18 İyun 2026 09:00
153
İQTİSADİYYAT
A- A+
İslam maliyyəsinin mahiyyəti dəyişmir

İslam maliyyəsinin mahiyyəti dəyişmir


İslam İnkişaf Bankının Bakıda keçirilən 51-ci İllik Toplantılarında da əsas müzakirə mövzusu halal iqtisadiyyatdır


Halal iqtisadiyyat son illər qlobal maliyyə və ticarət sistemində sürətlə inkişaf edən mühüm istiqamətlərdən birinə çevrilib. İslam prinsiplərinə əsaslanan bu iqtisadi model yalnız dini qaydalarla məhdudlaşmır, həm də etik, şəffaf və sosial ədalətə söykənən bir yanaşma təqdim edir. "Halal iqtisadiyyat" anlayışı istehsaldan tutmuş maliyyə xidmətlərinə, ticarətdən turizmə qədər geniş bir sahəni əhatə edir və müsəlman ölkələri ilə yanaşı, müsəlman olmayan digərlərində də maraqla qarşılanır. Bu gün qlobal halal bazarın  genişlənməsi bu sektorun iqtisadi əhəmiyyətini daha da artırır və onu iqtisadi sistemin vacib tərkib hissəsinə çevirir.

Halal iqtisadiyyat bir sıra əsas prinsiplərə söykənir. Bunlardan ən mühümü faiz qadağasıdır. İslam iqtisadi sistemində pulun öz-özünə artması deyil, real fəaliyyət nəticəsində qazanc əldə edilməsi qəbul edilir. Mənbəyi məlum olmayan və qumar xarakterli əməliyyatlar qadağandır. Bu sistemdə ədalət və şəffaflıq mühüm rol oynayır. Tərəflər arasında ədalətli bölgü və müqavilələrin açıq şəkildə bağlanması iqtisadi münasibətlərin əsasını təşkil edir. 

Halal iqtisadiyyat yalnız bank və maliyyə sektorunu deyil, bir çox sahələri əhatə edir. Halal qida sənayesi bu sistemin ən geniş yayılmış hissəsidir və məhsulların istehsalından satışına qədər bütün mərhələləri əhatə edir. Bundan əlavə, halal turizm sektoru da sürətlə inkişaf edir. Bu sahədə müsəlman turistlərin dini dəyərlərinə uyğun xidmətlər göstərilir. Halal maliyyə və bankçılıq isə faizsiz əməliyyatlara əsaslanaraq investisiya və kredit xidmətləri təqdim edir. İslam sığortası sistemi də bu iqtisadi modelin mühüm hissəsidir.

Halal iqtisadiyyatın inkişafında halal investisiyalar mühüm rol oynayır. Bu investisiyalar islam prinsiplərinə uyğun olaraq haram hesab edilən sahələrdən, məsələn, donuz  məhsulları, spirtli içkilər və digər dini baxımdan qadağan olunmuş fəaliyyətlərdən uzaq olmalıdır. Həmin investisiya yanaşması yalnız sahə seçimi ilə məhdudlaşmır, həm də maliyyə əməliyyatlarının mahiyyətini müəyyən edir və beləliklə də halal iqtisadiyyatın əsasını təşkil edən maliyyə prinsiplərinə keçid yaradır. Ona görə də halal maliyyə sistemi ənənəvi bank sistemindən fərqli olaraq faizsiz işləyir və qazanc real ticarət, investisiya və ya layihələr üzərindən formalaşır. Bu prinsiplərin praktik şəkildə həyata keçirilməsi və qlobal miqyasda yayılması isə müxtəlif beynəlxalq maliyyə institutlarının fəaliyyəti ilə daha da güclənir. İslam İnkişaf Bankı Qrupu (İİB) bu sahədə mühüm rol oynayan əsas qurumlardandır. Bu bank islam maliyyə prinsiplərinə uyğun layihələri dəstəkləməklə yanaşı, halal iqtisadiyyatın genişlənməsinə və müxtəlif ölkələrdə dayanıqlı inkişafın təmin olunmasına töhfə verir. Halal investisiya təkcə dini uyğunluq deyil, həm də qlobal miqyasda etibarlı iqtisadi əməkdaşlığın vacib dayaqlarından birinə çevrilir.

Bu kontekstdə İİB Qrupunun illik toplantıları xüsusi əhəmiyyət daşıyır. Həmin  toplantılar üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, yeni investisiya imkanlarının müzakirəsi və halal maliyyə sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır. Qeyd edək ki, bu il İİB Qrupunun 51-ci İllik Toplantısı Bakı şəhərində keçirilir. İyunun 16-dan işə başlayan Toplantıların  ilk günü yüksəksəviyyəli müzakirələrlə yadda qalıb. Tədbir çərçivəsində keçirilən 14-cü Özəl Sektor Forumu xüsusilə halal iqtisadiyyatın inkişafı, etik və dayanıqlı maliyyələşdirmə, kiçik və orta bizneslərin (KOB) "yaşıl keçid"i, regional inteqrasiya və investisiya imkanları kimi mühüm mövzular ətrafında geniş fikir mübadiləsinə platforma yaradıb. Eyni zamanda İİB Qrupuna daxil olan bir sıra təşkilatların idarəetmə orqanlarının iclasları da keçirilib.

