22 Sentyabr 2026 10:15
162
İQTİSADİYYAT
A- A+
Dəniz şəhərində polad avtoqraf  

Dəniz şəhərində polad avtoqraf  


Sentyabr ayı Azərbaycanın neft sənayesi tarixinə qızıl hərflərlə yazılıb. Ölkəmizin yeni neft strategiyasının təməl daşı olan "Əsrin müqaviləsi" - Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi haqqında saziş 1994-cü ilin məhz bu ayının 20-də imzalanıb. 2001-ci ildən isə Azərbaycan neftçiləri həmin bu günün şərəfinə sentyabrın 20-ni Neftçilər Günü kimi qeyd edirlər. Azərbaycanı qaz ixrac edən ölkə kimi tanıdan, Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi"nin təməli də sentyabrın 20-də (2014-cü il) qoyulub. 2017- ci il sentyabrın 14-də isə "Yeni əsrin müqaviləsi" imzalanıb - AÇG blokunun işlənməsinin müddəti 2050-ci ilin əvvəlinə qədər uzadılıb.

Azərbaycanın neft tarixini vərəqləyəndə daha bir məqam diqqətimizdən yayınmadı. Bu tarixdə imzası olan neft korifeylərimizdən biri - Xanoğlan Bayramov da məhz bu ayda dünyaya gəlib və özündən sonra çoxlu xeyirxah əməllər, xoş xatirələr qoyub 66 yaşının tamam olduğu ilin sentyabrında da həyata vida edib.

Azərbaycanın görkəmli neftçilərinin bir pleyadası var ki, onsuz "Möcüzələr adası" adını almış Neft Daşlarının tarixindən söhbət açmaq mümkün deyil. Bunlar geoloq Ağaqurban Əliyev, neft təşkilatçısı Sabit Orucov, mühəndis Yusif Səfərov, qazma ustaları Mixail Koveroçkin, Qurban Abbasov və başqalarıdır. Bu dəstəyə Xanoğlan Bayramov da daxildir. Neftçi-inşaatçı Xanoğlan Bayramov.

 Yüksək vəzifə və titullar qazansa da, bir çox fəxri adlara və mükafatlara layiq görülsə də, onu elə neftçi-inşaatçı Xanoğlan kimi tanıyırdılar. Maraqlıdır ki, bu günün özündə də haqqında söhbət düşəndə onu sadəcə olaraq "Neft Daşlarını tikən Xanoğlan" deyə xatırlayırlar. 

Bəli, hər kəs həyatda bir ad qoyub gedir. Xanoğlan Bayramov da bu adla yaddaşlarda qaldı. Daha dəqiq desək, Azərbaycanın tarixinə "Neft Daşlarını tikən Xanoğlan" kimi daxil oldu.

1949-cu il noyabrın 7-də Xəzərin qoynunda, "Qara daşlar" adlanan ərazidə ilk neft quyusu fontan vurdu. Bu, dünyanın səkkizinci mözücəsi sayılan, dənizin ortasında polad dirəklər üstündə salınan bir şəhərin - Neft Daşlarının ad günü və dünyada dəniz neftinin erasının başlandığı tarix idi.

O zaman Xanoğlanın 16 yaşı vardı, fabrik-zavod məktəbinə (texniki peşə məktəbi) təzəcə qəbul olunmuşdu. Eşitdikləri ona möcüzə təsiri bağışlayırdı. Bir il sonra məktəbi bitirib elektrik qaynaqçısı kimi "Orconikidzeneft"in (sonralar "Suraxanıneft" NQÇİ oldu) tikinti-quraşdırma idarəsində işə düzəldi. Amma heç ağlına belə gətirməzdi ki, bir neçə ildən sonra həyat yolları onu məhz möcüzə saydığı şəhərə aparacaq.

