18 İyun 2026 08:35
177
SİYASƏT
A- A+
Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar


Lobbi maraqları və ermənipərəst konqresmenlərin təxribatları Azərbaycan-ABŞ arasında yüksəksəviyyəli münasibətlərə kölgə sala bilməz


ABŞ Konqresindəki bəzi ermənipərəst şəxslərin regional reallıqları təhrif etmək və ədaləti siyasi maraqlara qurban vermək cəhdləri Azərbaycan vətəndaş cəmiyyətinin kəskin etirazına səbəb olub. Bir qrup QHT rəhbəri, hüquq müdafiəçisi ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə məktub ünvanlayıb. 

Məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu komitəyə təqdim etdiyi layihəyə kəskin etiraz bildirilib. Müraciət müəllifləri haqlı olaraq vurğulayıblar ki, erməni lobbisinin təsiri altında olan konqresmen Brad Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş, yüz minlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış cinayətkarlardır. 

Konqresmenin "siyasi məhbus" kimi qələmə verməyə çalışdığı Ruben Vardanyan Azərbaycanda terroru və separatizmi aşkar formada dəstəkləyən, maliyyələşdirən fiqur olub. Digər separatçı ünsürlər Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə törədilən ağır cinayətlərə birbaşa rəhbərlik etmiş şəxslərdir. Bu şəxslərin müdafiəsi, əslində, terrorun və kütləvi insan hüquqları pozuntularının müdafiəsi deməkdir. 

Beynəlxalq hüquqa görə, cinayət hansı ölkənin ərazisində törədilibsə, həmin dövlətin cinayətkarları mühakimə etmək üçün müstəsna hüququ var. Yəni yerli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycan tərəfi bu cinayətləri araşdırmaqda və günahkarları mühakimə etməkdə tam ixtiyar sahibidir. Bu mənada Bakıda keçirilmiş məhkəmələr beynəlxalq standartlara tam cavab verən şəffaf proseslərdir. Həmçinin bununla bağlı məhkəmə prosesləri açıq formada aparılıb və təqsirləndirilən şəxslərə vəkil, tərcüməçi və hüquqlarını müdafiə etmək üçün bütün imkanlar yaradılıb. 

 Məktubda diqqət çəkilən digər qərəzli məqam erməni diasporunun illərdir Azərbaycana qarşı iqtisadi və siyasi alət kimi istifadə etməyə çalışdığı 907-ci düzəlişlə bağlıdır. Ümumiyyətlə, bu mənfur düzəliş beynəlxalq hüququn və tarixi faktların təhrif olunmasının əyani nümunəsidir. ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilən həmin düzəliş Azərbaycanı Ermənistanı "blokadada saxlamaqda" ittiham edirdi. Əslində isə, təcavüzə məruz qalan Azərbaycana sanksiya tətbiq edərək, işğalçı Ermənistana geniş maliyyə yardımı ayırmaq Qərbin ikili standartlarının təsdiqi idi.

Digər məqam odur ki, bu düzəliş artıq hüquqi və faktiki qüvvəsini itirmiş sayılır. Çünki Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad və 2023-cü ildə suverenliyini tam bərpa etməklə regionda tamamilə yeni reallıqların əsasını qoyub. ABŞ-nin keçmiş prezidentləri hər il bu düzəlişin qüvvəsini müvəqqəti dayandıraraq Azərbaycanla təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq ediblər. O üzdən Şermanın bu qadağanı bərpa etmək cəhdi ABŞ-nin regiondakı maraqlarına, tərəfdaşlıq imicinə zərbə vurur. 

