25 İyul 2026 08:35
271
SİYASƏT
A- A+
Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"

Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"


Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni siyasi və iqtisadi dinamikanın formalaşdığı bir dövrə təsadüf edir. Səfər çərçivəsində aparılan müzakirələr, imzalanan strateji sənədlər əməkdaşlığın enerji ilə yanaşı, investisiya, texnologiya və nəqliyyat sahələrində də genişləndirilməsinə zəmin yaradır.

Almaniya parlamentinin deputatı, Bundestaqın Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlamentlərarası dostluq qrupunun üzvü Macit KARAAHMETOÜLU AZƏRTAC-a müsahibəsində bu tarixi səfərin əhəmiyyətindən və Azərbaycan-Almaniya tərəfdaşlığının perspektivlərindən söz açıb.

- Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu səfərin iki ölkə arasında siyasi əlaqələrin inkişafı və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya-Azərbaycan əlaqələrinin daha institusional və strateji əsasda inkişaf etdirilməsi baxımından mühüm dönüş nöqtəsidir. İmzalanan İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə təkcə bu gün üçün deyil, qarşıdakı illərlə bağlı da əməkdaşlığın çərçivəsini müəyyənləşdirməkdədir. Almaniya üçün Azərbaycan Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşlardan biridir. Almaniya Federal Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avroya çatıb. Almaniyanın Azərbaycandan idxalının həcmi təxminən 1,1 milyard avro, ixracının səviyyəsi isə 620 milyon avro təşkil edib. Bu göstəricilər mövcud əməkdaşlığın güclü olduğunu, lakin potensialın hələ tam reallaşdırılmadığını nümayiş etdirir.

Sevindirici hal odur ki, münasibətlər artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, sənaye, rəqəmsal transformasiya, nəqliyyat, elm, təhsil və "yaşıl iqtisadiyyat" kimi prioritet istiqamətləri də əhatə edir. Eyni zamanda Almaniya üçün iqtisadi tərəfdaşlıq hüququn aliliyi, beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə alternativ deyil, onları tamamlayan amildir.

Mən də Almaniya Bundestaqında Cənubi Qafqaz üzrə parlament qrupunun Sosial Demokrat Partiyasının (SPD) sözçüsü kimi Azərbaycan ilə Almaniya arasında münasibətləri yaxından izləyirəm. Bu vəzifəm çərçivəsində daha əvvəl Azərbaycana etdiyim səfər sayəsində ölkəni yaxından tanımaq imkanım oldu. Həmin səfərin Azərbaycandakı prosesləri daha ətraflı dəyərləndirməyimə və aktual prosesləri daha aydın təhlil etməyimə mühüm töhfə verməsindən məmnunam.

- Səfər çərçivəsində Azərbaycan ilə Almaniya arasında İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə imzalandı və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması qərara alındı. Bu addımları ikitərəfli münasibətlərin institusionallaşması və xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından necə dəyərləndirirsiniz? Bu mexanizmlər hansı konkret nəticələr verə bilər?

- Azərbaycan ilə Almaniya arasında İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanmasını və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə qərarı olduqca mühüm addım hesab edirəm. Çünki güclü iqtisadi əlaqələrin inkişafı üçün möhkəm institusional mexanizmlərə ehtiyac var.

İmzalanmış bəyannamədə ticarət, investisiya, "yaşıl enerji", hidrogen, nəqliyyat, logistika, rəqəmsallaşma, kənd təsərrüfatı, sənayenin modernləşdirilməsi və texnologiya transferi kimi geniş istiqamətlər üzrə əməkdaşlıq çərçivəsi müəyyənləşdirilib. Bu isə münasibətlərin təkcə təbii qaz ticarəti ilə məhdudlaşmayacağını açıq şəkildə göstərir.

Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir. Yaradılacaq Biznes Şurasının əsas vəzifələrindən biri bu rəqəmi artırmaq, xüsusilə kiçik və orta biznesin investisiya imkanlarının asanlaşdırılması, birgə istehsal layihələrinin dəstəklənməsi və alman texnologiyaları ilə Azərbaycanın inkişaf edən bazarının daha sıx əlaqələndirilməsi olacaq.