"Dayanıqlı rifah naminə regional inteqrasiya" mövzusuna həsr olunan bu mötəbər tədbir İİB Qrupa üzv ölkələrin yüksəkvəzifəli nümayəndələrini, dövlət və özəl sektor təmsilçilərini, eləcə də beynəlxalq maliyyə institutlarının təmsilçilərini bir araya gətirib. Müzakirələrdə regional əməkdaşlığın gücləndirilməsi və ortaq inkişaf hədəflərinə nail olunması əsas istiqamətlərdən biri kimi ön plana çıxıb. 51-ci İllik Toplantıları çərçivəsində İİB-nin Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunub. "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat" mövzusuna həsr olunmuş HELF/AZHAB Forumu İİB Qrupunun İllik Toplantılarının tərkib hissəsi olan  14-cü Özəl Sektor Forumu (PSF 2026) çərçivəsində təşkil edilib. Tədbir çərçivəsində 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu - "Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə" və regional inteqrasiyaya həsr olunmuş sessiyalar da bu qəbildəndir.

Qeyd olunan mövzular ətrafında aparılan müzakirələr halal iqtisadiyyatın regional əməkdaşlıq və dayanıqlı inkişaf proseslərində artan rolunu bir daha nümayiş etdirir. Bu çərçivədə  İİB Qrupunun 51-ci İllik Toplantıları zamanı keçirilən digər mühüm sessiyalar da çox əhəmiyyətlidir. Sessiyalar yalnız müzakirələrlə məhdudlaşmayıb, həm də tədbirin iqtisadi nəticələrinin miqyasını  ön plana çıxarıb və konkret investisiya razılaşmalarının formalaşmasına zəmin yaradıb. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özəl Sektor Forumunun (PSF 2026) açılışında çıxış edərək bildirib ki, bu tədbirlər böyük İllik Toplantının yaddaqalan və məhsuldar keçirilməsi məqsədilə yüksək peşəkarlıqla təşkil olunub. Gözlənilən investisiya razılaşmaları fonunda tədbirin praktiki nəticələri və ölkənin investisiya mühitinə dair səslənən fikirlər də xüsusi diqqət çəkib. O, Azərbaycanın investisiya baxımından cəlbedici ölkə olduğunu xüsusi vurğulayıb. Azərbaycan ilə İİB Qrupu arasındakı uzunmüddətli əməkdaşlığa toxunan nazir 1992-ci ildən bəri formalaşan tərəfdaşlığın qarşılıqlı etimad və ortaq prioritetlər üzərində qurulduğunu qeyd edib: "Bu əməkdaşlıq xüsusilə özəl sektorun inkişafı, ticarət maliyyələşdirilməsi, infrastruktur layihələri, kiçik və orta sahibkarlığın dəstəklənməsi, "yaşıl keçid" və rəqəmsal transformasiya kimi sahələri əhatə edir. Bu istiqamətlər həm də Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının əsas prioritetləri ilə üst-üstə düşür".

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyasında çıxışı zamanı deyib ki, Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir, bu istiqamətdə biznes və investisiyalar üçün əlverişli mühit formalaşdırır. Halal iqtisadiyyatın gələcəyi yalnız bazarların böyüməsi ilə deyil, həm də tərəfdaşlıqların möhkəmliyi ilə müəyyən olunur. Birgə səylər nəticəsində halal dəyər zəncirlərini gücləndirmək, investisiyaları artırmaq, ticarəti genişləndirmək və üzv ölkələrdə rifahın yüksəlməsinə töhfə vermək mümkündür.

Əslində, bu cür yüksəksəviyyəli beynəlxalq müzakirələr və irihəcmli investisiya razılaşmaları Azərbaycanın iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə halal iqtisadiyyatın təşviqi, dayanıqlı maliyyə modellərinin genişləndirilməsi və özəl sektorun gücləndirilməsi ölkənin qlobal iqtisadi sistemdə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan, həm regional inteqrasiya proseslərində fəal iştirak edən, həm də halal maliyyə və investisiya platformalarının inkişafına töhfə verən mühüm mərkəzlərdən birinə çevrilməkdədir. 

Təəssüf ki, halal iqtisadiyyatın inkişafına baxmayaraq,  hazırda bəzi çətinliklər də mövcuddur. Müxtəlif ölkələrdə qanunvericilik fərqləri bu sistemin tam inteqrasiyasını çətinləşdirir. Üstəlik, halal maliyyə haqqında maarifləndirmənin az olması və standartların tam vahid olmaması da inkişafı yavaşladan amillərdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!