22 Noyabr 2026 10:43
165
CƏMİYYƏT
A- A+
Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

Noyabrın 21-də Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, hazırda dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan müasir Azərbaycanın möhtəşəm uğurlarında siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının mühüm rolu və xüsusi payı vardır. Partiyanın keçdiyi 34 illik şərəfli yol Azərbaycanın müstəqillik tarixinin, dövlət quruculuğunun və milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.

YAP Sədrinin müavini vurğulayıb ki, yeni dəyərlər yaradaraq siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirib: “YAP bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirib, hər bir mübarizədən daha da güclü çıxaraq siyasi sistemdə aparıcı mövqeyini daha da möhkəmləndirib. YAP 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə sabitliyin, iqtisadi inkişafın təmin olunması, ictimai-siyasi institutların möhkəmləndirilməsi, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi və digər istiqamətlərdə ardıcıl işlər görməklə mühüm nailiyyətlərə imza atıb”.

Tahir Budaqov bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi varisliyi təmin etməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib: “İlham Əliyevin 2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi istər partiyamızın həyatında, istərsə də bütövlükdə ölkəmizin inkişafında keyfiyyətcə yeni mərhələyə start verib. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada etibarlı tərəfdaş kimi tanınıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, YAP ölkəmizin mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üzləşdiyi bir dövrdə yaradılıb: “1992-ci il noyabrın 21-də Ümummilli Liderin rəhbərliyi ilə təsis edilən partiya qısa müddətdə xalqın dəstəyini qazanıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qeyd etdiyi kimi, YAP-ın yaradılması və Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitlik təmin olundu, dövlətçiliyimiz möhkəmləndi. Bununla Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlər əldə edib”.

Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Azərbaycanın taleyinin həll olunduğu, müstəqil dövlətçiliyimizin ciddi sınaqlarla üzləşdiyi mürəkkəb bir dövrdə - 1992-ci ildə ölkənin qabaqcıl ziyalılarının və nüfuzlu nümayəndələrinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin dühasının işığında yaradılan Yeni Azərbaycan Partiyası xalqın ümid və inam ünvanı olub. Onun sözlərinə görə, bu partiyanın yaranması, əslində, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən edilməsi, dövlətçilik ideyalarının siyasi müstəvidə səfərbər olunması missiyası idi. Bu taleyüklü missiyanın arxasında isə Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi olan Ulu Öndər Heydər Əliyev fenomeni dayanırdı.

Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi: “34 il bundan əvvəl tarixin məhz bu günündə dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda təsis olunan partiyamız qısa zamanda bütün ölkədə böyük nüfuz qazanmağa başladı. Bu da təsadüfi deyildi. Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək idi. Çünki Ulu Öndər həmişə xalqa xidmət edirdi, xalqın qayğıları ilə yaşayırdı, xalqla birlikdə idi”.

“1 saylı” Ərazi Partiya Təşkilatı sədrinin müavini Gülnar Fazilqızı çıxışında qeyd edib ki, gənclərin bilikli, təşəbbüskar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsi dövlətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır: “Yeni Azərbaycan Partiyası yarandığı gündən gənclərlə işi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Partiyanın gənclər siyasətinin əsas məqsədi onların potensialını üzə çıxarmaq, ictimai-siyasi fəallığını artırmaq, təşəbbüslərini dəstəkləmək və gələcəkdə ölkənin idarə olunmasında iştirak edə biləcək gənc kadrların yetişməsinə töhfə verməkdir”.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var  

14:17
21 Noyabr

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO  

13:39
21 Noyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

13:32
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!