22 Oktyabr 2026 15:36
202
SİYASƏT
A- A+
İrəvanın manipulyasiyaları kövrək sülhü təhdid edir  

İrəvanın manipulyasiyaları kövrək sülhü təhdid edir  


Ermənistanın qeyri-müəyyən mövqeyi və öhdəliklərini icra etməməsi yekun sazişin imzalanmasını ləngidir, regional sabitliyin bərqərar olmasına maneələr yaradır


    Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olunması və Cənubi Qafqazın təhlükəsiz gələcəyinin təmin edilməsi istiqamətində tarixi imkanlar yaranıb. İllər boyu davam edən işğalçılıq siyasətinə, hərbi toqquşmalara və dərin etimadsızlığa son qoymaq üçün Bakı və İrəvan arasında sülh sazişinin mətni razılaşdırılıb və ötən ilin avqust ayında Vaşinqtonda mühüm siyasi sənəd kimi paraflanıb. Lakin razılaşdırılmış mətnin paraflanması ilə yekun müqavilənin imzalanması və hüquqi qüvvəyə minməsi eyni anlayışlar deyil. Təəssüf ki, sənədin paraflanmasından ötən müddət ərzində Ermənistan tərəfinin sərgilədiyi qeyri-müəyyən mövqe və vaxtı uzatmağa yönəlik siyasət sülh prosesinin məntiqi yekununa çatmasına ciddi maneələr törətməkdədir. 

    Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatları və siyasi davranışı rəsmi İrəvanın sülh müqaviləsini imzalamaqda səmimi olmadığını, prosesin imitasiyaya yönləndirildiyini göstərir. Paşinyan sülh sazişinin imzalanması və ratifikasiya olunmasını 2031-ci ilə qədər olan dövrə hədəflədiyini bildirməklə prosesi faktiki olaraq uzadır. Bu cür uzaq tarixi hədəf göstərmək yaxın vaxtlarda sülhün əldə olunması gözləntilərini alt-üst edir. Təbii olaraq belə bir sual ortaya çıxır: əgər iki ölkə arasında sazişin mətni artıq hazırdırsa və tərəflər əsas prinsiplər üzrə razılığa gəliblərsə, daha beş-altı il gözləməyə nə ehtiyac var? Aydın görünür ki, Paşinyan hökuməti sülh gündəliyini qısa müddətdə yekunlaşdırmaq əvəzinə, onu özünün daxili siyasi maraqlarına uyğun olaraq uzunmüddətli zaman çərçivəsində idarə etməyə və beləliklə hakimiyyətinin ömrünü uzatmağa çalışır. 

Sülh müqaviləsinin imzalanması yolunda ən mühüm və prinsipial maneə Ermənistanın konstitusiyası və onun preambulasındakı hüquqi ziddiyyətdir. Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edən konstitusiya birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı iddiaları özündə ehtiva edir. Azərbaycan tərəfi tam haqlı olaraq bəyan edir ki, gələcəkdə hər hansı revanşist ideyaların hüquqi bazasını ləğv etmək üçün Ermənistanın mövcud konstitusiyasında müvafiq dəyişikliklər edilməli, Azərbaycana qarşı ərazi iddiaları birdəfəlik aradan qaldırılmalıdır. Əks halda, imzalanacaq hər hansı sənəd gələcəkdə hüquqi baxımdan zəif və təhlükəli olacaq. 

    Lakin Paşinyan bu barədə konkret addımlar atmaq və ümumxalq referendumu vasitəsilə əsas qanununa lazımi dəyişiklikləri reallaşdırmaq əvəzinə, müxtəlif siyasi manipulyasiyalarla vaxt qazanır, cəmiyyətdə qeyri-müəyyənlik yaradır. Ermənistanın ədliyyə nazirinin yeni konstitusiya layihəsi ilə bağlı bəyanatlar verməsinə baxmayaraq, sənədin dərc olunması və ya geniş ictimai müzakirəyə çıxarılması istiqamətində real, əməli iş görülmür. Paşinyan gah daxili müxalifət və kilsə amilini bəhanə gətirərək referendumu seçkilərdən sonrakı dövrə saxlamaqdan danışır, gah da yeni konstitusiyanın konkret olaraq hansı müddəaları əhatə edəcəyini açıqlamır. Bu qeyri-müəyyənlik isə məqsədli şəkildə sülh müqaviləsinin imzalanması prosesini dalana dirəməyə hesablanıb. Bütövlükdə İrəvanın vədləri ilə real əməlləri arasındakı uçurum sübut edir ki, Paşinyan hökuməti hüquqi müstəvidə əsaslı dönüş etməyə hələ də siyasi iradə göstərə bilmir. 

    Sülh prosesinin irəliləməsi kağız üzərindəki bəyanatlarla deyil, əməli addımlarla mümkündür. Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Rəsmi Bakının ticarət və tranzit məhdudiyyətlərini birtərəfli qaydada ləğv etməsi, üçüncü ölkələrdən gələn yüklərin Ermənistan istiqamətində maneəsiz daşınması və hətta neft məhsullarının bu ölkəyə tədarükünə şərait yaradılması sülhün praktiki iqtisadi əsaslarını möhkəmləndirir. Əfsuslar olsun ki, Ermənistan tərəfi eyni qətiyyəti nümayiş etdirmir. Zəngəzur dəhlizinin açılması, Ermənistan ərazisindən keçəcək TRIPP marşrutunun reallaşdırılması istiqamətində praktiki iş görməkdən yayınır, kommunikasiyaların bərpası prosesini süni şəkildə ləngidir. 

