18 İyun 2026 08:10
176
SİYASƏT
A- A+
Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb


Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda Şuşa şəhərində keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizə səfər edən Belarusun "Belaya Rus" Partiyasının sədri Olqa Çemodanovanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun iki ölkə arasında bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan münasibətlərin inkişafına böyük önəm verdikləri, siyasi dialoq şəraitində iqtisadi-ticari, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

İki dost ölkənin hazırda mürəkkəb geosiyasi şəraitdə - yeni dünya nizamına transformasiya ərəfəsində konstruktiv siyasət yürüdərək regional və qlobal təhlükəsizliyin təmini ilə bağlı prinsipial mövqe nümayiş etdirdikləri bildirilib. Milli maraqların qorunması və ortaq strateji hədəflərin gerçəkləşdirilməsi üçün beynəlxalq platformalarda qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Görüşdə dövlətlərarası münasibətlərin inkişafında Yeni Azərbaycan Partiyası ilə "Belaya Rus" Partiyası arasında əlaqələrin rolu diqqətə çatdırılıb. Cari ilin may ayında YAP nümayəndə heyətinin Belarusa səfəri məmnunluqla xatırlanaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransların ölkələr və partiyalar arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb. Builki konfransın da mötəbər beynəlxalq tədbir kimi bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.

Sonra Yeni Azərbaycan Partiyası ilə "Belaya Rus" Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və "Belaya Rus" Partiyasının sədri Olqa Çemodanova imzalayıblar.

Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi-hüquqi əsas-larını möhkəmləndirməklə partiyalar arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyinə və dövlətlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

09:13
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

"Fransa XXI əsrin geosiyasi reallıqlarını müstəmləkəçilik təfəkkürü ilə qavrayır"

08:30
18 İyun

B.Şermanın mövqeyi sülh prosesi ilə uzlaşmır

08:25
18 İyun

Hüquq və azadlıqların etibarlı müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

08:20
18 İyun

"20 Yanvar gecəsi gördüklərim gözlərimə yazılıb"

08:17
18 İyun

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:17
18 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

08:15
18 İyun

Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

08:10
18 İyun

Haylar ağıllanaraq real düşünməyə başlayıblar

08:05
18 İyun

Bakıdan dünyaya ünvanlanan çağırışlar: əməkdaşlıq, həmrəylik və inkişaf

08:00
18 İyun

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında

02:18
18 İyun

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

02:18
18 İyun

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

23:40
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!