21 Noyabr 2026 08:55
109
İQTİSADİYYAT
A- A+
Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir


"Filizçay"ın işlənməsi layihəsinə  xarici investorların da maraq göstərəcəyi istisna deyil


Azərbaycanın dağ-mədən sənayesi indiyədək yüksək səviyyədə inkişaf etməyib. Bunun da  həm obyektiv, həm subyektiv səbəbləri var. Sovet dönəmində prioritet neft sənayesi olduğu üçün dağ-mədən yataqlarımızda kifayət qədər kəşfiyyat işləri aparılmayıb. Sonrakı dövrdə isə Qarabağda və Şərqi Zəngəzurdakı bir çox faydalı qazıntı yataqlarımız işğal altında idi. Düşmən bu bölgələrdəki yataqları elə düşməncəsinə də istismar edirdi.

Həmin səbəblərdən də, Prezident İlham Əliyevin sözləri ilə desək, "bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır".

Yerin altındakı o sərvəti üzə çıxarmaq, iqtisadi inkişafa yönəltmək üçün Prezident İlham Əliyev  23 sentyabr 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Bir gün ondan əvvəl isə dövlətimizin başçısının keçirdiyi müşavirədə  sahənin  vəziyyəti  və perspektivləri müzakirə olunub.  Həm sözügedən sənəddə, həm də müşavirənin materiallarında "Filizçay" yatağının da adı tez-tez çəkilir.

Qeyd edək ki, "Filizçay" polimetal yatağı respublikamızın Balakən rayonunda, Balakənçayın sağ qolu olan Qarabçayın hövzəsində yerləşən nəhəng mineral xammal mənbəyidir. Bura Böyük Qafqazın cənub yamacı, dəniz səviyyəsindən 1110-2270 metr yüksəklikdə olan bir ərazidir.

"Filizçay" ehtiyatlarının həcminə görə dünyanın ən böyük polimetal yataqlarından biridir. Avropada ikinci ən iri kolçedan-polimetal yatağı hesab olunur.

Yatağın əsas komponentləri sink, mis, qurğuşun və gümüşdür. Əlavə olaraq kükürd, qızıl, vismut, kobalt, kadmium, selen, tellur və indium ilə də zəngindir. Onun ÆORC (dağ-mədən sənayesində kəşfiyyat nəticələrinin, mineral resursların və filiz ehtiyatlarının ictimai hesabatlılığı üçün müəyyən edilmiş standartlar) standartlarına əsasən təsdiqlənmiş filiz ehtiyatı təxminən 112,71 milyon tondur. Yataq 1959-cu ildə geoloq Surxay İsmayılov tərəfindən kəşf edilib.

"Filizçay"ın səhmdarı "AzerGold" QSC-dir. Yataq QSC-nin ən iri layihələrindən biridir və ölkə rəhbərliyinin strateji planlarına əsasən yaxın gələcəkdə istismara verilməsi nəzərdə tutulur. 

Sözügedən müşavirədə Prezident İlham Əliyev demişdir: "Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağıdır. Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, "AzerGold" şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, "AzerGold" bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər".

İqtisadiyyat naziri Mikayıl Cabbarov belə hesab edir ki, dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramı yalnız 2030-cu ilədək olan dövrü əhatə etmir, sonrakı mərhələ üçün də böyük inkişaf imkanları müəyyənləşdirir. O bildirib ki, "Filizçay"ın mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanları o dövrə qədər qiymətləndiriləcək və yekunlaşdırılacaq. İlk mərhələdə yerli xammal potensialını reallaşdırmaq və mövcud yataqlar üzrə hasilatı artırmaq nəzərdə tutulur. "Dəmirli", "Söyüdlü", "Filizçay", Naxçıvandakı yataqlar və digər perspektivli sahələr hesabına xammal bazasının genişləndirilməsi hədəflənir.

Beləliklə, dövlət proqramının icrası nəticəsində 2030-cu ilədək əsas hədəf "Filizçay", "Daşkəsən", "Ortakənd" və "Söyüdlü" yataqlarının istismara hazırlanmasıdır. 

"Filizçay"a gəldikdə isə demək olar ki, dünyadakı  polimetal yataqları heç də bir-birinə bənzəmir. "Filizçay" geoloji və digər amillərinə görə ən mürəkkəb yataqlardan biridir. Layihənin tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır.  Yatağın 34 illik istismarı dövründə 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır. Layihənin iqtisadi dəyəri 29,7 milyard manat təşkil edir və tələb olunan investisiya təqribən 1 milyard manatdır. Belə bir sanballı layihəyə xarici investorların da maraq göstərəcəyi istisna deyil.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

Gəncədə TECHERA şirkəti sərgi təşkil edəcək

09:00
21 Noyabr

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

08:55
21 Noyabr

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

Ermənistanın cavab verməli olduğu insan taleləri

08:25
21 Noyabr

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

08:20
21 Noyabr

Şərəfli siyasi yol

08:15
21 Noyabr

Milli iradə və dövlətçilik yolunda

08:10
21 Noyabr

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi

08:05
21 Noyabr

Tarixi dostluqdan strateji tərəfdaşlığa

08:00
21 Noyabr

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

01:52
21 Noyabr

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

19:53
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!