     Bununla yanaşı, hökumətlərarası komissiyanın gündəliyində olmamasına baxmayaraq, ərazi mübadiləsi və anklavlar kimi mürəkkəb mövzuların gündəmə gətirilməsi də sülh sazişinin imzalanmasını daha da çətinləşdirməyə xidmət edir. Nikol Paşinyanın və xarici işlər nazirinin eyni vaxtda ərazi mübadiləsi ideyasını irəli sürməsi, daha sonra isə Təhlükəsizlik Şurasının belə bir razılaşmanın olmadığını bəyan etməsi Ermənistan rəhbərliyindəki ziddiyyəti və siyasi manipulyasiya cəhdlərini də büruzə verir. Ərazinin yalnız coğrafi ölçülərinin eyni olması məsələni həll etmir. Burada müdafiə, təhlükəsizlik, nəqliyyat və sərhəd infrastrukturu kimi mühüm amillər nəzərə alınmalıdır. Paşinyan hökuməti bu cür mürəkkəb və uzunmüddətli müzakirələr tələb edən mövzuları ortaya atmaqla sülh sazişinin imzalanmasına əlavə şərtlər qoşmağa, vaxt udmağa çalışır. Ermənistan rəhbərliyinin bütün beynəlxalq platformalarda sülhdən danışması, paralel olaraq silahlanma siyasəti yürütməsi də İrəvanın qeyri-səmimi olmasından xəbər verir. 

    Paşinyanı razılaşma masasına əyləşdirən onun sülhpərvərliyi deyil, Azərbaycanın yaratdığı yeni hərbi-siyasi reallıqdır. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyərək işğalçılıq siyasətini davam etdirən Paşinyan ağır məğlubiyyətdən sonra ritorikasını dəyişməyə məcbur qalıb. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərində məğlub olan Ermənistan hökuməti diplomatik müstəvidə də manevr imkanlarını tamamilə itirdi. Hakimiyyətini və zədələnmiş imicini qorumaq üçün Avropa platformalarında “sülhpərvər” obrazı yaratmağa çalışan Paşinyanın bu siyasəti heç də real barışa və əməkdaşlığa xidmət etmir. 

    İrəvanın ikili davranışı fonunda mövcud vəziyyətin mahiyyətini Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə dəqiq ifadə edib: “Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”. Dövlətimizin başçısının vurğuladığı kimi bölgədə bərqərar olan mövcud sakitlik hələ də kövrək xarakter daşıyır və onu daimi sülhə çevirmək üçün tərəflərin, xüsusən də Ermənistanın məsuliyyətli davranması vacibdir. Ancaq İrəvanın nümayiş etdirdiyi indiki mövqe göstərir ki, onlar kövrək sülhü möhkəmləndirmək əvəzinə, prosesi uzatmaqla növbəti geosiyasi imkanların yaranmasını gözləyirlər. Ermənistan rəhbərliyi birmənalı dərk etməlidir ki, yeni avantüralar onlar üçün daha acınacaqlı nəticələr deməkdir. 

    Nəticə etibarilə, sülh sazişinin imzalanması, sərhədlərin açılması və kommunikasiyaların bərpası hər kəsdən çox elə Ermənistanın özünə, onun iqtisadiyyatına və təhlükəsizliyinə lazımdır. İqtisadi təcrid və dərin sosial böhran içində olan bir ölkə üçün sülhü ləngitmək öz-özünü fəlakətə düçar etməkdir. Ona görə də, Nikol Paşinyan ziddiyyətli bəyanatlara və sülhün imitasiyasına son qoymalı, keçmişin səhvlərindən düzgün nəticə çıxarmalı və tarixi fürsəti qaçırmamalıdır. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

Kainat və biz necə var olmuşuq?

16:22
22 Oktyabr

Bahar Muradova: Qızların elmə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır

16:14
22 Oktyabr

Ölkəmiz öz gücü ilə regiona sabitlik gətirib  

16:07
22 Oktyabr

2027-də səyahət üçün dünyanın ən gözəl yerləri açıqlanıb

16:03
22 Oktyabr

COP17-yə evsahibliyi etməyə Ermənistanın mənəvi haqqı varmı?  

15:54
22 Oktyabr

Təkhüceyrəli yosun xatirələrin, davranışların necə formalaşdığını müəyyən edir  

15:42
22 Oktyabr

İrəvanın manipulyasiyaları kövrək sülhü təhdid edir  

15:36
22 Oktyabr

Xəzərdən Avropaya “yaşıl enerji”: bazar və satış imkanları müzakirə olunub

15:35
22 Oktyabr

“Yaşıl enerji” dəhlizinin gələcəyi

15:34
22 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum olub: 1 nəfər ölüb, 8-i yaralanıb

15:30
22 Oktyabr

Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sənayesi sahəsində müqavilə imzalanıb  

15:22
22 Oktyabr

Moskva Stiv Uitkoffun Ukraynaya dair təkliflərini təhlil edir

15:16
22 Oktyabr

Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağı qənaətindədir  

15:05
22 Oktyabr

Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

15:04
22 Oktyabr

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir

15:03
22 Oktyabr

“El nino” hadisəsi güclənir  

15:01
22 Oktyabr

Zamanın musiqisi  

14:57
22 Oktyabr

Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  

14:53
22 Oktyabr

Azərbaycanın siyasətində insan hüquqları amili prioritetdir  

14:39
22 Oktyabr

“Bundan böyük xoşbəxtlik ola bilməz”

14:19
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!