22 Sentyabr 2026 08:50
140
İQTİSADİYYAT
A- A+
TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır

TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır


“Nəqliyyat və enerji təhlükəsizliyi sahəsində Türk Dövlətləri Təşkilatının (TDT) rolu son illərdə getdikcə artır. Bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi həm üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, həm də regionun iqtisadi və strateji əhəmiyyətinin yüksəlməsinə mühüm töhfə verir“.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib.

Türk ekspert qeyd edib ki, müasir dövrdə enerji təhlükəsizliyi və etibarlı nəqliyyat bağlantıları ölkələrin ümumi təhlükəsizlik sisteminin əsas elementlərindən birinə çevrilib. Onun sözlərinə görə, enerji resurslarının fasiləsiz və şaxələndirilmiş marşrutlarla daşınması, eyni zamanda yük və sərnişin daşımaları üçün dayanıqlı nəqliyyat infrastrukturlarının formalaşdırılması dövlətlərin iqtisadi dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

İ.İşbaş əlavə edib ki, TDT çərçivəsində nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Mərkəzi Asiya, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradır.

"Bu baxımdan Orta dəhlizin inkişafı, Xəzər dənizi üzərindən keçən marşrutların səmərəliliyinin artırılması və gömrük-logistika prosedurlarının sadələşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də TDT ölkələri üçün strateji əhəmiyyət daşıyır. Enerji mənbələrinin və nəqli marşrutlarının şaxələndirilməsi, elektrik enerjisi və digər enerji resursları üzrə regional əməkdaşlığın gücləndirilməsi ümumi enerji təhlükəsizliyinə töhfə verə bilər. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil", - deyə İ.İşbaş bildirib.

Ekspertin fikrincə, qarşıdakı dövrdə TDT çərçivəsində nəqliyyat, enerji və logistika sahələrində birgə layihələrin artırılması təşkilata üzv ölkələrin iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına şərait yaradacaq: "Bu proses həmçinin türk dünyası ilə digər regionlar arasında ticarət əlaqələrinin genişlənməsinə xidmət edə bilər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalqına Zəfər qüruru bəxş edən igid oğullardan biri

09:40
22 Sentyabr

Vətənpərvər oğulların qəhrəmanlığı düşməni diz çökdürdü

09:30
22 Sentyabr

"Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminar keçirilib

09:20
22 Sentyabr

Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir 

09:10
22 Sentyabr

Bakıda keçirilən tədbirlər çoxşaxəli tərəfdaşlığı genişləndirir

09:00
22 Sentyabr

TDT-nin nəqliyyat və enerji təhlükəsizliyində rolu getdikcə artır

08:50
22 Sentyabr

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

08:49
22 Sentyabr

Azərbaycanın dünyada artan nüfuzu: fəal diplomatiya və milli maraqlara əsaslanan siyasət

08:40
22 Sentyabr

Bir qurultay qərarı və Azərbaycanın dəyişən siyasi taleyi

08:30
22 Sentyabr

"Azərbaycan və Çin arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın böyük potensialı var"

08:20
22 Sentyabr

AZƏRTAC və Vyetnamın VNA xəbər agentliyi informasiya mübadiləsini gücləndirəcəklər

08:10
22 Sentyabr

Dünyanın mənəvi xəzinəsində Azərbaycan imzası

08:05
22 Sentyabr

TDT-nin gücləndirilməsi zamanın tələbidir

08:00
22 Sentyabr

Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib

06:53
22 Sentyabr

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

06:47
22 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

03:04
22 Sentyabr

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

03:04
22 Sentyabr

İ.C.Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

03:03
22 Sentyabr

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:02
22 Sentyabr

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:01
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:00
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!