22 Sentyabr 2026 10:10
208
İQTİSADİYYAT
A- A+
Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq

Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq


Sentyabrın üçüncü həftəsi Azərbaycanın iqtisadi gündəmində maliyyə sektorundan enerji və investisiyalara, beynəlxalq əməkdaşlıqdan dayanıqlı inkişafa qədər müxtəlif istiqamətlər üzrə yeni addımlarla yadda qalıb. Onların bir qismi yalnız cari iqtisadi göstəricilərlə deyil, ölkənin qlobal iqtisadi proseslərə daha sıx inteqrasiyası və yeni əməkdaşlıq platformalarında mövqeyinin genişlənməsi ilə diqqət çəkib.

Həftənin ilk günü Azərbaycan Mərkəzi Bankı BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub. Bu üzvlük Mərkəzi Banka müxtəlif ölkələrin sığorta nəzarətçiləri və tənzimləyici qurumları ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təcrübə mübadiləsində iştirak etmək, həmçinin forumun işçi qrupları və müzakirələrində təmsil olunmaq imkanı verəcək. Əməkdaşlığın Azərbaycanın sığorta sektorunda  beynəlxalq təcrübənin tətbiqinə töhfə verməsi gözlənilir.

***

"AzerGold" QSC-nin nümayəndə heyəti Qırğızıstana səfər çərçivəsində "Altynken" qızıl mədəni və "Kyrgyzaltyn" şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunda olub. Nümayəndə heyəti burada qızıl hasilatı və emalı texnologiyaları, istehsal infrastrukturu, keyfiyyətə nəzarət və sənaye təhlükəsizliyi sistemləri ilə tanış olub.

 Tərəflər qızıl sənayesində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Səfər "AzerGold" ilə "Kyrgyzaltyn" arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

***

Sentyabrın 15-də Azərbaycan Respublikası Hesablama Palatasında İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycana missiyası çərçivəsində nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə üzv ölkələrdə institusional potensialın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Hesablama Palatasının nümayəndələri rəqəmsallaşma, auditdə süni intellektdən istifadə, beynəlxalq ali audit qurumları ilə təcrübə mübadiləsi və əməkdaşların peşəkar potensialının artırılması üzrə həyata keçirilən layihələr barədə məlumat veriblər. Görüşdə əvvəlki müzakirələrdə razılaşdırılan məsələlərin icra mərhələsinə keçirilməsinin vacibliyi vurğulanıb.

***

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində keçirilən Avrasiya Məkan Məlumatları İnfrastrukturu (ESDI) İdarəetmə Komitəsinin 12-ci konfransında iştirak edib. Tədbirdə rəqəmsal transformasiya, geoməkan məlumatlarının idarə olunması, rəqəmsal xəritələr, 3D xəritələrin və peyk təsvirlərinin torpaq idarəçiliyində tətbiqi, eləcə də ölkələrarası məlumat mübadiləsi müzakirə olunub. 

***

Ötən həftənin aqrar sahədə baş vermiş iqtisadi xəbərində deyilir ki, yeni yaradılmış "Qusar Aqropark"ın rezidenti "Fresh Garden Quba" MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib. Aqroparkda müasir texnologiyalar əsasında meyvəçilik təsərrüfatının inkişafı nəzərdə tutulur.

Hazırda 77 hektar ərazini əhatə edən aqroparkda alma, nektarin, şaftalı və gilas bağlarından ibarət intensiv meyvə təsərrüfatı yaradılıb. Gələcəkdə bağların sahəsinin 110 hektaradək genişləndirilməsi planlaşdırılır. 

***

Çərşənbə günü Azərbaycanın milli peyk operatoru "Azərkosmos" Niderlandın Amsterdam şəhərində keçirilən "IBC 2026" beynəlxalq sərgisində iştirak edib. Şirkət tədbirdə yayım və media sənayesinin inkişaf edən tələblərinə uyğun peykəsaslı həllərini nümayiş etdirib.

Sərgidə peyk tutumu, yayım və media bağlantısı, VSAT həlləri və canlı yayım xidmətləri təqdim olunub. "Azərkosmos" həmçinin dənizçilik sektoru üçün peyk bağlantısı həllərini nümayiş etdirərək texnologiyanın müxtəlif sahələrdə etibarlı rabitə imkanlarını diqqətə çatdırıb.

***

Maliyyə şəffaflığı və dayanıqlı iqtisadi inkişafla bağlı atılan addımlarla yanaşı, ötən həftə Azərbaycanın enerji sektorunda "yaşıl keçid"in genişlənməsini göstərən yeni layihənin də açılışı olub. Belə ki, Qaradağda "Qobustan" Günəş- Elektrik Stansiyası (GES) istifadəyə verilib. 

Prezident İlham Əliyev sentyabrın 16-da Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" GES-in açılışında iştirak edib. Layihə Azərbaycanda hərrac yolu ilə həyata keçirilən ilk bərpaolunan enerji layihəsi olmaqla yanaşı, "Universal Energy" şirkətinin ölkəmizdə reallaşdırdığı ilk layihədir.

***

Bir gün sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər. Səfər çərçivəsində yeni turizm obyektlərinin açılışı və rayonun turizm potensialının inkişafına yönəlmiş layihələrlə tanışlıq olub. Meysəri kəndində "Meysari Grand Hotel & SPA", Pirqulu qəsəbəsində isə "Pirqulu Park" hotel kompleksləri istifadəyə verilib. Eyni zamanda "Nəsimi Bağları" kompleksində yaradılan şəraitə baxış keçirilib. Yeni turizm infrastrukturu Şamaxının təbii, tarixi və mədəni imkanlarından daha geniş istifadə olunmasına, rayona turist axınının və xidmət sektorunun inkişafına əlavə imkanlar yaradır.

***

Həftənin sonlarına doğru Azərbaycanın aviasiya sektorunda əldə olunan beynəlxalq nəticə də diqqət çəkib. "AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) "World Airline Awards 2026" çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb. "Skytrax" tərəfindən Londonda keçirilən mərasimdə təqdim olunan mükafat AZAL-ın donanmanın yenilənməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından diqqət çəkir.

***

Həftənin son iqtisadi xəbəri Azərbaycanın istehlakçı hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığının genişlənməsi ilə bağlı olub. Azərbaycan 2026-2027-ci illər üzrə İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib. Bu təmsilçilik ölkənin istehlak bazarlarına nəzarət və istehlakçı hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübə mübadiləsində iştirakını genişləndirir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ABŞ Eritreya hakim partiyasına və ordusuna qarşı sanksiyaları ləğv etdi

10:35
22 Sentyabr

ABŞ və Çin ticarət və süni intellekt mövzularında konstruktiv məsləhətləşmələr aparıblar

10:30
22 Sentyabr

Sudanda mədən çökməsi nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

10:25
22 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisinə 2 gün qaldı

10:20
22 Sentyabr

Dəniz şəhərində polad avtoqraf  

10:15
22 Sentyabr

Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq

10:10
22 Sentyabr

Azərbaycan nefti 116 dollara satılır

10:00
22 Sentyabr

Tarix yazan qəhrəman

10:00
22 Sentyabr

Kolumbiya səfiri “ASAN xidmət”də olub

09:59
22 Sentyabr

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb

09:57
22 Sentyabr

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz

09:56
22 Sentyabr

Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə

09:55
22 Sentyabr

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb

09:54
22 Sentyabr

Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb

09:52
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!