Konqresin bəzi üzvlərinin qərəzli mövqeyinə rəğmən, rəsmi Vaşinqton Bakı ilə münasibətlərin strateji əhəmiyyətini anlayır. Təsadüfi deyil ki, Prezident Donald Tramp da 907-ci düzəlişin ləğv müddətinin uzadılması haqqında memorandum imzalayıb və dövlətimizin başçısı İlham Əliyev bununla bağlı ABŞ Prezidentinə təşəkkürünü bildirib. Hazırda ədalətsiz düzəlişin tamamilə ləğvi məsələsi Konqresin gündəmindədir. 2025-ci ilin dekabrında ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Çünki mövcud regional və qlobal geosiyasi reallıqlar bu qeyri-obyektiv düzəlişin ləğvini tələb edir. Konqres bu qərəzli düzəlişi ləğv etməklə ilk növbədə öz yanlışını aradan qaldıracaq, digər yandan Cənubi Qafqazda sülhə və sabitliyə töhfə vermiş olacaq. 

Ən əsası isə Azərbaycan ilə Ermənistanın sülhə və normallaşmaya doğru irəlilədiyi bir dövrdə bu müsbət impulsu sarsıdan təşəbbüslər yolverilməzdir. Cənubi Qafqazda uzun illərdən sonra Azərbaycanla Ermənistan arasında birbaşa, vasitəçisiz sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası istiqamətində real irəliləyişlər əldə olunub. Belə həssas dönəmdə Brad Şerman kimi ermənipərəst siyasətçilərin separatizmi, terrorçuluğu və müharibə canilərini reabilitasiya etmək cəhdləri, qərəzli düzəlişi qüvvədə saxlamaq təşəbbüsü bölgədə revanşizmi alovlandırır. 

Bu cür qeyri-konstruktiv cəhdlər həm də iki ölkə arasında mövcud əlaqələrə kölgə salır. Şermanın təxribatları ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Azərbaycanla yüksəksəviyyəli əlaqələrinə, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir. Prezident Donald Tramp və onun komandası Azərbaycanla enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və regionun sabitliyi kimi məsələlərdə praqmatik, qarşılıqlı maraqlara əsaslanan yüksəksəviyyəli siyasət yürüdür. 

İki ölkə arasındakı yüksək etimad və müsbət dinamika dövlət başçıları səviyyəsində mütəmadi olaraq qarşılıqlı şəkildə təqdir edilir. Prezident İlham Əliyevin iyunun 15-də 80 illik yubileyi münasibətilə ABŞ Prezidenti Donald Trampa təbrik məktubu ünvanlaması bunun bariz nümunəsidir. Dövlətimizin başçısı ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırdığını bildirib. Bütün bu faktlar fonunda aydın görünür ki, Vaşinqton və Bakı strateji tərəfdaşlıqda qərarlıdır. Bu mənada bəzi konqresmenlərin lobbi və ya maliyyə xatirinə atdığı addımlar, əslində, ABŞ-nin özünün regiondakı milli-strateji maraqlarına və Ağ Evin rəsmi xəttinə ziyan vurur. 

Nəticə etibarilə Brad Şerman kimi siyasətçilərin köhnəlmiş alətləri yenidən gündəmə daşıması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həm də regionda qan tökülməsində maraqlı olan revanşist qüvvələrə verilən təhlükəli dəstək mahiyyəti daşıyır. Lakin təxribatçılar dərk etməlidirlər ki, bu gün Bakı və Vaşinqton arasında qurulan strateji tərəfdaşlıq dərindir və qlobal təhlükəsizliyə xidmət edir. Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyi təmin etməyin yolu regional reallıqları qəbul etməkdən və ədalətli tərəfdaşlıqdan keçir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

09:13
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

"Fransa XXI əsrin geosiyasi reallıqlarını müstəmləkəçilik təfəkkürü ilə qavrayır"

08:30
18 İyun

B.Şermanın mövqeyi sülh prosesi ilə uzlaşmır

08:25
18 İyun

Hüquq və azadlıqların etibarlı müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

08:20
18 İyun

"20 Yanvar gecəsi gördüklərim gözlərimə yazılıb"

08:17
18 İyun

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:17
18 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

08:15
18 İyun

Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

08:10
18 İyun

Haylar ağıllanaraq real düşünməyə başlayıblar

08:05
18 İyun

Bakıdan dünyaya ünvanlanan çağırışlar: əməkdaşlıq, həmrəylik və inkişaf

08:00
18 İyun

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında

02:18
18 İyun

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

02:18
18 İyun

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

23:40
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!