22 Sentyabr 2026 08:00
3776
SİYASƏT
A- A+
TDT-nin gücləndirilməsi zamanın tələbidir

TDT-nin gücləndirilməsi zamanın tələbidir


İlham ƏLİYEV: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir"


Müasir dünyada baş verən geopolitik çaxnaşmalar, müharibələr və iqtisadi böhranlar fonunda dövlətlərin təkbaşına bu kataklizmlərə müqavimət göstərməsi günbəgün çətinləşir. Belə bir mürəkkəb dövrdə Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə güclənməsi və üzv ölkələrin bir araya gəlməsi həm də ümumilikdə regionun təhlükəsizliyinin əsas zəmanətinə çevrilir. Sentyabrın 17-də Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər, bu birliyin nə dərəcədə həyati və strateji əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirdi.  


Təhlükəsizlik məsələləri birnömrəli prioritetə çevrilməlidir


Bu gün dünya gözümüzün önündə yenidən şəkillənir, beynəlxalq hüquq mexanizmləri iflic vəziyyətinə düşür. Faktiki olaraq müasir dünyada sülh və sabitlik anlayışları böyük təhdidlərlə üz-üzədir. Yaxın Şərqdən Avropaya qədər geniş bir coğrafiyada münaqişə ocaqları böyüyür. Dövlətimizin rəhbərinin də vurğuladığı kimi, xüsusilə regional münaqişələrin alovlandığı bir dövrdə təhlükəsizlik məsələləri birnömrəli prioritetə çevrilməlidir: "Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir".

Enerji resurslarının nəqli, beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və sərhədlərin qorunması sistemli koordinasiya tələb edir. Əgər bir ölkədə sabitlik yoxdursa, orada nə iqtisadi artım, nə də investisiyadan söhbət gedə bilər. Bu mənada TDT-yə üzv ölkələrin təhlükəsizlik qurumlarının çevik əməkdaşlığı, birgə profilaktik tədbirlər görməsi türk dünyasının xarici təhdidlərə qarşı gücünü artırmaqda böyük əhəmiyyət daşıyır.

Müasir dövrdə təhlükəsizlik təkcə fiziki sərhədlərin qorunması ilə bitmir. Ən böyük təhlükələrdən biri də xaricdən idarə olunan ideoloji təxribatlardır. Cəmiyyəti daxildən parçalamaq, milli dəyərləri aşındırmaq və gənc nəsli öz kökündən ayırmaq cəhdləri qarşısında ən böyük sipər mənəvi birlikdir: "Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən, adətən, ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı", - deyə Prezident İlham Əliyev vurğuladı. 

Bu çirkin cəhdlərə qarşı Azərbaycanda çox fəal mübarizə aparıldığını və böyük uğurlar əldə edildiyini söyləyən ölkəmizin rəhbəri vurğuladı ki, Azərbaycanda xain, antimilli, satqın strukturlar mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır: "Beləliklə, ölkələrinizin təhlükəsizlik şuralarının rəhbərləri kimi qarşınızda duran vəzifələr, təbii ki, kifayət qədər böyükdür. Düşünürəm ki, 5-ci iclas çərçivəsində həm məlumat, həm də təcrübə mübadiləsi aparılacaq. Hesab edirəm ki, zəif yerlərimizin harada olduğunu, bizə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz edə biləcəyi, necə deyərlər, hansı pəncərələrin mövcud olduğunu müəyyənləşdirmək faydalı olacaq".

TDT-ni digər beynəlxalq təşkilatlardan fərqləndirən əsas amil onun köklərinin ortaq tarixə, dilə və mənəviyyata dayanmasıdır. Çıxışında Prezident İlham Əliyev gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını, gənclər təşkilatlarının fəal əməkdaşlığını vacib şərt kimi irəli sürdü: "...TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik". 


Qlobal iqtisadiyyatın aparıcı qovşaqlarından biri 


TDT məkanı həm də qlobal iqtisadiyyatın aparıcı qovşaqlarından biridir. Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolu oynaması, Mərkəzi Asiyanın zəngin resurslarının beynəlxalq bazarlara çıxarılması bu birliyin geo-iqtisadi çəkisini artırır.

2009-cu ildə Naxçıvanda qoyulan bünövrədən bu günə qədər keçilən yol göstərir ki, TDT artıq regional çərçivədən çıxaraq qlobal miqyasda söz sahibinə çevrilir. Təşkilatın qeyri-rəsmi Zirvə görüşlərinin, məsələn, Şuşa Zirvəsinin keçirilməsi liderlər səviyyəsində çevik qərarların alınmasını asanlaşdırır.

Bu quruma üzv ölkələrin bir çoxunun, o cümlədən Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətin sınaqlar artıq geridə qalıb. Bu gün Mərkəzi Asiyadan Qafqaza qədər uzanan türk dünyası gənc dövlətlərin inkişafı ilə  qlobal güc mərkəzi kimi formalaşır.

Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür: "Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir".

Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla imzaladığı müttəfiqlik bəyannamələri, o cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan birgə investisiya fondları həm də TDT çərçivəsində iqtisadi inteqrasiyanı daha da dərinləşdirir.

Təşkilat artıq sadəcə regional əməkdaşlıq platforması yox, ortaq soy-kökə, ən əsası isə gələcəyə birgə irəliləmək iradəsinə söykənən sarsılmaz gücdür. Təşkilatın hər bir üzvü gücləndikcə, türk dünyası qlobal xaosun ortasında sülhün və tərəqqinin ən etibarlı ünvanına çevrilir, təhlükəsizlik adası kimi diqqəti cəlb edir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

20:18
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!