21 Noyabr 2026 11:48
94
SİYASƏT
A- A+
NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub

NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub

Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığın gücləndirilməsi və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri barədə təqdimatlar edilib.

Tərəflər NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının fəaliyyət istiqamətləri, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud olan logistik imkanlarından birgə istifadə mexanizmləri, həmçinin Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bununla yanaşı, hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, həmçinin NSPA və OLSP kimi mexanizmlər vasitəsilə mövcud olan beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

11:50
21 Noyabr

NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub

11:48
21 Noyabr

YAP ilk gündən böyük siyasi qüvvəyə çevrildi   

10:59
21 Noyabr

YAP-ın 34 illik fəaliyyəti müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsidir

10:17
21 Noyabr

Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

10:09
21 Noyabr

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

09:47
21 Noyabr

Bilmək istəyirəm

09:45
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

09:44
21 Noyabr

Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

09:43
21 Noyabr

Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

09:41
21 Noyabr

Paytaxt rayonlarında qarlı havalara hazırlıq tədbirləri başa çatıb

09:40
21 Noyabr

Azərbaycanın Şərqə uzanan strateji xətti: Vyetnamla yeni tərəfdaşlıq səhifəsi

09:35
21 Noyabr

"Qədər"ə dəxli olmayan qara statistika

09:35
21 Noyabr

Kukla Teatrında "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

09:30
21 Noyabr

Bakı-Hanoy əməkdaşlıq modeli tarixi dostluğun müasir iqtisadi tərəfdaşlıqla uzlaşdırılması nümunəsidir

09:25
21 Noyabr

Alim, yazıçı, publisist

09:25
21 Noyabr

Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il

09:22
21 Noyabr

İnsan talelərinə sığınan ömür

09:20
21 Noyabr

Müasir yaşayış binaları rahatlığın memarlıq nümunələridir

09:15
21 Noyabr

Qədim Qəbələnin zəngin şəhər mədəniyyəti 

09:10
21 Noyabr

Bakının daş abidələri

09:05
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!