22 Sentyabr 2026 10:00
611
CƏMİYYƏT
A- A+
Tarix yazan qəhrəman

Tarix yazan qəhrəman


Vətən, torpaq uğrunda  ölümün gözünə dik baxaraq özünü  odun-alovun içinə  atıb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan   biri də leytenant   Əli Rüstəm oğlu Babazadədir. 

Astara elinin igid oğlu 2023-cü ilin sentyabr ayında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yağıya qan qusdurmaqla  adını tarixə yazıb. İndi Astara camaatı kiçikli, böyüklü Əlini özlərinə qürur yeri, iftixar mənbəyi bilirlər.  Ölümsüzlüyə qovuşan qəhrəmanın anım mərasimində bir də bu fikirlər dilə gətirildi. 

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, aparat əməkdaşlarının, Astara Rayon İcra Hakimiyyəti aparatının sektor müdiri Nihad Allahverdiyevin, Astara rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın, rayon mərkəzi xəstəxanasının direktoru Bahadır Əhmədovun, qazi və şəhid ailələrinin, döyüş yoldaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə əvvəlcə göstərdiyi hünərlə Vətənin qürur yeri olan Əli Babazadənin məzarı  ziyarət edilib, onun əziz xatirəsi ehtiramla anılıb. 

Sonra yığıncaqda çıxış edənlər Əli Babazadənin Vətən qarşısındakı xidmətlərindən, şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın həyat yolunun gənc nəslə nümunə olmasından bəhs ediblər.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçən  Vətən şəhidlərinin  əziz xatirəsi daim ürəklərdə yaşayacaq,  qəhrəmanlıqları gələcək nəsillər üçün Vətənə sədaqət və fədakarlıq  örnəyinə dönəcək.


Zəfər ORUCOÜLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

20:18
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!