19 Sentyabr 2026 20:07
156
Mədəniyyət
A- A+
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

Sentyabrın 19-da Şamaxının Meysəri kəndində üzümçülük və şərabçılıq ənənələrinin, milli musiqinin və festival ab-havasının bir araya gəldiyi Üzüm və Şərab Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilir.

Festivalın qonaqları milli nəfəsli və zərb alətləri kollektivlərinin ifaları ilə qarşılanıb. Şərab istehsalçılarının təntənəli paradı isə baraban şousunun müşayiəti ilə keçirilib.

Artıq 5-ci dəfə təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması, regionun turizm imkanlarının genişlənməsinə töhfə verməkdir.

Festivalın açılışında çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, bu günlər Şamaxı üçün əlamətdar hadisələrlə yadda qalır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri çərçivəsində bir sıra mühüm turizm və mədəniyyət obyektlərinin - hotellərin, istirahət mərkəzlərinin, yaradıcılıq və mədəniyyət məkanlarının açılışı keçirilib. Bu layihələr rayonun turizm və mədəni potensialının daha da genişlənməsinə xidmət edir.

İcra başçısı vurğulayıb ki, Şamaxıda həyata keçirilən inkişaf layihələrindən təkcə rayon sakinləri deyil, buraya gələn bütün qonaqlar da faydalanırlar.

Tahir Məmmədov bildirib ki, Üzüm və Şərab Festivalı Şamaxının zəngin üzümçülük və şərabçılıq ənənələrinin tanıdılmasına, rayonun turizm cəlbediciliyinin artırılmasına və bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, festival Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına, şərab mədəniyyətinin formalaşmasına və yerli şərabların tanıdılmasına xidmət edir. Azərbaycanda üzümçülük və şərabçılıq qədim ənənələrə malik sahədir. Dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində üzümçülük və şərabçılığın inkişafında mühüm nailiyyətlər əldə olunub.

Məcnun Məmmədov üzümçülərin əməyini xüsusi vurğulayaraq bildirib ki, yüksəkkeyfiyyətli üzümün yetişdirilməsi, məhsulun emal müəssisələrinə çatdırılması və şərab istehsalı prosesində fermerlərin böyük zəhməti var.

Nazir, həmçinin yüksəkkeyfiyyətli şərabların hazırlanmasında çalışan şərabçı və texnoloqların əməyini yüksək qiymətləndirib.

Daha sonra milli rəqslərimizdən nümunələr, o cümlədən üzümçülük ənənələrini özündə əks etdirən “Üzüm” rəqsi nümayiş etdirilib.

Festival iştirakçıları Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələri, eləcə də ölkənin zəngin turizm potensialı ilə yaxından tanış olublar. Ziyarətçilərə müxtəlif əyləncə proqramları və şoular təqdim edilib.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif brendlər öz məhsullarını təqdim edib.

Gün ərzində müxtəlif yaş qrupları üçün təşkil olunan əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Qonaqlar müxtəlif müsabiqə və viktorinalarda iştirak ediblər.

Festivalın balaca qonaqları üçün də maraqlı proqram hazırlanıb. Uşaq əyləncə zonasında onlar interaktiv oyunlara və müxtəlif əyləncələrə qoşulub, animatorlarla birlikdə rəqs edərək əyləniblər.

Axşam saatlarınadək davam edən festivalın ilk günündə sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Joseph U.O, eləcə də DJ Kamonun çıxışları olub.

Festivalda iştirak edənlər Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələrinin yaşadılması, tədbirin yaratdığı imkanlar və festival təəssüratları barədə fikirlərini AZƏRTAC-la bölüşüblər.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, aşpaz Anar Qubatov bildirib ki, artıq beşinci dəfə keçirilən Üzüm və Şərab Festivalı Azərbaycanın üzümçülük və şərabçılıq ənənələrinin tanıdılması baxımından əhəmiyyətli tədbirlərdən biridir. Onun sözlərinə görə, festivalda, həmçinin yerli məhsullardan istifadə olunmaqla müxtəlif yeməklər hazırlanır və təqdim edilir. Bu isə bölgənin zəngin qastronomik ənənələrinin, yerli məhsulların və milli mətbəxin özünəməxsus xüsusiyyətlərinin nümayişinə imkan yaradır.

Aşpaz qeyd edib ki, üzüm və şərabçılıqla yanaşı, milli mətbəxin də festival proqramında xüsusi yer alması tədbirin qastronomik və turizm əhəmiyyətini artırır.

“Vintage fine wine and spirits” brendinin nümayəndəsi Vüsal Babayev bildirib ki, festival həm yerli, həm də xarici şərab brendlərinin tanıdılması, eləcə də müxtəlif məhsulların haradan əldə edilə biləcəyi barədə məlumatların təqdim olunması baxımından əhəmiyyətlidir.

Vüsal Babayev əlavə edib ki, son illərdə Azərbaycan şərabları beynəlxalq səviyyədə daha çox tanınmağa başlayıb. Ölkəmizin şərabları nüfuzlu beynəlxalq nəşrlərdə və müsabiqələrdə diqqət çəkir, müxtəlif səviyyəli yarışlarda qızıl və gümüş medallara layiq görülür.

