25 İyul 2026 08:00
380
SİYASƏT
A- A+
Cənubi Qafqazın aparıcı dövləti, qlobal siyasətin mühüm aktoru

Cənubi Qafqazın aparıcı dövləti, qlobal siyasətin mühüm aktoru


XXI əsr dünya siyasi gündəmində mühüm dəyişikliklərlə, yeni geosiyasi reallıqlarla və beynəlxalq münasibətlər sisteminin yenidən formalaşması prosesi ilə xarakterizə olunur. Belə mürəkkəb və ziddiyyətli şəraitdə dövlətlərin iqtisadi imkanları, beynəlxalq nüfuzu, diplomatik məharəti, etibarlı tərəfdaş imici və qlobal proseslərə təsir imkanları son dərəcə əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan son onilliklər ərzində keçdiyi inkişaf yolu ilə diqqətçəkən ölkələrdəndir.

Müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb siyasi və iqtisadi çətinliklərlə üzləşən Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı dövləti, Avrasiyanın mühüm geosiyasi aktoru və beynəlxalq münasibətlər sistemində öz sözünü deyən nüfuzlu ölkə kimi tanınır. Bu uğurların əsasında isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən xarici siyasət durur.


Güclü dövlətçilikdən regional liderliyə


Azərbaycanın bugünkü mövqeyi təsadüfi deyil. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, iqtisadi tənəzzül və xarici təhdidlər dövlətçiliyin mövcudluğunu sual altına qoyurdu. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin edildi, dövlət institutları formalaşdırıldı, iqtisadi islahatlara başlanıldı və Azərbaycanın gələcək inkişafının möhkəm təməlləri qoyuldu.

1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında dönüş nöqtəsi oldu. Sonrakı illərdə həyata keçirilən enerji layihələri ölkəni regionun iqtisadi mərkəzinə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu inkişaf yeni mərhələyə qədəm qoydu və Azərbaycan regional liderlikdən qlobal əhəmiyyət daşıyan dövlət statusuna yüksəldi.

Bu gün Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malikdir. Regionun iqtisadi potensialının əsas hissəsi məhz Azərbaycana məxsusdur. Ölkənin strateji valyuta ehtiyatları, müasir infrastrukturu, inkişaf etmiş nəqliyyat şəbəkəsi və enerji potensialı onun regional liderliyini təmin edən əsas amillərdir.

Ölkəmizin beynəlxalq nüfuzunun əsas sütunlarından biri müstəqil xarici siyasət kursudur. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın xarici siyasətinin mərkəzində yalnız milli maraqlar dayanır. Dövlətimiz hər hansı güc mərkəzinin təsiri altında deyil və qərarlarını öz milli maraqlarına uyğun qəbul edir.

Bu siyasət Azərbaycanın həm Şərq, həm də Qərb ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına imkan verir. Azərbaycan Avropa İttifaqı, ABŞ, Çin, Türkiyə, Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq dövlətləri ilə eyni vaxtda uğurlu əməkdaşlıq modeli formalaşdırmağı bacarıb. Müasir dünyada geosiyasi qarşıdurmaların artdığı bir dövrdə belə balanslaşdırılmış siyasətin həyata keçirilməsi Azərbaycanın diplomatik uğurlarının ən mühüm göstəricilərindən hesab olunur. 

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin və politoloqların suallarını cavablandırarkən bildirdi ki, gündəlik fəaliyyətimizin mühüm istiqamətlərindən biri ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu işi fasiləsiz davam etdirməli, qazandığımız nailiyyətləri, qarşımızda duran çağırışları və həyata keçirdiyimiz işləri dünya ictimaiyyətinə təqdim etməliyik. Mövcud şəraitdə isə birnömrəli prioritet təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. Amma əsas məsələlərdən biri milli maraqlarımızı qorumaq və mümkün qədər çox ölkə ilə praktik və səmərəli əməkdaşlıq münasibətləri qurmaqdır: "Bir çox ölkələr öz strateji baxışlarına uyğun siyasət yürüdürlər. Azərbaycana gəldikdə isə bizim yeganə istəyimiz sərhədlərimiz boyu sülhün hökm sürməsidir. Çünki ölkə daxilində sülh şəraitində yaşadığınız halda sərhədləriniz boyunca döyüşlər gedirsə, siz heç vaxt özünüzü təhlükəsiz hiss etmirsiniz... Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük. Bunun çoxsaylı müsbət təsirləri var. Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır". 


