18 İyun 2026 08:25
136
SİYASƏT
A- A+
B.Şermanın mövqeyi sülh prosesi ilə uzlaşmır

B.Şermanın mövqeyi sülh prosesi ilə uzlaşmır


Konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə ünvanladığı məktub obyektivlikdən uzaq və tamamilə qərəzlidir.  Azərbaycanın bir qrup QHT rəhbərinin və hüquq müdafiəçilərinin ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə ünvanlandığı məktubda da qeyd edildiyi kimi, Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüz minlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır.

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, yerli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın bu cinayətləri araşdırmağa, günahkarları məhkum etməyə tam ixtiyarı var: "Bu səbəbdən müharibə cinayətkarları ilə bağlı məsələyə yanaşmada əsas olan hansısa siyasi bəyanat və ya lobbiçilik fəaliyyəti deyil, məhkəmə prosesləri və qanunun aliliyi prinsipidir. Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulması, münasibətlərin normallaşdırılması və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə belə təşəbbüslərin irəli sürülməsi təəssüf doğurur. Belə təşəbbüslər etimadın möhkəmlənməsinə deyil, əksinə, keçmiş qarşıdurma narrativlərinin yenidən canlandırılmasına xidmət edir. Regionda davamlı sülhün təmin olunması üçün beynəlxalq hüquqa hörmət, ədalət prinsipləri və dövlətlərin suveren hüquqlarının tanınması əsas götürülməlidir".

V.Rəhimzadə diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Azərbaycanla Ermənistan arasında dialoqu və normallaşmanı dəstəkləsə də, Şermanın təşəbbüsü bu səylərə ziddir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib ki, keçən ilin avqustunda Ağ Evdə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırıb. Sözügedən tədbirdə deyilir: "Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta dəhlizin bir hissəsinə çevriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük".

V.Rəhimzadə onu da vurğulayıb ki, Prezident Donald Tramp və onun administrasiyası Cənubi Qafqazda sülh prosesinin irəliləməsini, Azərbaycan ilə Ermənistan arasında dialoq və normallaşma səylərini dəstəklədiyi halda, konqresmen Brad Şermanın ortaya qoyduğu ədalətsiz və qərəzli mövqe bu məqsədlərlə uzlaşmır: "Belə yanaşma regionda əldə olunmuş müsbət dinamikanın gücləndirilməsinə deyil, əksinə, sülh prosesinə və qarşılıqlı etimadın formalaşmasına mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirilə bilər". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

09:13
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

"Fransa XXI əsrin geosiyasi reallıqlarını müstəmləkəçilik təfəkkürü ilə qavrayır"

08:30
18 İyun

B.Şermanın mövqeyi sülh prosesi ilə uzlaşmır

08:25
18 İyun

Hüquq və azadlıqların etibarlı müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

08:20
18 İyun

"20 Yanvar gecəsi gördüklərim gözlərimə yazılıb"

08:17
18 İyun

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:17
18 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

08:15
18 İyun

Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

08:10
18 İyun

Haylar ağıllanaraq real düşünməyə başlayıblar

08:05
18 İyun

Bakıdan dünyaya ünvanlanan çağırışlar: əməkdaşlıq, həmrəylik və inkişaf

08:00
18 İyun

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında

02:18
18 İyun

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

02:18
18 İyun

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

23:40
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!