21 Noyabr 2026 09:30
105
Mədəniyyət
A- A+
Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib


Azərbaycan Dövlət Kukla Teatrında oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə "Uşaq Hüquqları Aylığı" elan edilməsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Kukla Teatrının Mətbuat xidmətindən aldığımız məlumata görə, tədbirin əsas məqsədi uşaq hüquqlarının qorunmasının əhəmiyyətinə diqqət çəkmək, uşaqların hüquq və azadlıqları barədə məlumatlılığını artırmaq, həmçinin cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işinə töhfə vermək olub.

Tədbiri giriş sözü ilə açan teatrın Strategiya və kommunikasiya şöbəsinin müdiri Həmidə Rüstəmova uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin və cəmiyyətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir uşağın sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunmuş mühitdə böyüməsi, təhsil alması, istirahət etməsi, öz fikrini sərbəst ifadə etməsi və yaradıcılıq imkanlarını inkişaf etdirməsi üçün əlverişli şərait yaradılmalıdır.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva uşaqların hüquqlarının müdafiəsinin yalnız müvafiq qurumların deyil, bütövlükdə cəmiyyətin məsuliyyəti olduğunu bildirib. O, uşaqların şəxsiyyət kimi formalaşmasında ailənin, təhsil müəssisələrinin və mədəniyyət ocaqlarının mühüm rolunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin məsləhətçisi Aytən Qarayeva isə çıxışında uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsizliyinin təmin olunması, sağlam və hərtərəfli inkişafı üçün görülən işlərdən bəhs edib. O, hər bir uşağın hüquqlarının tanınmasının və qorunmasının vacibliyini vurğulayaraq bu istiqamətdə maarifləndirmənin əhəmiyyətini qeyd edib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Dövlət Kukla Teatrı uşaqların mənəvi tərbiyəsinə, dünyagörüşünün zənginləşməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən tamaşaları ilə bu istiqamətdə öz töhfəsini verir. Teatr sənəti uşaqlarda dostluq, humanizm, mərhəmət və qarşılıqlı hörmət kimi dəyərlərin formalaşmasına mühüm təsir göstərir.

Sonda uşaq hüquqlarının qorunmasının, hər bir uşağa sevgi, diqqət və qayğı ilə yanaşılmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində uşaqlar teatrın repertuarında xüsusi yeri olan "Qoğal" tamaşasını izləyiblər. Kiçik tamaşaçıların böyük marağına səbəb olan səhnə əsəri rəngarəng obrazları, maraqlı hadisələr xətti və əyləncəli təqdimatı ilə yadda qalıb. Nağıl qəhrəmanlarının macəraları vasitəsilə uşaqlara dostluq, ehtiyatlılıq və düzgün seçim etmək kimi mesajlar çatdırılıb.


Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxt rayonlarında qarlı havalara hazırlıq tədbirləri başa çatıb

09:40
21 Noyabr

Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi

09:35
21 Noyabr

"Qədər"ə dəxli olmayan qara statistika

09:35
21 Noyabr

Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

09:30
21 Noyabr

Bakı-Hanoy əməkdaşlıq modeli tarixi dostluğun müasir iqtisadi tərəfdaşlıqla uzlaşdırılması nümunəsidir

09:25
21 Noyabr

Alim, yazıçı, publisist

09:25
21 Noyabr

Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il

09:22
21 Noyabr

İnsan talelərinə sığınan ömür

09:20
21 Noyabr

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

09:15
21 Noyabr

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

Gəncədə TECHERA şirkəti sərgi təşkil edəcək

09:00
21 Noyabr

Dünyanın ən böyük polimetal yataqlarından biri Balakəndədir

08:55
21 Noyabr

Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb

08:50
21 Noyabr

Məşğulluğun sınanmış modeli: dövlət-biznes tərəfdaşlığı

08:45
21 Noyabr

Neftverməni artırmaq üçün innovativ yanaşmalar və yeni texnologiyalardan istifadə olunur

08:40
21 Noyabr

Azərbaycan-Vyetnam münasibətləri yeni iqtisadi məzmun qazanır

08:35
21 Noyabr

Brüsseldə Pan-Avropa Regional Şurasının İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib

08:30
21 Noyabr

Ermənistanın cavab verməli olduğu insan taleləri

08:25
21 Noyabr

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

08:20
21 Noyabr

Şərəfli siyasi yol

08:15
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!