O vurğulayıb ki, festivalda yalnız istehlakçılar deyil, restoran sahibləri, rəsmi şəxslər və digər biznes nümayəndələri də iştirak edirlər. Bu baxımdan tədbir həm tanıtım, həm də işgüzar əlaqələrin qurulması üçün imkan yaradır.

“Dilbazi Winery” şirkətinin direktoru və həmtəsisçisi Azər Dilbazi bildirib ki, Azərbaycanda keçirilən Üzüm və Şərab Festivalı yerli istehsalçıların fəaliyyətinin təşviqi baxımından əhəmiyyətlidir. Festival istehsalçıları daha geniş çeşiddə məhsullar təqdim etməyə və yeni məhsullar yaratmağa təşviq edir.

Azər Dilbazi qeyd edib ki, şərabçılıq dünyada qədim ənənələrə malik və yüksək istehsal mədəniyyəti tələb edən sahələrdən biridir. Bu baxımdan Azərbaycanda belə festivalların keçirilməsi sahənin inkişafı üçün vacibdir.

Şirkət rəhbəri dövlətin şərabçılıq sahəsinə göstərdiyi dəstəyi də vurğulayıb. O bildirib ki, bu cür tədbirlərin keçirilməsi və yerli istehsalçıların fəaliyyətinin genişləndirilməsi həmin dəstəyin nəticəsidir.

“Şərab istehsalında əsasən yerli üzüm sortlarından istifadə edirik. Mədrəsə və Bayanşirə sortları ilə işləyirik. Məqsədimiz yerli üzüm sortlarının inkişafına töhfə vermək və Azərbaycan premium şərablarını beynəlxalq səviyyədə daha geniş tanıtmaqdır”, – deyə Azər Dilbazi əlavə edib.

Xırdalan Şərab Zavodunun satış müdiri Elşad Hacıyev bildirib ki, Üzüm və Şərab Festivalı ölkə şərabçılığının inkişafı və yerli şərabların beynəlxalq səviyyədə tanıdılması baxımından çox əhəmiyyətlidir. Bu cür festivallar Azərbaycan şərablarının daha geniş auditoriyaya təqdim olunmasına və ölkənin şərabçılıq potensialının dünyada tanıdılmasına imkan yaradır. Festivala müxtəlif ölkələrdən gələn qonaqların iştirakı Azərbaycanın şərabçılıq ənənələrinə marağın artdığını göstərir.

“Arzu edirəm ki, bu cür festivallar Qarabağda da keçirilsin və həmin ərazilərdə yetişdirilən üzümdən hazırlanan şərablar da geniş şəkildə təqdim olunsun. Belə tədbirlərin keçirilməsi Azərbaycan şərabçılığının beynəlxalq səviyyədə tanıdılmasına yeni imkanlar yaradır”, - deyə o əlavə edib.

Nigeriyaəsilli müğənni Cozef Uvezele Okpamen festivalda iştirak etməkdən məmnun olduğunu deyib: “Burada çox maraqlı ab-hava var. İnsanların pozitiv münasibəti və festivalın yüksək səviyyədə təşkili məndə xoş təəssürat yaradır. Azərbaycan şərablarının burada təqdim olunması ölkəmizin şərabçılıq ənənələrinin tanıdılması baxımından əhəmiyyətlidir”.

Müğənni festivalın əhəmiyyətindən danışarkən vurğulayıb ki, belə tədbirlər müxtəlif xalqların nümayəndələrinin bir araya gəlməsi və bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün əlverişli imkan yaradır: “Müxtəlif millətlərin nümayəndələrinin belə tədbirlərdə bir araya gəlməsi tolerantlığın gözəl nümunəsidir. Bu cür əhəmiyyətli festivallarda fərqli mədəniyyətləri tanımaq və insanlarla ünsiyyət qurmaq çox xoşdur”.

Qeyd edək ki, Üzüm və Şərab Festivalı sentyabrın 20-də davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antiterror əməliyyatı həlledici mərhələ kimi tarixə düşdü

09:54
20 Sentyabr

Suverenliyin təntənəsi: Prezident İlham Əliyevin liderlik və inkişaf strategiyası  

09:27
20 Sentyabr

Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələlərə yüksəlib

09:09
20 Sentyabr

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

09:00
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən dirçəlişə uzanan yol

08:53
20 Sentyabr

Qarabağın qürur günü – 20 Sentyabr

08:37
20 Sentyabr

20 Sentyabr Dövlət Suverenliyi Günü - Zəfərimizin və qürurumuzun ən uca zirvəsi

08:00
20 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

21:29
19 Sentyabr

Sürücülərin nəzərinə

21:21
19 Sentyabr

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

20:47
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

20:07
19 Sentyabr

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

20:04
19 Sentyabr

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək

20:03
19 Sentyabr

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir

20:01
19 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!