07 Oktyabr 2026 11:07
208
CƏMİYYƏT
A- A+
Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə süni intellektdən istifadə zamanı mənəvi və etik hədlərin gözlənilməsinin vacibliyini bildirib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Astanada keçirilən Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.

Şeyxülislam qeyd edib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellektin həyatın bütün sahələrinə nüfuz etməsi yeni imkanlarla yanaşı, problemlər də yaradır.

Allahşükür Paşazadə mənəvi və etik hədlərin gözlənilməsinin, yaranma ehtimalı yüksək olan fəsadların qarşısının alınmasının vacibliyini vurğulayaraq bildirib ki, süni intellektin ruhu olmadığı üçün o, insanı ibadət prosesində əvəz etməməlidir. O, bu baxımdan dini sahədə süni intellektdən istifadənin Etik Məcəlləsinin təqdimatını yüksək qiymətləndirib.

Şeyxülislam həmçinin bildirib ki, qarşıdurma və müharibələrin səngimədiyi dövrdə cəmiyyətin bütün zümrə və təbəqə nümayəndələrinin, o cümlədən din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, insan qardaşlığı mühitin inkişafı və nifrət çağırışlarının qarşısının alınması istiqamətində fəallıq artırılmalıdır. Dünyanın müxtəlif nöqtələrində günahsız insanlara qarşı zorakılıq hallarına son qoyulması üçün beynəlxalq hüququn qüvvə və imkanlarından istifadə edilməlidir.

Allahşükür Paşazadə iqlim dəyişmələri ilə mübarizədə dinlərin roluna toxunaraq qeyd edib ki, COP29 Bakı iqlim sammiti çərçivəsində keçirilən Dini Liderlərin Zirvə Görüşünün qəbul etdiyi yekun sənəddə - Bakı Bəyannaməsində bu mühüm məsələyə dair mövqe ifadə olunub.

Çıxışının sonunda Şeyxülislam Qazaxıstan dövlətinə, onun rəhbərliyinə və məsul şəxslərə Qurultay Katibliyinin iclasının yüksəksəviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkələrimizdə daim sülh və əmin-amanlıq olmasını arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb  

11:10
07 Oktyabr

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

11:08
07 Oktyabr

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

11:07
07 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

11:06
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!