20 Noyabr 2026 13:28
78
İQTİSADİYYAT
A- A+
Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılıb  

Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılıb  


Azərbaycan Respublikası Maliyyə Nazirliyində “Maliyyə Nazirliyinin rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə İşçi Qrupu”nun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, maliyyə naziri Sahil Babayev Prezident İlham Əliyevin 2025-ci il 25 avqust tarixli Fərmanı ilə yaradılmış “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) dövlət maliyyəsinin idarə olunması proseslərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsini, maliyyə məlumatlarının inteqrasiyasını, əməliyyatların avtomatlaşdırılmasını və məlumat əsaslı qərarvermə imkanlarının genişləndirilməsini hədəflədiyini deyib.

Nazir qeyd edib ki, ötən dövr ərzində RDMİS-nin formalaşdırılması və inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb, sistemin əsas komponentləri üzrə yeni funksional imkanlar yaradılıb, mövcud informasiya sistemlərinin inteqrasiyası və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub.

Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, müasir texnologiyaların tətbiqi idarəetmə proseslərinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin olunması baxımından mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr vahid rəqəmsal ekosistemin formalaşdırılmasına, məlumatların inteqrasiyasına və qərarların daha çevik, operativ və analitik əsaslarla qəbul edilməsinə imkan yaradır. Eyni zamanda, mövcud sistemlərin funksional imkanlarının davamlı şəkildə təkmilləşdirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi və texnoloji infrastrukturun dayanıqlığının təmin edilməsi qarşıda duran əsas prioritetlərdəndir.

İclasda nazirliyin rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr, əldə olunan nəticələr və növbəti mərhələdə görüləcək işlər barədə təqdimat nümayiş etdirilib, bir sıra informasiya sistemlərinin fəaliyyəti real sistemlər üzərində təqdim olunub.

Bildirilib ki, RDMİS çərçivəsində hazırda 7830 təşkilat qeydiyyatdan keçib, istifadəçilərin sayı 14 min 819-a çatıb. Sistem 19 qurumla inteqrasiya olunub və 52 informasiya sistemi üzrə məlumat əldə edilməsi təmin edilir. O cümlədən, “e-müqavilə” altsistemi üzrə indiyədək 1525 satınalan təşkilat və 3324 təchizatçı şirkət qeydiyyatdan keçib, 10 min 662 elektron müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi məbləği 3,9 milyard manatı ötüb. Sistemin funksional imkanları genişləndirilib, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankı ilə inteqrasiyalar həyata keçirilib, eləcə də 14 bank sistemə qoşulub.

Xəzinədarlıq sahəsində yeni Xəzinədarlıq İnformasiya Sisteminin qurulması istiqamətində görülən işlər, ödənişlərə dair müqavilələrin elektron uçotu, sənədlərin elektron emalı və çoxsaylı kreditorlar üzrə əməliyyatların aparılmasına imkan verən mexanizmlər diqqətə çatdırılıb.

İclasda “e-mühasibat”, Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi, Büdcə Məlumat İdarəetmə Sistemi, investisiya layihələrinin ekspertizası sistemi, “e-rüsum” və Mərkəzləşdirilmiş Daxili İdarəetmə Portalı üzrə görülmüş işlər və tətbiq olunan yeni funksionallıqlar barədə də məlumat verilib.

İşçi Qrupun iclasında qarşıda duran vəzifələr də müzakirə olunub. Bu çərçivədə informasiya sistemləri arasında inteqrasiyaların tamamlanması, məlumat axınlarının vahidləşdirilməsi, yeni funksional modulların hazırlanması, hesabatlılıq və analitika imkanlarının genişləndirilməsi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də istifadəçilərin təlimatlandırılması və sistemlərin dayanıqlı fəaliyyətinin təmin edilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Nazir Sahil Babayev müvafiq istiqamətlər üzrə görüləcək işlərin əlaqələndirilməsi, layihələrin icra vəziyyətinin monitorinqi və müəyyən edilmiş prioritet tapşırıqların vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayaraq aidiyyəti üzrə tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

14:15
20 Noyabr

Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb  

14:01
20 Noyabr

“Instagram” hekayələrini redaktə etmək olacaq  

13:57
20 Noyabr

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

13:51
20 Noyabr

Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılıb  

13:28
20 Noyabr

Sabah ölkə ərazisində hava şəraiti necə olacaq?

13:23
20 Noyabr

“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  

13:05
20 Noyabr

Uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün 230-dan çox yeni öhdəlik müəyyənləşib  

12:55
20 Noyabr

Alimlər “itmiş 1 milyard il"i araşdırırlar

12:52
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNİB  

12:50
20 Noyabr

MDB ölkələrinin parlament sədrləri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər

12:49
20 Noyabr

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib

12:47
20 Noyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

12:46
20 Noyabr

Ağdam işğaldan azad olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub  

12:20
20 Noyabr

Lənkəranda iri fermer təsərrüfatlarına növbəti baxış keçirilib  

12:13
20 Noyabr

YAP Azərbaycanın daha da inkişafına və güclənməsinə həmişə öz layiqli töhfələrini verəcək

12:09
20 Noyabr

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur  

12:07
20 Noyabr

Aqrar inkişaf yeni dövlət proqramı çərçivəsində Neftçalada görülən işlər müzakirə olunub  

12:01
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

11:48
20 Noyabr

Bu AI şirkətinin bazar dəyəri 1.76 trilyon dollara çatıb

11:43
20 Noyabr

Berlin regionda sabitliyə Avropa təhlükəsizliyi gündəliyinin tərkib hissəsi kimi baxır  

11:40
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!