Təxminən 1,7 milyard avroluq ticarət dövriyyəsi mühüm başlanğıcdır. Lakin əsas uğur yeni investisiyaların cəlb olunması, əlavə iş yerlərinin yaradılması və birgə sənaye layihələrinin həyata keçirilməsi ilə ölçüləcək. Hesab edirəm ki, bu əməkdaşlıq mexanizmləri hər iki ölkə üçün faydalı olacaq, konkret və uzunmüddətli nəticələrin əldə edilməsinə mühüm töhfə verəcək.

- Hazırda Avropa enerji təhlükəsizliyi və təchizat zəncirlərinin şaxələndirilməsi baxımından mühüm mərhələdən keçir. Bu kontekstdə Almaniya Kansleri Fridrix Mertsin Azərbaycandan təbii qazın idxalının artırılmasına dair açıqlamasını necə dəyərləndirirsiniz? Həmçinin geosiyasi gərginliklərin artdığı bir dövrdə Azərbaycanın Orta dəhliz və nəqliyyat-logistika bağlantıları vasitəsilə Avropa, xüsusilə də Almaniya üçün daşıdığı strateji əhəmiyyəti necə qiymətləndirirsiniz?

- Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın əsas hədəflərindən biri enerji mənbələrinin şaxələndirilməsi oldu. Bu baxımdan Almaniyanın Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı genişləndirməsini strateji baxımdan düzgün addım hesab edirəm.

Avropa Komissiyasının məlumatlarına görə, Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı son üç il ərzində 40 faizdən çox artıb. 2024-cü ildə Avropa İttifaqı ölkələrinə təxminən 13 milyard kubmetr təbii qaz tədarük olunub. Almaniyanın da 2026-cı ildən Azərbaycan qazı almağa başlaması Avropanın enerji təchizatının şaxələndirilməsi siyasətinin mühüm hissəsidir.

Azərbaycanın əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Orta dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən ən mühüm alternativ ticarət marşrutlarından birinə çevrilməkdədir. Dünya Bankının qiymətləndirmələrinə görə, zəruri investisiyaların həyata keçirildiyi təqdirdə bu dəhliz üzrə ticarət həcmi 2030-cu ilədək üç dəfə arta bilər. Bu dəhliz Almaniya üçün təkcə logistika xətti deyil, sənayemizin ehtiyac duyduğu kritik xammal, məhsul və təchizat zəncirlərinin təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyır. Avropanın iqtisadi dayanıqlılığı artıq yalnız istehsal gücü ilə deyil, etibarlı nəqliyyat və enerji şəbəkələri qura bilməsi ilə də ölçüləcək.

Fikrimcə, Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Lakin bu inkişaf hüququn aliliyi, davamlılıq, qarşılıqlı etimad və beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirildiyi halda həm iki ölkə, həm də bütövlükdə Avropa üçün əsl strateji üstünlüyə çevriləcək.

Buna görə də düzgün diplomatik münasibətlər və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq sayəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, ticarət marşrutları və regional sabitliyi baxımından strateji əhəmiyyətinin qarşıdakı illərdə daha da artacağına inanıram.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

İki əsrin dialoqu: Bakıda tarixin və müasirliyin memarlıq harmoniyası

09:00
25 İyul

Sənaye zonaları: istehsalın çeşidi artır, ixracın coğrafiyası genişlənir

08:55
25 İyul

Dövlət Neft Fondu yarım ilin hesabatını açıqlayıb

08:50
25 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

08:45
25 İyul

Azərbaycanın liderlik missiyası 

08:40
25 İyul

Bundestaqın deputatı: "Azərbaycan-Almaniya tərəfdaşlığı yeni institusional mexanizmlərlə güclənir"

08:35
25 İyul

Azərbaycan-Almaniya Biznes Şurası uzunmüddətli iqtisadi tərəfdaşlığın güclənməsinə xidmət edəcək

08:30
25 İyul

"Qarabağın bərpası bütün türk dünyası üçün mühüm tarixi quruculuq prosesidir"

08:25
25 İyul

Almaniya və Azərbaycan faktlara əsaslanaraq keçmişə deyil, gələcəyə baxırlar

08:20
25 İyul

"Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı"

08:15
25 İyul

Mixael HARMS: "Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm addımdır"

08:10
25 İyul

Yüksələn beynəlxalq nüfuz, möhkəmlənən geostrateji mövqe

08:05
25 İyul

Cənubi Qafqazın aparıcı dövləti, qlobal siyasətin mühüm aktoru

08:00
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:19
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:19
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

01:15
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!