21 Noyabr 2026 15:43
90
Mədəniyyət
A- A+
Bakıda Kəlağayı Festivalının açılışı olub 

Bakıda Kəlağayı Festivalının açılışı olub 


Noyabrın 21-də Bakının Qoşa Qala meydanında Kəlağayı Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, festivalda kəlağayı sənətinin və Azərbaycan milli mədəniyyətinin təbliği, ənənəvi sənətkarlıq nümunələrinin nümayişi, musiqi və rəqs proqramları təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova jurnalistlərə açıqlamasında tədbir barədə məlumat verib.

“Festival ərazisində gün ərzində sənətkarların əl işləri yarmarkası, kəlağayı və milli məhsulların satışı, milli şirniyyat və təamların təqdimatı, milli üslubda fotozonalar, kəlağayı ilə bəzədilmiş dekorativ pavilyonlar təşkil olunur. Kəlağayı Azərbaycan xalqının tarixini, mədəniyyətini və milli ruhunu özündə yaşadan ənənəvi sənət nümunəsidir. Festivala giriş sərbəstdir”, - deyə o əlavə edib.

Festival çərçivəsində ustad dərsi keçən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, festivalda bütün milli dəyərlərimiz nümayiş olunur. “Yaylıqlar, tikmələr, şərflər və digər sənət nümunələrinin hər biri gözəlliyin və yaradıcılığın təzahürüdür. Belə festivalların xalqımıza, milli dəyərlərimizə xidmət etməsi çox təqdirəlayiqdir. Kəlağayı milli sərvətimiz, milli dəyərimiz, nənələrimizdən bizə miras qalan qiymətli yadigardır. Ona xüsusi qayğı ilə yanaşmalı, bu sənəti qoruyub gələcək nəsillərə ötürməliyik”,- deyə Güllü Eldar Tomarlı əlavə edib.

O, kəlağayının qadınlarımızın milli geyim mədəniyyətinin ayrılmaz hissəsi olduğunu deyib: “Baş örtüyü olmaqla yanaşı, həm də zərifliyin, mənəvi dəyərlərin və ənənələrə bağlılığın ifadəsidir. Xoşbəxtlikdən, Azərbaycan qadınları milli irsimizə biganə qalmır, kəlağayı sənətinin yaşadılmasına öz töhfələrini verirlər. Əsrlər keçsə də, öz rəngini və gözəlliyini qoruyub saxlayan kəlağayıların əsas xüsusiyyəti təbii ipəkdən hazırlanmasıdır. Kəlağayının özünəməxsusluğu onun baramadan əldə edilən ipəkdən toxunması ilə bağlıdır. İpək saplar ustaların məharətli əllərində zərif parçalara, həmin parçalar isə bənzərsiz sənət əsərlərinə çevrilir. Kəlağayının hazırlanması olduqca mürəkkəb və zəhmət tələb edən prosesdir. Bu gün gənclərin zövqünə və müasir tələblərə uyğun müxtəlif çeşidli kəlağayıların istehsal olunması sevindirici haldır. Arzu edirəm ki, kəlağayımız daim baş tacımız olsun, Azərbaycan qadınının zərifliyini və milli kimliyini yaşatsın”.

Festivala turistlərin də marağı müşahidə olunub.

Qazaxıstandan paytaxta işgüzar səfər üçün gələn Şamiqazına Julsaskenna kəlağayıları və festivalı bəyəndiyini diqqətə çatdırıb: “Azərbaycan milli irsinin gözəl parçası olan kəlağayıları özüm və anam üçün aldım. Keyfiyyəti, rənglərinin gözəlliyi və hər bir tikməsinin incəliyi məni heyran etdi. Hər detalında zəhmət və sevgi hiss olunur”.

Festival sabah da davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var  

14:17
21 Noyabr

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO  

13:39
21 Noyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

13:32
21 Noyabr

Sabahın hava proqnozu açıqlanıb  

13:17
21 Noyabr

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

13:01
21 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

12:01
21 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır  

11:53
21 Noyabr

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

11:50
21 Noyabr

NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub

11:48
21 Noyabr

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik  

11:35
21 Noyabr

Mədəniyyət naziri Yeni Dehlidə keçirilən forumun açılış sessiyasında çıxış edib YENİLƏNİB

11:33
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!