20 Noyabr 2026 12:20
136
SİYASƏT
A- A+
Ağdam işğaldan azad olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub  

Ağdam işğaldan azad olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub  


20 Noyabr – Ağdam şəhəri günü xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan, həm böyük qürur, həm də dərin tarixi yaddaş hissi ilə qeyd olunan əlamətdar gündür. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının, xalqımızın sarsılmaz iradəsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin rəmzlərindən biridir.

Ağdam uzun illər Ermənistanın hərbi təcavüzü və işğalının ağır nəticələrini yaşayıb. 1993-cü il iyulun 23-də şəhərin və rayonun böyük hissəsinin işğal edilməsi nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb, yüzlərlə yaşayış və mədəniyyət obyekti dağıdılıb, tarixi və dini abidələrimiz vandalizmə məruz qalıb. Bir vaxtlar Qarabağın inkişaf etmiş şəhərlərindən biri olan Ağdam xarabalığa çevrilərək haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılıb.

Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti uzun illər davam edib. Lakin Azərbaycan heç vaxt öz tarixi torpaqlarının işğalı ilə barışmayıb. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanılıb.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Beləliklə, şəhərin işğalına son qoyulub, minlərlə insanın həyatını xilas edən mühüm tarixi qərar həyata keçirilib. Bu gün Ağdamın azad edilməsi Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin parlaq təzahürü kimi tariximizdə yaşayır.

Ağdamın azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Ağdamın azad olunmasına görə” medalı ilə minlərlə hərbi qulluqçunun təltif edilməsi bu şanlı mübarizənin qəhrəmanlarının xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir. Ağdam uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.

Bu gün Ağdam tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Ağdamda da ardıcıl şəkildə davam etdirilir. 2022-ci ildə təsdiq edilmiş şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan əsasında müasir, innovativ və dayanıqlı şəhər infrastrukturu yaradılır. Xarabalıqlar üzərində yeni Ağdam qurulur, yaşayış məhəllələri, sosial obyektlər, yollar və kommunikasiya xətləri inşa edilir.

Ağdamın iqtisadi potensialının bərpası da xüsusi əhəmiyyət daşıyır. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı Qarabağın sənaye və istehsal imkanlarının genişləndirilməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir. Bununla yanaşı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Muğam Mərkəzinin istifadəyə verilməsi, müasir hotel komplekslərinin fəaliyyətə başlaması şəhərin nəqliyyat, mədəniyyət və turizm potensialının inkişafında yeni imkanlar yaradır.

Ən sevindirici məqamlardan biri isə Ağdamın doğma sakinlərinə qovuşmasıdır. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərə və kəndlərə köç prosesi davam edir. Artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurduna qayıdaraq burada yeni həyata başlayıb. Ağdamın küçələrində yenidən həyatın canlanması, məktəblərin, sosial və ictimai obyektlərin fəaliyyətə başlaması Böyük Qayıdışın real nəticələridir.

Hesab edirəm ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Ağdam yaxın illərdə Azərbaycanın ən müasir və dinamik inkişaf edən şəhərlərindən birinə çevriləcək, öz tarixi şöhrətini bərpa etməklə yanaşı, Qarabağın iqtisadi, mədəni və sosial həyatında mühüm mərkəzlərdən biri olacaq.

20 Noyabr – Ağdam şəhəri günü münasibətilə bütün ağdamlıları və xalqımızı ürəkdən təbrik edir, doğma torpaqlarına qayıdan sakinlərə firavan həyat arzulayıram.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam işğaldan azad olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub  

12:20
20 Noyabr

Lənkəranda iri fermer təsərrüfatlarına növbəti baxış keçirilib  

12:13
20 Noyabr

YAP Azərbaycanın daha da inkişafına və güclənməsinə həmişə öz layiqli töhfələrini verəcək

12:09
20 Noyabr

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur  

12:07
20 Noyabr

Aqrar inkişaf yeni dövlət proqramı çərçivəsində Neftçalada görülən işlər müzakirə olunub  

12:01
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

11:48
20 Noyabr

Bu AI şirkətinin bazar dəyəri 1.76 trilyon dollara çatıb

11:43
20 Noyabr

Berlin regionda sabitliyə Avropa təhlükəsizliyi gündəliyinin tərkib hissəsi kimi baxır  

11:40
20 Noyabr

Noyabrın 22-si Gürcüstanda matəm elan edilib

11:27
20 Noyabr

Mədəaltı vəzi xərçəngi ilə bağlı yeni müalicə tətbiq olunur

11:00
20 Noyabr

Neftin qiymətində azalma gözləntiləri güclənir  

10:59
20 Noyabr

Ötən gün 79 cinayətin açılması təmin olunub

10:44
20 Noyabr

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:42
20 Noyabr

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

10:41
20 Noyabr

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

10:37
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

10:36
20 Noyabr

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

10:30
20 Noyabr

Qarabağ torpağına bağlılığın rəmzi

10:29
20 Noyabr

Neft bahalaşır

10:27
20 Noyabr

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb

10:26
20 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:24
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!