1953-cü ildə Xanoğlan Bayramovu köçürmə yolu ilə "Azərdənizneftinşaat" trestinin Neft Daşlarında fəaliyyət göstərən 6 nömrəli tikinti-quraşdırma idarəsinə işə göndərirlər. Xanoğlan Bakıda böyüsə də, kökü-soyu Lerikin Niməkeş kəndindən idi. Daxilində dağlar oğlunun dözümü-dəyanəti qərar tutmuşdu. Yoxsa, o da bəziləri kimi, Xəzərin dəli dalğalarından vahiməyə düşər, elə birinci qasırğanı görəndən sonra dənizi həmişəlik tərk edərdi...

"Möcüzələr adası" Xanoğlan üçün həyatın bir sınağımı idi? Yoxsa, daxilindəki qurub-yaratmaq eşqini, qəhrəmanlıq ruhunu realizə etmək üçün verilmiş bir şans?

Xanoğlan o vaxt bütün bunlar barədə düşünmürdü və heç romantik duyğulara qapılıb baş verənlərə məna da axtarmırdı. Çətinə düşəndə öz-özünə "qeyrət yeridir, geriyə dönmək olmaz" deyirdi. Canla-başla işləyirdi. İş isə adi iş deyildi. Onlar fırtınalar qoynunda şəhər salırdılar, estakadalar inşa edir, meydançalar tikirdilər. Hamısı da dənizin ortasında, polad dirəklərin üstündə...

İllər keçdikcə estakadalar 10 kilometrlərlə dənizin qoynuna addımlayırdı. 1957-ci ildə 24 yaşlı elektrik qaynaqçısının əlini sıxıb ona respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanını verdilər. Bir il sonra isə eşitdiyinə az qala inanmadı. Bütün qəzetlər, radio, televiziya Xanoğlan Vəli oğlu Bayramova Sosialist Əməyi Qəhrəmanı adı verilməsi barədə xəbər yaydılar. 25 yaşında əmək cəbhəsində bu yüksək adı alanlar bütün keçmiş sovet məkanında tək-tək olurdu.

"Qızıl Ulduz"lu, "Lenin" ordenli (bunlar o dövrün ən yüksək mükafatları idi) gənc isə başını aşağı salıb yenə də öz işi-gücü, sadə peşəsi ilə məşğul idi. Məsuliyyətini, səriştəsini, işə yenilikçi münasibətini nəzərə alıb onu usta, sonra iş icraçısı təyin etdilər. 1967-ci ildə Bolqarıstana bir mütəxəssis ezam etmək lazım gələndə dərhal Xanoğlan Bayramov yada düşdü. Beləliklə, Xanoğlan dəst-xəti Qara dənizdə də göründü. O, Qara dənizin Bolqarıstan şelfində hidrotexniki qurğuların ilk quraşdırıcısı oldu.

Vətənə qayıdandan sonra Xanoğlan Bayramov 6 nömrəli tikinti-quraşdırma idarəsinin rəisi təyin edilir. Daha sonra isə "Xəzərdəniznefttəmirtikinti" trestinin müdiri vəzifəsinə irəli çəkilir. Bu trest ləğv olunandan sonra X.Bayramov "Azərdənizneftinşaat" trestində rəis müavini vəzifəsində çalışır. Lakin Xəzər öz fatehini yenidən dalğalar qoynuna çəkdiyindən o, sözügedən trestin 1 nömrəli ixtisaslaşdırılmış təmir-tikinti idarəsinin rəisi vəzifəsinə keçərək dənizə qayıdır.

Xanoğlan Bayramov, sözün əsl mənasında, zəhmətkeş bir insan idi. O, istehsalatda işləyə-işləyə neft texnikumunu bitirmiş, onlarla səmərəli təkliflər irəli sürmüşdü. Estakadaların "ömrünü uzatmaq", onları korroziyadan qorumaq üçün alimlərlə birlikdə xüsusi metod işləyib hazırlamışdılar. Bütün bunlara görə Azərbaycanda aldığı mükafat və fəxri fərmanlardan əlavə, müxtəlif illərdə Moskvada fəaliyyət göstərən Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medallarına da layiq görülmüşdü.

