20 Noyabr 2026 13:05
68
CƏMİYYƏT
A- A+
“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  

“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən məlumata görə, noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.

Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin olunması və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Instagram” hekayələrini redaktə etmək olacaq  

13:57
20 Noyabr

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

13:51
20 Noyabr

Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılıb  

13:28
20 Noyabr

Sabah ölkə ərazisində hava şəraiti necə olacaq?

13:23
20 Noyabr

“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  

13:05
20 Noyabr

Uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün 230-dan çox yeni öhdəlik müəyyənləşib  

12:55
20 Noyabr

Alimlər “itmiş 1 milyard il"i araşdırırlar

12:52
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNİB  

12:50
20 Noyabr

MDB ölkələrinin parlament sədrləri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər

12:49
20 Noyabr

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib

12:47
20 Noyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

12:46
20 Noyabr

Ağdam işğaldan azad olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub  

12:20
20 Noyabr

Lənkəranda iri fermer təsərrüfatlarına növbəti baxış keçirilib  

12:13
20 Noyabr

YAP Azərbaycanın daha da inkişafına və güclənməsinə həmişə öz layiqli töhfələrini verəcək

12:09
20 Noyabr

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur  

12:07
20 Noyabr

Aqrar inkişaf yeni dövlət proqramı çərçivəsində Neftçalada görülən işlər müzakirə olunub  

12:01
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

11:48
20 Noyabr

Bu AI şirkətinin bazar dəyəri 1.76 trilyon dollara çatıb

11:43
20 Noyabr

Berlin regionda sabitliyə Avropa təhlükəsizliyi gündəliyinin tərkib hissəsi kimi baxır  

11:40
20 Noyabr

Noyabrın 22-si Gürcüstanda matəm elan edilib

11:27
20 Noyabr

Mədəaltı vəzi xərçəngi ilə bağlı yeni müalicə tətbiq olunur

11:00
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!