25 İyul 2026 08:10
327
SİYASƏT
A- A+
Mixael HARMS: "Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır"

Mixael HARMS: "Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır"


Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın inkişafında aparıcı rol oynayan qurumlardan biri də Almaniya İqtisadiyyatının Şərq Komitəsidir. Bu qurum iki ölkənin biznes dairələri arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Komitənin sədri Mixael Harms AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevin Berlinə səfərinin Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığının inkişafına töhfələri, alman şirkətləri üçün yaranan imkanlar, enerji təhlükəsizliyi və Orta dəhlizin strateji əhəmiyyətindən danışıb. Müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması barədə razılıq əldə olundu. Sizin fikrinizcə, bu yeni platforma iki ölkə arasında iqtisadi əməkdaşlığı praktik baxımdan necə dəyişəcək? Bu, alman şirkətləri üçün hansı yeni imkanlar yaradacaq?

- Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi əlaqələrin daha yeni, strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır. Xüsusilə əhəmiyyətli məqam ondan ibarətdir ki, artıq şirkətlər, assosiasiyalar və siyasi nümayəndələr arasında ikitərəfli görüşlər üçün daimi dialoq platforması yaradılır.

Biznes Şurası Almaniya şirkətləri üçün layihələri daha erkən mərhələdə müəyyənləşdirmək, tənzimləyici məsələləri birbaşa müzakirə etmək və yeni əməkdaşlıq sahələrini sistemli şəkildə inkişaf etdirmək imkanı yaradacaq. O, investisiyalar qarşısındakı maneələrin azaldılmasına, məlumat mübadiləsinin yaxşılaşdırılmasına və hər iki ölkənin şirkətləri arasında əlaqələrin genişləndirilməsinə töhfə verə bilər. Bu, xüsusilə enerji, infrastruktur, logistika, rəqəmsallaşma və sənaye kimi sahələrdə alman texnologiyaları və həllər təklif edən şirkətlər üçün əlavə imkanlar yaradacaq.

- Siz Prezident İlham Əliyevlə uzun illər ərzində müxtəlif platformalarda görüşmüsünüz. Sonuncu görüşdə əvvəlki illərlə müqayisədə hansı yeni məqamlar diqqətinizi çəkdi? Alman biznes dairələrinin Azərbaycana münasibətində keyfiyyətcə dəyişiklik müşahidə edirsinizmi?

- Bəli, mən Prezident İlham Əliyev ilə uzun illər ərzində müxtəlif səviyyəli formatlarda görüşlər keçirmişəm. Bakıda və Berlində keçirilən son görüşlərimizdə ənənəvi enerji sektorundan əlavə iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycan iqtisadiyyatı üçün yeni perspektivli sahələrin inkişafına xüsusi diqqət yetirildiyini müşahidə etdim.

Bizim üçün mühüm amillərdən biri Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmasıdır. Bu razılaşma bütövlükdə regiona yeni sabitlik gətirir və sərhədlərarası ticarəti asanlaşdırır. Bu razılaşmadan sonra Almaniya şirkətlərinin Azərbaycana marağının artdığını və maraq dairəsinin genişləndiyini müşahidə edirəm. Əvvəllər əsas diqqət enerji sahəsində əməkdaşlığa yönəlirdisə, hazırda bağlantılar, nəqliyyat dəhlizləri, sənayenin inkişafı, kənd təsərrüfatı, bərpaolunan enerji, rəqəmsallaşma və regional inteqrasiya kimi məsələlər də intensiv şəkildə müzakirə olunur.

Bu baxımdan keyfiyyətcə dəyişiklikdən danışmaq mümkündür: Azərbaycan getdikcə daha çox müxtəlif inkişaf perspektivlərinə malik iqtisadi tərəfdaş kimi qəbul edilir.

- Azərbaycan son illər təkcə Avropanın enerji təhlükəsizliyi üçün mühüm tərəfdaşa deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında Orta dəhlizin əsas mərkəzlərindən birinə çevrilir. Almaniya iqtisadiyyatı baxımından Azərbaycan artıq təkcə enerji tərəfdaşı deyil, həm də yeni Avrasiya təchizat zəncirlərinin mühüm elementi kimi qəbul olunurmu?