Ev quran, yol çəkən, körpü salan babalarımız "tikdim ki, izim qala" deyiblər. Xanoğlanın izi isə Xəzərin qoynunda qalıb. Bunlar kilometrlərlə uzanan polad estakadalar, kompressor stansiyaları, gəmilər üçün yanalma körpüləri, neft və qaz daşıyan sualtı kəmərlər, "Günəşli" yatağındakı dərin özüllər və daha neçə-neçə dəniz obyektləridir.

Bütün bunları "Xanoğlanın polad avtoqrafı" adlandırmaq olar. Qocaman neftçilərdən biri sanki onların çoxunun fikrini ifadə edərək danışır:

- Dəniz neftçilərinin dostluğu çox möhkəm olur. Biz onunla həm çiyin-çiyinə işləmiş, həm də ürək və çörək dostu olmuşuq. Xanoğlan Bayramov ciddi və məsuliyyətli bir insan idi, rəhbər vəzifədə çalışdığı zaman tabeliyində olan işçilərə böyük tələbkarlıqla yanaşırdı. Bununla bərabər, dostluqda da əvəzi yox idi.

İxtiyar yaşlı neftçi bir xatirə də söyləyir: 

- Ümummilli Lider Heydər Əliyev növbəti dəfə Neft Daşlarına gəlmişdi. Bizimlə səmimi söhbət etdi, işimizlə, qayğılarımızla maraqlandı. Sonra birdən  nədənsə gözü uzaqlara, üfüqlə dənizin birləşdiyi nöqtəyə zilləndi və əlini irəliyə uzatdı. Üzünü yanında dayanmış  Xanoğlan Bayramova tutub dedi ki, indi bax oraları, daha uzaq yataqları kəşf etmək lazımdır. Bu həmin yer idi ki, sonralar orada "Günəşli" yatağı işlənməyə başladı... 

Xanoğlan Bayramov 1933-cü il sentyabrın 13-də anadan olmuşdu. 1999-cu il sentyabrın 20-də dünyasını dəyişdi. Bu da bir təsadüf. Qeyd etdiyimiz kimi, ölkəmizdə hər il sentyabrın 20-si Azərbaycanın yeni neft erasının başlanğıcının - "Əsrin müqaviləsi"nin imzalanmasının növbəti ildönümü, neftçilərin peşə bayramı kimi qeyd olunur. Amma "hər təsadüf zərurətdən doğur" deyiblər. Xanoğlanın dünyaya gəlişi də, yaşadığı şərəfli ömür də, son nəfəsinədək Azərbaycanın neft həyatı ilə bağlılığı da bir zərurət idi...


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

11:12
22 Sentyabr

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

11:11
22 Sentyabr

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

11:02
22 Sentyabr

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb

11:00
22 Sentyabr

Qızıl və gümüşün ucuzlaşması davam edir

10:58
22 Sentyabr

Birjalarda neft bahalaşıb

10:57
22 Sentyabr

İnsanabənzər robotlar erası başlayır: ötən il dünyada 7 min android satılıb

10:40
22 Sentyabr

ABŞ Eritreya hakim partiyasına və ordusuna qarşı sanksiyaları ləğv etdi

10:35
22 Sentyabr

ABŞ və Çin ticarət və süni intellekt mövzularında konstruktiv məsləhətləşmələr aparıblar

10:30
22 Sentyabr

Sudanda mədən çökməsi nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

10:25
22 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisinə 2 gün qaldı

10:20
22 Sentyabr

Dəniz şəhərində polad avtoqraf  

10:15
22 Sentyabr

Yeni layihələr, işgüzar görüşlər, genişlənən əməkdaşlıq

10:10
22 Sentyabr

Azərbaycan nefti 116 dollara satılır

10:00
22 Sentyabr

Tarix yazan qəhrəman

10:00
22 Sentyabr

Kolumbiya səfiri “ASAN xidmət”də olub

09:59
22 Sentyabr

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb

09:57
22 Sentyabr

Keçmiş məcburi köçkün: Bundan sevincli, bundan şad gün ola bilməz

09:56
22 Sentyabr

Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə

09:55
22 Sentyabr

Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb

09:54
22 Sentyabr

Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb

09:52
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!