12 İyun 2026 08:00
165
SİYASƏT
A- A+
Avrasiyanı birləşdirən unikal bağlantı modeli

Avrasiyanı birləşdirən unikal bağlantı modeli


Bu gün Cənubi Qafqaza nəzər salanda qarşımızda tamamilə yeni və fərqli mənzərə açılır. Şahid oluruq ki, uzun illər boyu xəritədə yalnız münaqişələr, gərginliklər və problemlər zonası kimi görünən bu bölgə, indi dünyanın ən mühüm ticarət və əməkdaşlıq mərkəzlərindən birinə çevrilir. Artıq köhnə stereotiplər dağılır, problemlər tarixin arxivinə gömülür. Bu böyük və köklü dəyişikliyin arxasında isə Azərbaycanın apardığı uzaqgörən siyasət dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs, regionu münaqişə, böhran zonasından çıxararaq qlobal miqyasda qitələri birləşdirən etibarlı bağlantı ünvanına çevirib.


Şərqlə Qərbin qovuşduğu məkan


Azərbaycanın coğrafi mövqeyi hər zaman əlverişli olub. Bu coğrafi üstünlüyün real iqtisadi və siyasi gücə çevrilməsi isə düşünülmüş addımların nəticəsidir. Bu gün ölkəmiz Asiya ilə Avropanı, Şərqlə Qərbi ən qısa və ən təhlükəsiz yolla birləşdirən əsas mərkəzdir. Orta dəhliz layihəsi təkcə nəqliyyat marşrutu kimi deyil, qlobal ticarətin yeni onurğa sütunu kimi dünyanın diqqət mərkəzindədir. 

Bu layihəni unikal edən əsas cəhət ondan ibarətdir ki, Azərbaycan bura təkcə dəmir yolları və asfalt magistrallar çəkmir, həm də dövrün tələblərinə uyğun olaraq marşrutu modernləşdirir. "Yaşıl enerji dəhlizi" vasitəsilə Xəzər dənizində qurulan külək və günəş-elektrik stansiyalarından alınan təmiz enerji gələcəkdə birbaşa Avropaya ötürüləcək. Eyni zamanda regionu qlobal internet şəbəkəsinə bağlayan nəhəng fiber-optik xətlər məhz Bakıdan keçir. Yəni rəqəmsal dünya da bu yolla hərəkət edir.

Ələt Azad İqtisadi Zonası xarici investorlar və iş adamları üçün böyük istehsal sahələri və azad ticarət imkanları təklif edən mühüm  logistik mərkəzdir.

Yeri gəlmişkən vurğulayaq ki, ötən il Vaşinqtonda Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılıq əldə olunub. Bu marşrut həm Şərqlə Qərbi, həm də Şimalla Cənubu birləşdirən ən strateji qovşaq olacaq. Dəhlizin açılması regionun iqtisadi potensialını dəfələrlə artıracaq və ölkələri bir-birinə bağlayaraq həm də müharibə risklərini aradan qaldıracaq.

Bütün bunlarla yanaşı, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda tikilən beynəlxalq hava limanları, yeni çəkilən yollar və tunellər bu böyük nəqliyyat şəbəkəsinin sürətini qat-qat artırır. 

Azərbaycanın yaratdığı bu yeni reallığın ən böyük uğurlarından biri də dünya nəhənglərinin ölkəmizə olan xüsusi diqqətidir. Bu gün qlobal arenada bir çox  məsələdə əks tərəflərdə dayanan, rəqabət aparan böyük güclərin - Çinin, ABŞ-nin, Avropa İttifaqının (Aİ) - eyni zamanda Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərməsi təkrarsız mənzərədir. 

Çin-Azərbaycan əlaqələri gündən-günə inkişaf edir. Ötən ilin aprelində Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanması böyük uğurdur. Faktdır ki, Çindən yola düşən yüklərin Avropaya ən qısa və təhlükəsiz yolla çatması məhz Orta dəhlizin aktivliyindən asılıdır. Pekinin Bakı ilə əlaqələrə xüsusi əhəmiyyət verməsinin səbəblərindən biri də məhz budur. 

ABŞ-Azərbaycan münasibətlərində tamamilə yeni səhifə açılıb. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" Ağ Evin Bakıya olan strateji baxışının göstəricisidir. 

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycan qazını idxal edən 16 ölkədən 10-unun məhz Avropa İttifaqının üzvü olması da bunu sübut edir. 

Ancaq Aİ üçün rəsmi Bakı, sadəcə, etibarlı qaz tədarükçüsü deyil, həm də iqtisadiyyatın gələcəyi olan "yaşıl enerji" layihələrində və Trans-Xəzər nəqliyyat əlaqələrində mühüm strateji tərəfdaşdır. Brüssellə imzalanan strateji sənədlər və birgə investisiya planları bu marağın ən aydın göstəricisidir. Cari il 2-3 iyun tarixlərində Bakı şəhərində Azərbaycan ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi üzrə həlledici danışıqlar aparılıb. Konstruktiv ruhda keçən müzakirələrin mühüm nəticəsi olaraq, 2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı- Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.

