21 Noyabr 2026 09:25
118
Mədəniyyət
A- A+
Alim, yazıçı, publisist

Alim, yazıçı, publisist


Ədəbiyyat tarixinin öyrənilməsi yalnız keçmişdə yazılmış əsərlərin təhlili ilə məhdudlaşmır. Bu zaman həm də əsərlərin yarandığı dövr, müəlliflərin dünyagörüşü, ədəbi mühit və ictimai düşüncənin səviyyəsi araşdırılır. Ədəbiyyatşünas, publisist, filologiya elmləri doktoru Nadir Vəlixanov da uzunillik səmərəli elmi fəaliyyəti ilə ədəbiyyatımızın dünəninə işıq salmaq, bu günü və gələcəyi arasında körpü yaratmaqla məşğul olub.

Nadir Vəlixanov 1926-cı il noyabrın 21-də Şuşada dünyaya gəlib. Görkəmli yazıçı Süleyman Sani Axundovun nəslindəndir. Orta təhsilini Bakıdakı 91 saylı məktəbdə alıb. 1943-cü ildə birillik müəllimlər kursunu bitirib. 1944-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsilini davam etdirib. 

Əmək fəaliyyətinə 1950-ci ildə Sumqayıtdakı 25 saylı uşaq evində başlayıb,  tərbiyəçi, tədris hissə müdiri işləyib. 1951-1953-cü illərdə Bakıda 74 saylı fəhlə-gənclər məktəbində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərib. 1953-1960-cı illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi vəzifəsində işləyib. Bu illər onun publisistik və bədii yaradıcılığının formalaşmasında müəyyən yer tutub. İlk didaktik hekayələri və felyetonları da həmin qəzetdə dərc olunub. Sonralar da dövri mətbuatda vaxtaşırı publisist məqalələr, hekayə və oçerklərlə çıxış edib.

1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda (hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) elmi fəaliyyətə başlayan Nadir Vəlixanov ömrünün sonunadək bu elm ocağında çalışıb. Kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi olub. 

Onun elmi maraq dairəsində XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında baş verən proseslər, maarifçilik ideyalarının bədii düşüncədə ifadəsi, realist ədəbiyyatın inkişaf xüsusiyyətləri mühüm yer tuturdu. Bu dövr Azərbaycan ədəbiyyatının ictimai fikirlə, maarifçilik hərəkatı ilə sıx bağlı olduğu, yazıçıların cəmiyyətin problemlərinə daha fəal münasibət bildirdiyi bir mərhələ idi. Nadir Vəlixanovun tədqiqatları da məhz həmin ədəbi və ictimai mühitin öyrənilməsinə yönəlmişdi.

Görkəmli alim Azərbaycan ədəbiyyatının mühüm bir tarixi mərhələsinin araşdırılmasına, ayrı-ayrı sənətkarların həyat və yaradıcılığının öyrənilməsinə diqqət yetirib. Nadir Vəlixanovun elmi yaradıcılığında Süleyman Sani Axundovun həyat və yaradıcılığının araşdırılması xüsusi yer tutur. O, 1966-cı ildə "Süleyman Sani Axundovun həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Bu mövzuya sonrakı illərdə də qayıdaraq araşdırmalarını davam etdirib. Nadir Vəlixanovun bu sahədəki xidmətlərindən biri yazıçının həyat və yaradıcılığının arxiv materialları əsasında öyrənilməsi, "Süleyman Sani Axundovun elmi tərcümeyi-halı"nın hazırlanmasıdır. Ümumiyyətlə, Süleyman Sani Axundovun əsərlərinin nəşrə hazırlanmasında, yazıçının ədəbi irsinin sistemli şəkildə oxucuya çatdırılmasında, yaradıcılığının elmi baxımdan öyrənilməsində Nadir Vəlixanovun əməyi böyük olub. 