Diplomatik liderlik


Son onilliklərdə Prezident İlham Əliyev beynəlxalq siyasətin ən möhtəşəm tribunalarında çıxış edən, qlobal proseslərə dair mövqeyi diqqətlə izlənilən dövlət başçısı kimi böyük nüfuz qazanıb. Azərbaycan Liderinin BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı və digər mötəbər platformalarda səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Prezident İlham Əliyevin diplomatiyasının əsas xüsusiyyəti prinsipiallıq, ardıcıllıq və beynəlxalq hüquqa söykənən yanaşmadır. Dövlətimizin başçısı bütün çıxışlarında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn aliliyi prinsiplərinin qorunmasının vacibliyini vurğulayır. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmasına və nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa olunması müasir tariximizdə yeni mərhələnin əsasını qoydu. Azərbaycan beynəlxalq hüququn tələb etdiyi, lakin uzun illər ərzində həyata keçirilməyən prinsipləri öz gücü ilə təmin etdi. Bununla ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda tamamilə yeni geosiyasi reallıqlar yaratdı. Həmin reallıq da ondan ibarətdir ki, bu gün Cənubi Qafqazda formalaşan siyasi və iqtisadi gündəliyin əsas müəllifi məhz Azərbaycandır. Regionda kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin genişləndirilməsi və uzunmüddətli sülhün təmin olunması istiqamətində irəli sürülən təşəbbüslərin mərkəzində məhz Azərbaycan durur. 

Ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində enerji diplomatiyası da xüsusi rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi", TANAP və TAP layihələri Avrasiyanın enerji xəritəsini dəyişdirən strateji layihələr kimi tarixə düşüb. Bu layihələr sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas tərəfdaşlardan birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz artıq ənənəvi enerji ixracatçısından "yaşıl enerji" istehsalçısına doğru transformasiya istiqamətində də mühüm addımlar atmaqdadır. Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan olunduğu üçün regionda günəş və külək enerjisi layihələri həyata keçirilir, Xəzər dənizinin böyük bərpaolunan enerji potensialının beynəlxalq bazarlara çıxarılması istiqamətində mühüm işlər görülür. Bu siyasət Azərbaycanın gələcəyin enerji təhlükəsizliyi sistemində də aparıcı mövqelərdən birini tutacağını göstərir. Dövlətimizin başçısı çıxışlarında xüsusi qeyd edir ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq: "Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bizim bərpaolunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su-elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə günəş-elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə elektrik enerjisinin Avropa bazarına ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var və bizim əlavə imkanlarımız var".


Qlobal nəqliyyat və logistika mərkəzi


Azərbaycanın geostrateji əhəmiyyətini artıran mühüm amillərdən biri də nəqliyyat və logistika imkanlarıdır. Şərqlə Qərbin, Şimalla Cənubun birləşdiyi beynəlxalq marşrutların kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub" və Orta dəhliz layihələri ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırıb. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycanın bu layihələrdə oynadığı rol getdikcə artır və ölkənin strateji əhəmiyyətini daha da yüksəldir.

Azərbaycan artıq yalnız regional problemlərin həlli ilə məşğul olan dövlət deyil, son illər ölkəmiz enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, humanitar əməkdaşlıq, rəqəmsal inkişaf, multikulturalizm və beynəlxalq həmrəylik sahələrində mühüm təşəbbüslərlə çıxış edir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsində mühüm rol oynadı. COVID-19 pandemiyası dövründə onlarca ölkəyə göstərilən humanitar yardım isə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın təşkil və evsahibliyi etdiyi beynəlxalq forumlar, qlobal konfranslar və nüfuzlu tədbirlər isə ölkəmizin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirib. 

