22 Oktyabr 2026 15:03
174
İQTİSADİYYAT
A- A+
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir


İtaliyada istehsal və xidmət sektorunda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən İtaliya Sənaye Konfederasiyasının təşkilatçılığı ilə “İtaliya–Azərbaycan: İqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirin açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani, şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliya Sənaye Konfederasiyasının prezidentinin enerji məsələləri üzrə nümayəndəsi Aurelio Regina, digər rəsmi şəxslər və hər iki ölkənin biznes nümayəndələri iştirak ediblər.

İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani tədbirdə çıxış edərək İtaliya–Azərbaycan strateji tərəfdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını qeyd edib, işgüzar dairələr arasında tərəfdaşlığın və birgə layihələrin təşviqinin əhəmiyyətini diqqətə çatdırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə inkişafına möhkəm zəmin yaratdığını vurğulayıb. Azərbaycanın əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası və sənaye parklarında investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-logistika infrastrukturu barədə məlumat verilib. Ölkəmizin regional bazarlarla bağlantılarının istehsal, emal və logistika layihələri üçün əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın yüksəldilməsi və qeyri-neft-qaz ixracının artırılması Azərbaycanın inkişaf prioritetlərindəndir. Bu istiqamətlərdə İtaliyanın sənaye texnologiyaları, avadanlıq və mühəndislik təcrübəsindən istifadə, eləcə də qarşılıqlı investisiyalar üçün geniş imkanlar mövcuddur.

Süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, məlumat mərkəzləri və yüksək performanslı hesablama infrastrukturu üzrə əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb. Ələt Azad İqtisadi Zonasında planlaşdırılan məlumat mərkəzi layihəsi, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) texnologiya və bilik mübadiləsi, bacarıqların inkişafı və birgə pilot layihələr üzrə tərəfdaşlıq imkanları barədə məlumat verilib.

Kritik xammal, mədənçilik və metallurgiya sahələrində Azərbaycanın resurs potensialının İtaliyanın texnoloji imkanları ilə birləşdirilməsinin əhəmiyyəti vurğulanıb. “AzerGold”, alüminium və polad sənayesi müəssisələri ilə avadanlıq təchizatı, emal, təkrar emal və istehsalın modernləşdirilməsi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu ilə İtaliyanın İxrac Kreditlərinin Sığortalanması və Zəmanət Mexanizmləri Agentliyi (SACE) arasında əməkdaşlıq əsasında İtaliya avadanlıqları və texnologiyalarının cəlbi ilə bağlı layihələrin maliyyələşdirilməsi imkanlarından bəhs edilib. Azərbaycan İnvestisiya Holdinqi ilə İtaliyanın Milli İnkişaf və İnvestisiya Maliyyə İnstitutu (Cassa Depositi e Prestiti) arasında sənaye və infrastruktur sahələrində potensial investisiya tərəfdaşlığının əhəmiyyəti qeyd edilib.

İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Azərbaycan və İtaliya arasında biznes tərəfdaşlığının inkişafını, iki ölkəni təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyətinin genişləndirilməsi imkanlarını vurğulayıb. İşgüzar dairələr arasında birbaşa əlaqələrin gücləndirilməsinin, sənaye və investisiya sahələrində birgə təşəbbüslərin təşviqinin əhəmiyyətini qeyd edib, yeni əməkdaşlıq istiqamətləri üzrə mövcud potensialın dəyərləndirilməsinin qarşılıqlı faydalı tərəfdaşlığa töhfə verəcəyini bildirib.

Tədbirdə Azərbaycan şirkətləri italiyan tərəfdaşlara birgə icra edilə biləcək layihələri və əməkdaşlıq istiqamətlərini təqdim ediblər. Biznes nümayəndələri arasında B2B görüşlər təşkil olunub.

Sonda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Şirkətlər və “Made in Italy” Nazirliyi arasında kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb.

Sənəd ölkələrimiz arasında sənaye tərəfdaşlığının genişləndirilməsinə və şaxələndirilməsinə, Azərbaycanın resurs potensialı ilə İtaliyanın texnoloji təcrübəsinin birləşdirilməsinə yönəlib.

Birgə Bəyannamə sənaye və texnoloji inkişaf, investisiya və biznes tərəfdaşlıqları, regional təchizat zəncirləri və logistika, eləcə də müvafiq siyasətlər üzrə dialoq və institusional əməkdaşlıq istiqamətlərini əhatə edir. Bu əməkdaşlıq emal imkanlarının genişləndirilməsinə, resurslardan səmərəli istifadəyə, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılmasına və yüksək əlavə dəyərli məhsulların istehsalına töhfə verməyi hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təkhüceyrəli yosun xatirələrin, davranışların necə formalaşdığını müəyyən edir  

15:42
22 Oktyabr

İrəvanın manipulyasiyaları kövrək sülhü təhdid edir  

15:36
22 Oktyabr

Xəzərdən Avropaya “yaşıl enerji”: bazar və satış imkanları müzakirə olunub

15:35
22 Oktyabr

“Yaşıl enerji” dəhlizinin gələcəyi

15:34
22 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum olub: 1 nəfər ölüb, 8-i yaralanıb

15:30
22 Oktyabr

Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sənayesi sahəsində müqavilə imzalanıb  

15:22
22 Oktyabr

Moskva Stiv Uitkoffun Ukraynaya dair təkliflərini təhlil edir

15:16
22 Oktyabr

Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağı qənaətindədir  

15:05
22 Oktyabr

Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

15:04
22 Oktyabr

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir

15:03
22 Oktyabr

“El nino” hadisəsi güclənir  

15:01
22 Oktyabr

Zamanın musiqisi  

14:57
22 Oktyabr

Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  

14:53
22 Oktyabr

Azərbaycanın siyasətində insan hüquqları amili prioritetdir  

14:39
22 Oktyabr

“Bundan böyük xoşbəxtlik ola bilməz”

14:19
22 Oktyabr

Orta Dəhlizdən keçən yüklərin həcmi 2040-cı ilədək 4 dəfə arta bilər  

14:12
22 Oktyabr

Rusiya hökumətində kadr dəyişiklikləri olub

14:01
22 Oktyabr

Daha 176 keçmiş məcburi köçkün doğma yurda qovuşub – YENİLƏNİB

13:52
22 Oktyabr

Lerikdə və Yardımlıda Prezidentin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirələr keçirilib  

13:36
22 Oktyabr

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək

12:48
22 Oktyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:37
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!