25 İyul 2026 12:07
3884
Mədəniyyət
A- A+
Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

Xəzər dənizinin mənzərəli sahilində, “Sea Breeze” kurort kompleksində “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir. Bu tədbir Azərbaycan və qlobal musiqi sənayesinin aparıcı simalarını yenidən bir araya gətirir.

AZƏRTAC xəbər verir ki, konsert proqramından əvvəl festival iştirakçıları və dəvət olunmuş qonaqlar ənənəvi olaraq qırmızı xalçadan keçərək tamaşaçılara, mediaya əsl musiqi bayramı ab-havası bəxş ediblər. Axşamın ilk dəqiqələrindən festival meydançasında musiqi, canlı işıqlandırma effektləri, xoş ovqat hökm sürüb.

Musiqi axşamı Azərbaycan müğənnisi və “Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camalın ifasında "Stereotype" kompozisiyası ilə açılıb.

Günün əsas məqamlarından biri “Sea Breeze” Şöhrət Xiyabanında türk ifaçıları Edis və Emre Altuğun adlarını daşıyan ulduzların açılışı olub. Sənətçilər mərasimdə iştirak ediblər, sonra jurnalistlər və pərəstişkarları ilə görüşüblər.

Axşam boyunca Azərbaycanın və xarici ölkələrin populyar ifaçıları Tünzalə Ağayeva, Dilarə Kazımova, Elnur Hüseyn, Fərrux Həsənov, Murad Baykayev, Faiq Ağayev, EDIS, Emre Altuğ, EMIN, Ani Lorak və başqaları minlərlə tamaşaçı qarşısında çıxış ediblər. Onların ifa etdikləri sevilən musiqi nömrələri səhnədə möhtəşəm musiqi bayramı ab-havası yaradıb.

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli və türk sənətçisi Emre Altuğun birgə ifa etdikləri kompozisiyanın premyerası da böyük maraq doğurub. İlk dəfə “Dream Fest” səhnəsində ifa edilən yeni mahnı tamaşaçılar tərəfindən səmimi qarşılanıb və konsert proqramının ən yaddaqalan məqamlarından birinə çevrilib. Birgə ifa Azərbaycan və Türkiyə sənətçiləri arasında yaradıcı əməkdaşlığın və dünyanın hər yerindən musiqiçiləri bir araya gətirən festivalın beynəlxalq ruhunun təcəssümü olub.

Festival 23-26 iyul tarixlərində “Sea Breeze” kurort kompleksində keçirilir. Onun proqramına məşhur ifaçıların konsertləri, səhnəyə yeni qədəm qoyan sənətçilərin çıxışları, xüsusi musiqi layihələri və yaradıcı əməkdaşlıqlar daxildir.

“Dream Fest”in qonaqları üçün rahat nəqliyyat əlaqəsini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xüsusi avtobus xidmətləri təşkil edib. Avtobuslar hər gün saat 16:00-dan 20:00-dək “Koroğlu” metrostansiyasının şimal çıxışındakı transfer mərkəzindən festival məkanına qədər hərəkət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!