20 Noyabr 2026 09:59
188
SİYASƏT
A- A+
Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır  

Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır  


20 Noyabr – Ağdam Şəhəri Günüdür. Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi, zəngin mədəni irsi, münbit torpaqları və özünəməxsus təbiəti ilə hər zaman seçilib. 

Birinci Qarabağ müharibəsi dövründə  Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 23 iyul 1993-cü ildə rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələndi. Ümumilikdə rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi ilə birlikdə 90 kənd işğal olundu. Təxminən 128 min Ağdam sakini doğma yurd-yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun iqtisadi və sosial infrastrukturu dağıdıldı. Ağdamın məscidləri, tarixi abidələri, qəbiristanlıqları və digər mədəni irs nümunələri də vandalizmə məruz qaldı. Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inamını bira an belə itirmədi. 

2020-ci ilin payızında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. 44 günlük müharibədə qazanılan tarixi qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. 3 gün sonra - 23 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda üçrəngli bayrağımızı ucaltdı. 

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyənləşdirildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi. Bu sənəd işğaldan azad olunmuş ərazilər arasında ilk təsdiqlənən şəhər baş planı kimi xüsusi əhəmiyyət daşıyır. Baş Plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, sosial obyektlərin, müasir infrastrukturun qurulması nəzərdə tutulub.

Ağdamın kəndlərində də quruculuq işləri aparılır.  Təsadüfi deyil ki, 2026-cı il iyulun 14-də Azərbaycan və Slovakiya prezidentləri Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar. Ağdamın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi, istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur. Bu baxımdan Ağdam Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi Qarabağın sənaye potensialını reallaşdırmaq, yerli istehsalı genişləndirmək, sahibkarlığı dəstəkləmək və əhalinin məşğulluğunu təmin etməkdir. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci böyük sənaye parkıdır. 

Ağdamın dirçəlişində nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, dəmir yolu xəttinin çəkilməsi və yeni nəqliyyat qovşaqlarının yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. Həmçinin 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı keçirildi. 

Ağdamın tarixi-memarlıq irsinin qorunması istiqamətində də mühüm işlər görülür. Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin, Pənahəli xanın İmarət kompleksinin bərpası, Şahbulaq qalasının qorunması və digər layihələr şəhərin tarixi simasının yenidən canlandırılmasına xidmət edir. Ağdamın bərpasının ən mühüm nəticəsi, şübhəsiz ki, insanların doğma torpaqlarına qayıtmasıdır. Çünki şəhərin və kəndlərin yenidən qurulmasının əsas məqsədi burada həyatın bərpası,  insanların öz torpaqlarında əbədi yaşamasıdır.


Könül NURULLAYEVA,

MİLLİ Məclisin Deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10:42
20 Noyabr

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür

10:41
20 Noyabr

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

10:37
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

10:36
20 Noyabr

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

10:30
20 Noyabr

Qarabağ torpağına bağlılığın rəmzi

10:29
20 Noyabr

Neft bahalaşır

10:27
20 Noyabr

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb

10:26
20 Noyabr

Azərbaycan nefti 98 dollara satılır

10:24
20 Noyabr

Müasir Azərbaycanın siyasi inkişafında tarixi və institusional amillər  

10:13
20 Noyabr

Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb  

10:07
20 Noyabr

Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır  

09:59
20 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri 

09:55
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNƏCƏK  

09:53
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib

09:47
20 Noyabr

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib 

09:47
20 Noyabr

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

09:13
20 Noyabr

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb  

09:01
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

08:50
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!