17 İyun 2026 20:09
483
İQTİSADİYYAT
A- A+
İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  


İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Bakıda “Regional Bağlantılar üçün Ticarət Həllərinin Gücləndirilməsi” mövzusunda panel sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə dayanıqlı və inklüziv iqtisadi artımın təşviqində ticarətin rolu, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, ticarət maliyyələşdirilməsi sahəsində mövcud çağırışların aradan qaldırılması və regional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə ticarət maliyyəsi üzrə innovativ həllərin tətbiqi, təcrübə mübadiləsinin təşviqi və regional əlaqələrin inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək regional ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı inkişafın təmin olunmasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın regional bağlantıların möhkəmləndirilməsi, ticarətin asanlaşdırılması və beynəlxalq iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) baş icraçı direktoru Adib Yusif Əl-Aama tədbirin salamlama nitqində İƏT ölkələri arasında ticarət əməkdaşlığının gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Panel müzakirələrində Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom, (ITFC) baş icraçı direktoru Adib Yusif Əl-Aama, Özbəkistanın İpoteka Bankının İdarə Heyətinin sədri Umidcon Xakimov, eləcə də Azərbaycanın Rabitə Bankının baş icraçı direktoru Aydın Hüseynov çıxış edərək ticarət maliyyələşdirilməsinin inkişafı, özəl sektorun dəstəklənməsi və regional ticarətin genişləndirilməsi istiqamətində fikir və təcrübələrini bölüşüblər.

Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) İslam Maliyyəsi üzrə rəhbəri Madina Tukulovanın moderatorluğu ilə keçirilən sessiyada ticarət maliyyələşdirilməsi sahəsində tənzimləyici maneələrin aradan qaldırılması, maliyyə institutları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və kiçik və orta sahibkarlığın beynəlxalq bazarlara çıxış imkanlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı regional ticarətin inkişafı üçün innovativ maliyyə alətlərinin tətbiqi, uğurlu tərəfdaşlıq modellərinin təşviqi və İƏT-ə üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində yeni əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Tədbirdə qeyd edilib ki, bu kimi platformalar ticarət əlaqələrinin dərinləşdirilməsi, dayanıqlı inkişafın dəstəklənməsi və regionda inklüziv iqtisadi artımın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

16:03
16 İyul

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub

15:41
16 İyul

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

15:24
16 İyul

Beynəlxalq Valyuta Fondu ilə maliyyə sabitliyi siyasətinin əsas prioritetlərinə dair fikir mübadiləsi olub

15:05
16 İyul

Qusarın Sudur və Quxur kəndlərinin yolu əsaslı təmir olunub  

14:46
16 İyul

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

14:37
16 İyul

“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

13:28
16 İyul

Sabah ölkə ərazisində hava necə olacaq?

13:11
16 İyul

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

12:37
16 İyul

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

12:21
16 İyul

Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlıq artan dinamika ilə inkişaf edir

12:19
16 İyul

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:09
16 İyul

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

12:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!