Bu gün bütün dünyanı maraqlandıran məsələlərdən biri də Azərbaycana güvənli  münasibət və etibardır. Azərbaycan rəhbərliyində mövcud olan nədir ki, mürəkkəb məsələlərin həlli ölkəmizə etibar edilir və bu, bizlərə beynəlxalq mərkəzə çevrilmək gücü verir? Azərbaycan Prezidenti çıxışlarında bu məsələyə xüsusi münasibət bildirərək deyir: "Düşünürəm ki, etimadı birinci yerə qoyardım. Həm də Azərbaycanın səmimiyyətinə etimadı. Çünki qeyd etdiyiniz bütün hallarda və onların bir çoxunda normallaşdırma səylərində iştirak üçün bizə müraciət edən hər kəs inanırdı və başa düşürdü ki, bizim heç bir gizli niyyətimiz yoxdur. Bu, həqiqətən də belədir, heç vaxt olmayıb. Biz həmişə bacardığımız yerdə səmimiyyətlə kömək etmək istəmişik. Bu, bir növ dövlətimizin davranış xəttidir və kifayət qədər dayanıqlı olub... İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub. Əlbəttə ki, bu, çox sevindiricidir. Bu göstərir, o dərəcədə etibarlı münasibətlər qurmuşuq ki, bu münasibətlər, sadəcə, vacib məsələləri müzakirə etməklə və gərginliyi azaltmaqla bəzi ölkələr üçün faydalı olmağımıza imkan verir. Həm də bu, regional siyasət amilinə çevrilir. Buna görə də bu gün Azərbaycanın regional məsələlərdə, minimum regional məsələlərdə rolu təbii olaraq artır. Bu rol müsbətdir, konstruktivdir və mümkün olan yerlərdə kömək göstərmək üçün imkan daxilində yardımlara davam edəcəyik".


Yüksələn nüfuzun mənbəyi


Azərbaycanın beynəlxalq nüfuzu bir neçə mühüm amilə əsaslanır: güclü iqtisadiyyat, hərbi qüdrət, müstəqil xarici siyasət, etibarlı tərəfdaşlıq, strateji coğrafi mövqe və Prezident İlham Əliyevin praqmatik diplomatik fəaliyyəti.

Müasir Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində passiv müşahidəçi sayılmır. Ölkəmiz qlobal gündəliyin formalaşmasına təsir göstərən, mühüm təşəbbüslər irəli sürən və beynəlxalq əməkdaşlığın inkişafına real töhfələr verən dövlət kimi tanınır.

Bütün bunlar Azərbaycanın yalnız Cənubi Qafqazın lider dövləti deyil, eyni zamanda Avrasiya məkanının ən mühüm siyasi və iqtisadi aktorlarından biri olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur və bu mövqeyini ildən-ilə daha da möhkəmləndirir. Azərbaycanın artan beynəlxalq nüfuzu, təşəbbüskar diplomatiyası və strateji əhəmiyyətə malik layihələri göstərir ki, ölkəmiz gələcək illərdə də qlobal proseslərin fəal aktoru və mühüm istiqamətverici qüvvələrindən biri olacaq.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

İki əsrin dialoqu: Bakıda tarixin və müasirliyin memarlıq harmoniyası

09:00
25 İyul

Sənaye zonaları: istehsalın çeşidi artır, ixracın coğrafiyası genişlənir

08:55
25 İyul

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

08:50
25 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

08:45
25 İyul

Azərbaycanın liderlik missiyası 

08:40
25 İyul

Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"

08:35
25 İyul

Azərbaycan-Almaniya Biznes Şurası uzunmüddətli iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək

08:30
25 İyul

"Qarabağın bərpası bütün türk dünyası üçün mühüm tarixi quruculuq prosesidir"

08:25
25 İyul

Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil, gələcəyə baxırlar

08:20
25 İyul

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı"

08:15
25 İyul

Mixael HARMS: "Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır"

08:10
25 İyul

Yüksələn beynəlxalq nüfuz, möhkəmlənən geostrateji mövqe

08:05
25 İyul

Cənubi Qafqazın aparıcı dövləti, qlobal siyasətin mühüm aktoru

08:00
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:19
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:19
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

01:15
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!