Alimin tədqiqatlarında Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafı, ədəbi prosesin tarixi mərhələləri və ayrı-ayrı sənətkarların yaradıcılıq xüsusiyyətlərinin araşdırılması da mühüm yer tutur. 1994-cü ildə "Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafı (1890-1920-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi adını alan N.Vəlixanovun 1983-cü ildə "Azərbaycan maarifçi-realist ədəbiyyatı" adı ilə nəşr olunan monoqrafiyası da bu tədqiqat istiqamətinin mühüm nəticələrindəndir. Əsərin mövzusu Azərbaycan ədəbiyyatında maarifçilik və realizm ənənələrinin inkişafına, bu prosesin tarixi və ədəbi xüsusiyyətlərinə həsr olunub. Diqqətçəkən cəhət ədəbi hadisələrin ayrı-ayrılıqda deyil, müəyyən tarixi və ictimai şərait daxilində araşdırılmasıdır.

Nadir Vəlixanovun Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatları da diqqətəlayiqdir. Onun 1976-cı ildə "Cəlil Məmmədquluzadə. Həyat və yaradıcılığı" adlı nəşr etdirdiyi kitabında yazıçının yaradıcılıq yolu, ədəbi mövqeyi və dövrün ictimai problemlərinə münasibəti araşdırılıb. Onu da qeyd edək ki, alimin Cəlil Məmmədquluzadənin maarif, təhsil, mədəniyyət məsələlərinə dair fikirlərinə diqqət yetirməsi onun Azərbaycan maarifçi ədəbiyyatının ümumi mənzərəsini öyrənmək istəyindən irəli gəlirdi.

N.Vəlixanov Azərbaycan ədəbiyyatının keçmişinə yalnız ayrı-ayrı əsərlərin məcmusu kimi yanaşmayıb, həmin əsərlərin yarandığı dövrü, müəlliflərin həyat və düşüncə aləmini, ədəbi mühitin xüsusiyyətlərini də araşdırıb. Bu yanaşma ədəbiyyat tarixinin daha dolğun və əsaslı şəkildə öyrənilməsinə imkan yaradıb.

Alimin fəaliyyətini səciyyələndirən cəhətlərdən biri də onun elmi axtarışlarla publisistik yaradıcılığı bir araya gətirməsi idi. Mətbuat orqanlarında dərc olunan məqalələri, oçerkləri və hekayələri alimin ədəbi prosesə yalnız tədqiqatçı kimi deyil, həm də publisist kimi münasibətini göstərirdi. Ədəbi irsin təbliği, maarifçilik düşüncəsinin öyrənilməsi və oxucuların bu irslə tanış edilməsi onun fəaliyyətinin müxtəlif istiqamətlərində öz əksini tapırdı.

Nadir Vəlixanov 1995-ci il iyunun 27-də Bakıda vəfat edib. Həyatda olmasa da, araşdırmaları, elmi əsərləri, eləcə də tərtib etdiyi nəşrlər ədəbiyyatşünaslığımızın biblioqrafik və elmi yaddaşında əhəmiyyətli yer tutur. Onun adı istedadlı və zəhmətkeş alim kimi ehtiramla yad edilir, böyük əməyinin bəhrəsi olan araşdırmalarına, elmi fikirlərinə, gəldiyi qənaətlərə istinad olunur, əsərlərindən öyrənilir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxt rayonlarında qarlı havalara hazırlıq tədbirləri başa çatıb

09:40
21 Noyabr

Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi

09:35
21 Noyabr

"Qədər"ə dəxli olmayan qara statistika

09:35
21 Noyabr

Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

09:30
21 Noyabr

Bakı-Hanoy əməkdaşlıq modeli tarixi dostluğun müasir iqtisadi tərəfdaşlıqla uzlaşdırılması nümunəsidir

09:25
21 Noyabr

Alim, yazıçı, publisist

09:25
21 Noyabr

Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il

09:22
21 Noyabr

İnsan talelərinə sığınan ömür

09:20
21 Noyabr

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

09:15
21 Noyabr

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

Gəncədə TECHERA şirkəti sərgi təşkil edəcək

09:00
21 Noyabr

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

08:55
21 Noyabr

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

Ermənistanın cavab verməli olduğu insan taleləri

08:25
21 Noyabr

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

08:20
21 Noyabr

Şərəfli siyasi yol

08:15
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!