöqtə" deyərək bildirəndən sonra Azərbaycan sülh danışıqlarının mənasızlığını dilə gətirdi...

"Dəmir yumruğ"u ilə Azərbaycanın yeni tarixini yazan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev düşməni diz çökdürərək ona kapitulyasiya aktını imzalatdırdıqdan sonra 10 noyabr 2020-ci il tarixli xalqa müraciətində Zəfər müharibəsindən əvvəl, hərbi əməliyyatlar dövründə və sonra baş verən bir sıra məqamlara aydınlıq gətirdi.

* Dünya ikili standartlardan əl çəkmədi!

* Dünya sonadək ermənipərəst mövqedə dayandı!

* Dünya beynəlxalq hüququ, ədaləti müdafiə etmədi!

Azərbaycan BMT qətnamələrinin icrasını da, beynəlxalq hüququ da, ədaləti də müharibə meydanında mərdliklə, cəsarətlə, qəhrəmanlıqla təmin etdi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində dediyi kimi:

"Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.

Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olsun bizim torpaqlarımızdan! Belə də oldu!"

Müharibənin başlandığı ilk günlərdə Azərbaycanın hərbi cəhətdən böyük üstünlüyünü görən ermənipərəst dövlətlər fasiləsiz olaraq Azərbaycan Prezidentinə zənglər çalaraq hərbi əməliyyatları dayandırmasına dalbadal xahiş-minnət edirdilər.

Hətta təsir və təzyiq cəhdləri də olurdu!

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin polad iradəsinə heç nə ilə təsir göstərmək mümkün deyildi!

Yenə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin müraciətindən:

"Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın! Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq".

Sonda cənab İlham Əliyev öz bildiyini və istədiyini etdi!

Düşməni darmadağın edərək, torpaqları işğaldan qurtararaq həm də Azərbaycan xalqını qalib xalqa çevirdi:

"Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm".

***

"Dəmir yumruq" Müzəffər Ali Baş Komandan İlham Əliyevin yumruğudur!

Həm də təkcə onun yumruğu deyil!

* "Dəmir yumruq" gücün, qüvvətin, qüdrətin və ədalətin real həyatdakı təcəssümüdür!

Həm də rəmzidir!

* "Dəmir yumruq" ikili standartların hökm sürdüyü ədalətsiz dünyada haqlını müdafiə edən, haqqa qovuşduran qüdrətli vasitədir!

* "Dəmir yumruq" beynəlxalq hüququn gücü çatmadığı, icrasında acizlik, qətiyyətsizlik göstərdiyi qərarları həyata keçirən gücdür!

* "Dəmir yumruq" simvolik səslənsə də, əslində, reallığı dəyişə bilən qüdrətdir, qüvvətdir, ədalətdir!

* "Dəmir yumruq" zərurətdən yarandı!

* "Dəmir yumruq" Azərbaycan xalqının ən müqəddəs arzu və istəyini həyata keçirmək üçün yarandı!

* "Dəmir yumruq" havadarlarına və müdafiəçilərinə güvənərək beynəlxalq hüquqa məhəl qoymayanların qulağını burmaq, ağıllandırmaq üçün yarandı!

* "Dəmir yumruq" haqlının həm də güclü olduğunu sübuta yetirmək üçün yarandı!

* "Dəmir yumruq" sözlə əməlin birliyini əyani şəkildə göstərmək üçün yarandı!

* "Dəmir yumruq" səbrin qəzəbə çevriləndə nəyə qadir olduğunu nümayiş etdirmək üçün yarandı!

* "Dəmir yumruq" öz gücünü ilk növbədə xalqdan, milli birlikdən və həmrəylikdən alır!

* "Dəmir yumruğ"un qüdrəti həm də onun ədalətindədir!

Ədaləti bərpa etmək niyyətindədir!

Bu yolda heç kəsdən, heç nədən çəkinməmək, məqsədinə çatmamış geri dönməmək hünərindədir!

"Dəmir yumruğ"un gücü, qüdrəti, əzəməti onun yaradıcısında və sahibindədir!

Müzəffər Ali Baş Komandan İlham Əliyevdədir!

"Dəmir yumruğ"u möhtəşəm və sarsılmaz gücə çevirən də məhz İlham Əliyevdir.

Dünya "dəmir yumruğ"un qüdrətini və imkanlarını gördü!

Həm də təkcə hərb meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də!

* "Dəmir yumruq" 44 gün ərzində Ermənistan ordusunu məhv etdi!

* "Dəmir yumruq" təkcə əzmir, qandırmır!

* "Dəmir yumruq" həm də tarix yazır, tarix yaradır!

* Zəfərlər tarixini!

* Qələbələr tarixini!

* Hünər tarixini!

* Xalqın şərəf tarixini!

"Dəmir yumruq" Qarabağı əbədi olaraq bizə qaytardı!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

09:45
01 Oktyabr

ABŞ İraqdakı 20 illik hərbi mövcudluğunu sona çatdırır

09:40
01 Oktyabr

Daha 44 ailə doğma yurduna qovuşdu

09:35
01 Oktyabr

Göygöl kəndlisi işini yeni dövlət proqramına uyğun qurur  

09:30
01 Oktyabr

Neftçalada şahmat üzrə rayon turniri keçirilib

09:25
01 Oktyabr

Masallıda bərpa olunmuş körpüyə baxış 

09:20
01 Oktyabr

Şirvanda sahibkarlara dövlət dəstək mexanizmləri və investisiya imkanları müzakirə olunub

09:15
01 Oktyabr

Heç bir bölgə diqqətdən kənarda qalmır

09:10
01 Oktyabr

Azərbaycan rəqəmsal iqtisadiyyatın yeni mərhələsində

09:05
01 Oktyabr

Avrasiyanın strateji nəqliyyat arteriyası

09:00
01 Oktyabr

Orta dəhlizə perspektivdə 55 milyard dollar sərmayənin qoyulması proqnozlaşdırılır

08:55
01 Oktyabr

Qürur duyduğumuz qalib Azərbaycan Ordusu

08:50
01 Oktyabr

Xalqımız cəsur övladları ilə fəxr edir

08:45
01 Oktyabr

ZƏFƏR gündəliyi

08:40
01 Oktyabr

Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar

08:35
01 Oktyabr

İnformasiya cəbhəsinin qalibi

08:30
01 Oktyabr

Azərbaycan Prokurorluğu: Yeni çağırışlar qarşısında qanunun aliliyinin etibarlı təminatçısı

08:25
01 Oktyabr

2-ci İnvestisiya Forumu texnologiya, insan kapitalı və əməkdaşlıq məsələləri ilə yadda qaldı

08:20
01 Oktyabr

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı

08:15
01 Oktyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır

08:10
01 Oktyabr

Parlamentin payız sessiyası öz işinə başladı

08:05
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!