25 İyul 2026 20:07
289
Mədəniyyət
A- A+
Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonun qədim tarixə malik olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə milli identikliyimizin və zəngin irsimizin qorunması, bölgələrimizin sosial-iqtisadi inkişafı və turizm potensialının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın irsimizin təbliği, mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması və qədim ənənələrimizin yaşadılması istiqamətində gördüyü işlər də bu sahəyə öz dəyərli töhfəsini verir. Milli Yaylaq Festivalı da məhz bu siyasətin nəticəsi olaraq milli dəyərlərimizin yaşadılmasına, Azərbaycanın zəngin mədəniyyətinin və turizm potensialının tanıdılmasına, dostluğun, birliyin, qardaşlığın və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərdəndir”.

Gənclər və idman naziri Fərid Qayıbov festivalın artıq ənənəvi xarakter aldığını bildirib: “Təbii ki, bu, artıq böyük bir bayramdır. Beşinci dəfə təşkil olunan Milli Yaylaq Festivalında biz doğrudan da milli ab-havanı görürük və hiss edirik. Buna görə də ilk növbədə təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm. Bu festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənc nəsillərə aşılamaqdır. Dövlətimizin başçısı İlham Əliyev gənclərlə görüşlərində bu məsələni dəfələrlə diqqətə çatdırmış, müvafiq dövlət qurumlarına tövsiyələr vermişdi. Ölkəmizdə keçirilən bu cür festivallarda milli adət-ənənələrimizin gənclərimiz tərəfindən yaşadıldığının şahidi oluruq”.

Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov isə vurğulayıb ki, festival ilbəil miqyasını genişləndirərək təkcə yerli qonaqların deyil, xarici turistlərin də böyük maraq göstərdiyi beynəlxalq platformaya çevrilib. O, etnoqəsəbədə yaradılan şəraitdən söz açaraq tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.

Rəsmi çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.

Xatırladaq ki, ötən gün start götürən festival ənənəvi olaraq bu il beşinci dəfə təşkil olunur.

Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Dünya Etnoidman Konfederasiyasının və digər tərəfdaş qurumların dəstəyi ilə “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC-nin birgə təşəbbüsü əsasında keçirilir.

Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq guşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları təşkil edilib.

Bundan başqa, yorğa atlarının nümayişi, kəndirbazların və alov püskürənlərin çıxışları, eləcə də milli mətbəx nümunələrinin təqdim olunduğu “Yaylaq süfrəsi” festival iştirakçılarının ixtiyarına verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!