Bütün bu faktlar sübut edir ki, rəsmi Bakı kənar diktələrdən uzaq, tamamilə müstəqil siyasi xətt yürüdür. Azərbaycan əks qütbləri ortaq iqtisadi maraqlar ətrafında birləşdirən mərkəz rolunu oynayır.


Yeni əməkdaşlıq mühiti


Bölgədə qurulan bu əməkdaşlıq mühiti Ermənistan üçün də taleyüklü bir fürsətdir desək, yanılmarıq. Uzun illər ərzində xəyali və radikal şüarların, kənar güclərin oyuncağı olmaq siyasətinin Ermənistanı iqtisadi çöküşə və tam regional təcridə düçar etdiyi bəllidir. 

Ancaq bu gün Azərbaycan Ermənistanla münasibətlərdə faktiki əməkdaşlıq mühiti formalaşdırıb. Ötən il Ağ Evdə sülh sazişi mətninin paraflanmasından sonra iki ölkə arasında normallaşma istiqamətində mühüm addımlar atılıb. Neft məhsullarının və digər zəruri malların Azərbaycan ərazisindən Ermənistana ixrac edilməsi sülhün kağız üzərində deyil, insanların gündəlik həyatında hiss olunan real faydasıdır.

Bir sözlə, Ermənistanın bir dövlət kimi gələcəyi, iqtisadiyyatının xilası birbaşa olaraq onun Cənubi Qafqazda formalaşdırılmış yeni vəziyyətə necə adekvat reaksiya verəcəyindən asılıdır. Azərbaycanın təklif etdiyi sülh modeli heç bir ölkəni kənarda qoymur, əksinə, hamının xeyrinə olan kollektiv inkişafa yönəlibdir. Ermənistan bu layihələrə və sülh gündəliyinə qoşulmaqla regional tərəqqinin bir hissəsi ola bilər. Seçim İrəvanındır, ya köhnə xəyallarla inkişafdan kənarda qalmaq, ya da Bakının yaratdığı yeni reallığa uyğunlaşıb tərəqqi etmək. 

Göründüyü kimi, rəsmi Bakının atdığı hər bir strateji addım, reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizi regional miqyasdan çıxararaq ən etibarlı qlobal əməkdaşlıq ünvanına çevirməkdədir.

Həm də Azərbaycanın ortaya qoyduğu inkişaf və əməkdaşlıq modeli, yürütdüyü uzaqgörən siyasət təkcə ölkəmiz, Cənubi Qafqaz üçün deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən bütöv bir Avrasiya coğrafiyası üçün tərəqqi, sabitlik və iqtisadi rifah vəd edir. 

Bəli, bu gün regional hüdudları aşaraq qlobal bağlantı mərkəzinə çevrilən Azərbaycan, bəşəriyyətin ortaq inkişafına töhfə verməyin əyani formulunu nümayiş etdirir. Şübhəsiz ki, bu strateji xətt həm ölkəmizin beynəlxalq nüfuzunu sarsılmaz edir, həm də onun ətrafında formalaşan geniş coğrafiyanı qlobal tərəqqinin yeni fəal qüvvəsinə çevirir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

09:35
12 İyun

Aktyor əbədiyyəti səhnədə qazanır

09:30
12 İyun

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

09:26
12 İyun

Çətinliklərdən ümidə doğru...

09:25
12 İyun

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

09:24
12 İyun

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb  

09:23
12 İyun

Lənkərandakı Həzi Aslanov parkında yenidənqurma işləri aparılır

09:23
12 İyun

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbirlər davam edir

09:20
12 İyun

Astara: sitrusçuluq və düyüçülükdən tutmuş balıqçılıq və akvakulturayacan

09:15
12 İyun

Masallıda yaş barama tədarükünə başlanılıb

09:10
12 İyun

Rayon Prokurorluğunda "Açıq qapı" günü 

09:05
12 İyun

"Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluq" mövzusunda konfrans keçirilib

09:00
12 İyun

Şəfəqdə ucalan yurd sevgisi

08:55
12 İyun

Əli bəy Hüseynzadənin Vətənə son gəlişi və tarixi missiyası

08:50
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il ötür

08:45
12 İyun

Neftdənkənar inkişaf - Azərbaycan iqtisadiyyatının yenilənmə modeli

08:40
12 İyun

Dayanıqlı və rəqabətqabiliyyətli inkişafın Azərbaycan nümunəsi

08:35
12 İyun

Qərəzindən əl çəkə bilməyən Fransa

08:30
12 İyun

Neft qiymətləri yenidən artdı 

08:25
12 İyun

Dövlətçiliyin xilasına aparan yol

08:23
12 İyun

Milli qurtuluşdan güclü və qalib Azərbaycana

08:20
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!