- Bəli, bu inkişaf bir çox Almaniya şirkətinin baxışında aydın şəkildə müşahidə olunur. Orta dəhliz son illərdə əhəmiyyət qazanıb. Bunun əsas səbəbi şirkətlərin təchizat zəncirlərini şaxələndirmək və onları böhranlara qarşı daha dayanıqlı etmək istəyidir. Azərbaycan coğrafi mövqeyinə görə bu prosesdə əsas rol oynayır. Ölkə Avropa, Mərkəzi Asiya və Çin arasında mühüm əlaqələndirici mərkəzdir. Limanlara, dəmir yolu bağlantılarına, logistika mərkəzlərinə və rəqəmsal infrastruktura yatırılan böyük investisiyalar bu mövqeyi daha da gücləndirir.

Bu səbəbdən Azərbaycan Almaniya tərəfindən getdikcə təkcə mühüm enerji tərəfdaşı deyil, həm də logistika qovşağı kimi qiymətləndirilir. Xüsusilə ixracyönümlü şirkətlər üçün Avropa ilə Asiya arasında daha səmərəli nəqliyyat əlaqələrinin gələcəkdə əhəmiyyətli iqtisadi əlavə dəyər yaratmaq potensialı var.

- Strateji Gündəlikdə "yaşıl enerji", hidrogen, logistika, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrinə xüsusi diqqət yetirilir. Qarşıdakı illərdə Azərbaycanda Almaniya şirkətləri üçün ən böyük investisiya potensialını hansı sahələrdə görürsünüz?

- Almaniya ilə Azərbaycan arasında Strateji Gündəlik çoxsaylı gələcək istiqamətləri əhatə edir. Mən xüsusilə beş sahədə böyük potensial görürəm:

1. Enerji təchizatı və bərpaolunan enerji. Almaniya şirkətləri külək və günəş enerjisi layihələrinin inkişafı, eləcə də hidrogen iqtisadiyyatı üçün texnologiyalar sahəsində geniş təcrübəyə malikdir.

2. Logistika və nəqliyyat infrastrukturu. Orta dəhlizin daha da inkişafı müasir logistika həllərinə, nəqliyyat proseslərinin rəqəmsallaşdırılmasına və səmərəli infrastrukturun yaradılmasına ehtiyac yaradır.

3. Sənaye və istehsal. İqtisadiyyatın şaxələndirilməsi məqsədi Almaniya maşınqayırma şirkətləri, sənaye avadanlığı istehsalçıları və avtomatlaşdırma texnologiyaları təklif edən şirkətlər üçün yeni imkanlar açır.

4. Kənd təsərrüfatı və qida emalı. Alman texnologiyaları bütün dəyər zənciri boyunca məhsuldarlığın, dayanıqlılığın və səmərəliliyin artırılmasına töhfə verə bilər.

5. Rəqəmsallaşma və "ağıllı infrastruktur". Elektron hökumət həllərindən "ağıllı şəhər" layihələrinə və kibertəhlükəsizliyə qədər Almaniya şirkətlərinin öz təcrübələrini tətbiq edə biləcəyi çoxlu sayda sahə mövcuddur.

Ümumilikdə, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar görürəm. Əsas məsələ mövcud siyasi razılaşmaların indi konkret layihələrə və hər iki ölkənin şirkətləri arasında uzunmüddətli tərəfdaşlıqlara çevrilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

İki əsrin dialoqu: Bakıda tarixin və müasirliyin memarlıq harmoniyası

09:00
25 İyul

Sənaye zonaları: istehsalın çeşidi artır, ixracın coğrafiyası genişlənir

08:55
25 İyul

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

08:50
25 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

08:45
25 İyul

Azərbaycanın liderlik missiyası 

08:40
25 İyul

Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"

08:35
25 İyul

Azərbaycan-Almaniya Biznes Şurası uzunmüddətli iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək

08:30
25 İyul

"Qarabağın bərpası bütün türk dünyası üçün mühüm tarixi quruculuq prosesidir"

08:25
25 İyul

Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil, gələcəyə baxırlar

08:20
25 İyul

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı"

08:15
25 İyul

Mixael HARMS: "Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır"

08:10
25 İyul

Yüksələn beynəlxalq nüfuz, möhkəmlənən geostrateji mövqe

08:05
25 İyul

Cənubi Qafqazın aparıcı dövləti, qlobal siyasətin mühüm aktoru

08:00
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:19
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:19
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

01:15
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!