22 Oktyabr 2026 16:14
154
CƏMİYYƏT
A- A+
Bahar Muradova: Qızların elmə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır

Bahar Muradova: Qızların elmə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır


Müasir dövrdə təhsilin məzmunu sürətlə dəyişir. Rəqəmsal texnologiyalar, süni intellekt, elmi yeniliklər və əmək bazarının yeni tələbləri gənclərdən çevik düşüncə, yaradıcı yanaşma, texnoloji savadlılıq və daim öyrənmək bacarığı və istəyi tələb edir. Qızlarımızın bu dəyişikliklərə hazır olması, elmə, mühəndisliyə, informasiya texnologiyalarına, hüquqa və digər perspektivli sahələrə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qızların Təhsilinə Dəstək” 2026 layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində çıxış edərkən deyib.

“Eyni zamanda, ali təhsilə yiyələnmək gələcək uğurlarımızın da mühüm başlanğıcıdır. Onun davamlı olması üçün gənclərin qazandıqları bilikləri praktiki bacarıqlara çevrilməsinə, peşəkar mühitlə tanış olmasına, təcrübə qazanmasına və öz imkanlarının reallaşdırılmasına da şərait yaradılmalıdır”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, ailənin dəstəyi, müəllimlərin istiqamətləndirməsi, təhsil müəssisələrinin yaratdığı imkanlar və iş dünyasının əməkdaşlığa hazırlığı və iştirakı bu prosesin bir-birini tamamlayan tərəfləridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

Kainat və biz necə var olmuşuq?

16:22
22 Oktyabr

Bahar Muradova: Qızların elmə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır

16:14
22 Oktyabr

Ölkəmiz öz gücü ilə regiona sabitlik gətirib  

16:07
22 Oktyabr

2027-də səyahət üçün dünyanın ən gözəl yerləri açıqlanıb

16:03
22 Oktyabr

COP17-yə evsahibliyi etməyə Ermənistanın mənəvi haqqı varmı?  

15:54
22 Oktyabr

Təkhüceyrəli yosun xatirələrin, davranışların necə formalaşdığını müəyyən edir  

15:42
22 Oktyabr

İrəvanın manipulyasiyaları kövrək sülhü təhdid edir  

15:36
22 Oktyabr

Xəzərdən Avropaya “yaşıl enerji”: bazar və satış imkanları müzakirə olunub

15:35
22 Oktyabr

“Yaşıl enerji” dəhlizinin gələcəyi

15:34
22 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum olub: 1 nəfər ölüb, 8-i yaralanıb

15:30
22 Oktyabr

Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında müdafiə sənayesi sahəsində müqavilə imzalanıb  

15:22
22 Oktyabr

Moskva Stiv Uitkoffun Ukraynaya dair təkliflərini təhlil edir

15:16
22 Oktyabr

Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağı qənaətindədir  

15:05
22 Oktyabr

Ağdərəyə qayıdan sakin: Kəndimizdə yeni həyat quracağıq

15:04
22 Oktyabr

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir

15:03
22 Oktyabr

“El nino” hadisəsi güclənir  

15:01
22 Oktyabr

Zamanın musiqisi  

14:57
22 Oktyabr

Salyanda aşıq Pənahın 100 illiyi qeyd olunub  

14:53
22 Oktyabr

Azərbaycanın siyasətində insan hüquqları amili prioritetdir  

14:39
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!