22 Sentyabr 2026 09:20
1062
Mədəniyyət
A- A+
"Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminar keçirilib

"Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminar keçirilib


Sentyabrın 21-də Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə tarix elmləri doktoru Həsən Həsənovun "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusunda seminarı təşkil edilib. Qafqaz Albaniyasının tarixi ilə bağlı maraqlı məqamlara diqqət çəkən tarixçi-alim Azərbaycan tarixşünaslığında Qafqaz Albaniyası və Atropatena ilə bağlı bəzi yanaşmaların yenidən araşdırılmasına ehtiyac olduğunu deyib. 

H.Həsənov vurğulayıb ki, sovet tarixşünaslığından Azərbaycan elminə iki problemli yanaşma miras qalıb. Onlardan biri Atropatenanın, digəri isə Qafqaz Albaniyasının yaranma tarixi ilə bağlıdır: "Sovet tarixşünaslığında Atropatena və Albaniyanın Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra, eramızdan əvvəl IV əsrdə yarandığı qəbul edilib. Bu yanaşma isə həmin dövlətlərin bir-biri ilə tarixi əlaqələrinin olmadığını irəli sürür". 

Həsən Həsənov Atropatenanın yaranma tarixi ilə bağlı müxtəlif qədim mənbələrdə məlumatların olduğunu bildirib: "Roma tarixçisi Ammian Marsellin Atropatenanın Assuriya imperiyasının dağılması dövründə yarandığını yazıb. Eramızdan əvvəl III əsrdə yaşamış Roma tarixçisi Polibi də Atropatenanın Makedoniyalı İsgəndərdən xeyli əvvəl mövcud olduğunu qeyd edib. I əsrdə yaşamış Roma tarixçisi Kvint Kurtsi Ruf isə İsgəndərin yürüşü zamanı Atropatena dövlətinin artıq mövcud olduğunu göstərib. Bu mənbələrin məlumatları bir-birini təsdiqləyir. Elmdə buna verifikasiya deyilir. Mənbələrin qarşılıqlı təsdiqi göstərir ki, Atropatena eramızdan əvvəl IV əsrdə deyil, daha əvvəl yaranıb". 

Qafqaz Albaniyasının yaranma tarixinə də toxunan alim qeyd edib ki, bu dövlətin eramızdan əvvəl IV əsrdə yarandığını təsdiqləyən qədim mənbə yoxdur: "Albaniya haqqında məlumat verən qədim mənbələrdən biri Roma tarixçisi Dion Kassiyə aiddir. Dion Kassi Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüşü zamanı, eramızdan əvvəl 66-cı ildə, Albaniya çarının başçılığı ilə qoşunun Pompeyi qarşıladığını yazıb. Dion Kassi yazıb ki, Pompey Albaniyaya gələndə onun qarşısına çar başda olmaqla qoşun çıxarıblar. Bu fakt göstərir ki, eramızdan əvvəl 66-cı ildə Albaniya çarlığı artıq mövcud idi". 

Alim bildirib ki, bu fakt Albaniyanın həmin tarixdən əvvəlki taleyi ilə bağlı sual doğurur: "Bəs Albaniyanın 66-cı ilə qədər taleyi necə idi? Haradan yaranıb Albaniya? Albaniya eramızdan əvvəl VII əsrdə Atropatena yarandığı zaman onun tərkibində olub. Alban tayfalarının yaşadığı ərazi də həmin dövrdə Atropatenanın tərkibinə daxil idi: "Eramızdan əvvəl VII əsrdən eramızdan əvvəl I əsrə qədər, yəni təxminən 700 il ərzində bu alban torpağı alban əhalisi ilə birlikdə Atropatenanın tərkibində olub. Yalnız I əsrdə Atropatena tərkibindən ayrılaraq müstəqilliyini elan edib. Albaniya göydəndüşmə dövlət deyil. VII əsrdə Atropatena yarananda onun tərkibində idi. Albanlar da həmin ərazidə yaşayırdılar və yeddi əsr orada qalandan sonra müstəqilliklərini elan ediblər. Albaniya Atropatenanın törəməsidir". 

Həsən Həsənov "mənbə" və "tədqiqat" anlayışlarının fərqləndirilməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, mənbə hadisənin baş verdiyi dövrə aid olan və həmin hadisə barədə məlumat verən qədim yazılı materialdır, tədqiqat isə müasir araşdırmaçıların elmi əsərləridir. Tarixlə bağlı irəli sürülən fikirlərin hansı mənbəyə əsaslandığının müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Alim əlavə edib ki, "Sisak", "Sünik" və "Aran" kimi toponim və adların mənşəyi ilə bağlı araşdırmalar aparılmalıdır. Həsən Həsənov "Sisak" adının qədim türk dilləri ilə bağlı olduğunu bildirərək "si" sözünün "qalib", "sak" sözünün isə tayfa mənası daşıdığını deyib. Tarixçi-alim həmçinin "Sünik" toponiminə də diqqət çəkərək bu sözün qədim türk dilində "çinar" mənası daşıdığını və ərazidəki təbii çinar meşələri ilə əlaqəli ola biləcəyini qeyd edib.

Həsən Həsənov alban adının qədim türk dilləri ilə bağlı olduğunu və "qəhrəman" mənasında işləndiyini bildirib. Professor qeyd edib ki, hazırda Çin və Qazaxıstanda alban adlı qrupların mövcudluğu bu adın müxtəlif türk xalqları arasında yaşadığını göstərən nümunələrdən biridir. 

Alim vurğulayıb ki, qədim albanların etnik mənsubiyyəti ilə bağlı erməni tərəfinin irəli sürdüyü iddialar tarixi faktlara əsaslanmır. O qeyd edib ki, ermənilər albanların erməni olduğunu iddia etsələr də, ermənilərin etnik tərkibində "alban" adlı tayfa mövcud olmayıb: "Albanların kimliyinə gəlincə, bilirik ki, ermənilər onların erməni olduğunu iddia edirlər. Lakin qədim dövrdən bu günədək "alban" adlı tayfaların mövcud olduğu yeganə etnik birlik türk xalqlarıdır". 

Həsən Həsənov mövzuya dair jurnalistlərin çoxsaylı suallarını da cavablayıb. Alim hazırda informasiya savaşının getdiyini və mətbuat nümayəndələrinin bu məsələdə aktiv və hazırlıqlı olmasının vacibliyini vurğulayıb. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!