18 İyun 2026 09:15
132
Mədəniyyət
A- A+
Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib


"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə paytaxtda "Milli Xalq Oyunları" Festivalı keçirilib.

Paytaxtımızın gözəl məkanlarından olan Rixard Zorge adına parkda təşkil edilən və  milli irsin təbliği, xalq oyunlarının yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyan "Milli Xalq Oyunları" Festivalında iştirakçı müəllim və şagirdlər, həmçinin onun həyata keçirilməsinə dəstək və köməklik göstərən  Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyinin məsul şəxsləri, Azərbaycan Rəssamlıq Akademiyası, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, İMEK - Beynəlxalq Musiqi Tədris Mərkəzi, Azərsun Holdinq iştirak ediblər.

Festival çərçivəsində layihə üzrə əldə olunan nəticələr təqdim edilib, iştirakçılar üçün müxtəlif milli oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub. Belə ki, festivalda qədim xalq oyunları nümunələrindən olan çiləmə, dəyirman, fincan-fincan, iç-çöl, həmçinin bənövşə, gözbağlıcı, qodu-qodu, əl üstə kimi oyunları, milli rəqs master-klassı və  digər idman oyunları keçirilib. Gənc rəssamlar 3 fərqli rəsm guşəsində öz rəsmlərini nümayiş etdiriblər. Festival boyunca Dj iştirakçıları əyləndirib, Fase art, köpük şou, animatorların çıxışları, gənc müğənnilər Aysu Sadıqzadə, Aylin Səlimova, Dəniz Hüseynzadə və Safiya Allahverdiyeva ifaları ilə iştirakçıları şənləndiriblər.

Sonda layihədə aktiv iştirak edən 6 müəllim mükafatlandırılıb, layihəyə cəlb olunan 120 şagirdə sertifikatlar verilib.


 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycan bu gün boru kəməri qazının təchizatı coğrafiyası baxımından birinci yerdədir 

10:33
18 İyun

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

10:33
18 İyun

Prezident: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir 

10:18
18 İyun

Azərbaycan 2003-cü il UNESCO Konvensiyasının Baş Assambleyasının sessiyasında təmsil olunub  

10:16
18 İyun

Prezident İlham Əliyev: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib 

10:15
18 İyun

Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

10:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

10:13
18 İyun

33 ildir axtarışda olan şəxs Almaniyada tutularaq ölkəyə gətirilib

10:12
18 İyun

Prezident İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var

10:08
18 İyun

Cenevrədə beynəlxalq birlik Azərbaycanın mina problemi ilə bağlı həmrəyliyə çağırılıb  

09:53
18 İyun

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunu distant şəkildə imzalayıblar

09:26
18 İyun

Dünya çempionatı: Kolumbiya Özbəkistana qalib gəlib

09:23
18 İyun

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

09:07
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!