18 İyun 2026 08:17
183
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına


İlk növbədə "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda konfransında iştirak etmək imkanına görə Sizə, həmkarlarınıza və Yeni Azərbaycan Partiyasına Kamboca nümayəndə heyəti adından dərin minnətdarlığımızı bildirmək istəyirəm. Konfrans sülh quruculuğu, transsərhəd iqtisadi əməkdaşlıq və Kamboca ilə Tailand arasında xmer məbədləri və sərhədyanı ərazilərə sahibliklə bağlı mübahisələrə dair fikir mübadiləsi aparmaq üçün dəyərli fürsət yaratdı. Həmçinin konfransın rahat və yüksək səmərəliliklə keçməsini təmin edən komandanızın nümayiş etdirdiyi peşəkarlığı və koordinasiyanı da qeyd etmək istərdim.

Azərbaycanda olduğum müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin dayanıqlı inkişafını heyranlıqla müşahidə etdim. Qarabağda qısa müddət ərzində əldə olunmuş sürətli irəliləyişi xüsusilə qeyd etmək lazımdır. Son illərdə sülhə nail olunması təkcə Qarabağ əhalisi və bütövlükdə Azərbaycan xalqı üçün deyil, həm də daha geniş region və beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir.

Kamboca Xalq Partiyasının Sədri Samdek Hun Sen Azərbaycanla Kamboca arasında dostluq və tərəfdaşlığa böyük dəyər verir və işbirliyimizi, xüsusən də Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında daha sıx əməkdaşlıq yolu ilə gücləndirmək üçün əlimdən gələni edəcəyəm. Partiyalarımız arasında daha böyük siyasi etimad və qarşılıqlı dəstəyin təşviqi üçün sizinlə və həmkarlarınızla sıx işləməyi səbirsizliklə gözləyirəm. İnanıram ki, Azərbaycan və Kamboca sülhün müdafiəsi və beynəlxalq hüquqa tam hörmətlə yanaşılması məsələlərində həmrəyliyi davam etdirəcəkdir.

Dəstəyinizə və nümayəndə heyətimizə ayırdığınız vaxta görə səmimi təşəkkürümü bildirirəm. Xalqlarımızın əmin-amanlığı və rifahı naminə dostluq və tərəfdaşlığın davam etdirilməsini və möhkəmlənməsini səmimi-qəlbdən arzulayıram.

Hörmətlə,


Tun VATHANA,

Kamboca Xalq Partiyası Mərkəzi Komitəsinin Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Milli Xalq Oyunları" Festivalı keçirilib

09:15
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

09:13
18 İyun

Şükürbəyli camaatı şükür içində

09:10
18 İyun

İslam maliyyəsinin mahiyyəti dəyişmir

09:00
18 İyun

Azərbaycanın "yaşıl" hədəfi

08:55
18 İyun

Azərbaycan-Vatikan münasibətləri mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub

08:50
18 İyun

Dönüşü olmayan qəhrəmanlıq yolu

08:45
18 İyun

"Azərbaycan ABŞ ilə münasibətlərə qlobal və regional proseslər fonunda mühüm əhəmiyyət verir" 

08:40
18 İyun

Bakı və Vaşinqton strateji tərəfdaşlıqda qərarlıdırlar

08:35
18 İyun

"Fransa XXI əsrin geosiyasi reallıqlarını müstəmləkəçilik təfəkkürü ilə qavrayır"

08:30
18 İyun

B.Şermanın mövqeyi sülh prosesi ilə uzlaşmır

08:25
18 İyun

Hüquq və azadlıqların etibarlı müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

08:20
18 İyun

"20 Yanvar gecəsi gördüklərim gözlərimə yazılıb"

08:17
18 İyun

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

08:17
18 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

08:15
18 İyun

Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

08:10
18 İyun

Haylar ağıllanaraq real düşünməyə başlayıblar

08:05
18 İyun

Bakıdan dünyaya ünvanlanan çağırışlar: əməkdaşlıq, həmrəylik və inkişaf

08:00
18 İyun

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında

02:18
18 İyun

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

02:18
18 İyun

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

23:40
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!