24 İyun 2026 11:57
123
İQTİSADİYYAT
A- A+
Ülviyyə Cabbarova: Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb  

Ülviyyə Cabbarova: Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb  

Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb. Bu inkişaf dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflərə, Mərkəzi Bankın həyata keçirdiyi islahatlara və bazar iştirakçılarının birgə səylərinə əsaslanır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) deyib.

O qeyd edib ki, bütün bu nailiyyətlər sevindirici olsa da, qarşıda bizi daha böyük imkanlar gözləyir: “Azərbaycanda sığorta penetrasiyasının artırılması üçün geniş potensial mövcuddur və məqsədimiz bu potensialı tam reallaşdırmaqdır. Lakin bizim üçün əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutması, cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafına daha böyük töhfə verməsidir. Bu gün dəyişən dünyada risklər artır, gözləntilər yenilənir və sığortanın rolu əvvəlkindən daha da önəmli olur. Sığorta artıq yalnız zərərin ödənilməsi mexanizmi deyil. O, insanların gələcəyə daha inamla baxmasına, ailələrin maliyyə dayanıqlılığının qorunmasına, bizneslərin isə gözlənilməz risklər qarşısında daha davamlı olmasına xidmət edir. Qlobal sığorta bazarında da əsas müzakirə mövzuları dəyişən risklər və bu risklərə uyğun yeni həllər ətrafında formalaşır. Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması sığorta sektorunun qarşısında yeni vəzifələr yaradır. Bu çağırışlar bizdən daha çevik olmağı, innovativ məhsullar yaratmağı və müştərilərin dəyişən ehtiyaclarına daha sürətli uyğunlaşmağı tələb edir".

Ülviyyə Cabbarova bildirib ki, bu məqsədlə “2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində sığorta sektorunun inkişafı üçün sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılması qarşıdakı dövr üçün əsas prioritetlər kimi müəyyən olunub: "Hesab edirəm ki, bu sənəd sadəcə dövlət proqramı deyil, həm də sığorta bazarının gələcək inkişafı üçün mühüm bir yol xəritəsidir. Bu hədəflərə çatmaq yalnız dövlət qurumlarının deyil, bütün bazar iştirakçılarının birgə məsuliyyətidir. Əminəm ki, əməkdaşlıq və birgə fəaliyyətin köməyi ilə biz sığorta sektorunun inkişafını daha da sürətləndirəcəyik. Azərbaycan Beynəlxalq Sığorta Forumu da məhz bu məqsədə xidmət edir. Bugünkü sürətlə dəyişən dünyada heç bir bazar təkbaşına inkişaf etmir. Beynəlxalq təcrübənin öyrənilməsi, yeni yanaşmalarla tanışlıq və peşəkar fikir mübadiləsi sektorun gələcək inkişafı üçün vacib amillərdəndir. İnanıram ki, növbəti iki gün ərzində aparılacaq müzakirələr, ekspertlərin bölüşəcəyi bilik və təcrübə hər birimiz üçün yeni imkanlar yaradacaq və sığorta sektorunun inkişafına öz töhfəsini verəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

13:17
24 İyun

Paytaxtda və bölgələrdə yağış yağacaq

13:15
24 İyun

Dövlət Proqramı pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılmasını hədəfləyir

12:28
24 İyun

Azərbaycanda pambıqçılıq regionlarda 300 minədək insanın rifahına təsir göstərir

12:28
24 İyun

Saatlı, Ağcabədi və Sabirabad pambıq əkinlərinə görə lider rayonlardır

12:26
24 İyun

Mozambik parlamentinin sədri: Parlamentlərarası əməkdaşlıq gücləndirilməlidir

12:25
24 İyun

Məcnun Məmmədov: Pambıqçılığın inkişafı istiqamətində islahatlar nəticəsində mühüm nailiyyətlər əldə olunub  

12:25
24 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib  

12:15
24 İyun

Rəşt-Astara dəmir yolunun tikintisi davam edəcək

12:12
24 İyun

Hazırda Mərkəzi Bank növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlayır  

12:09
24 İyun

Prezidentin köməkçisi: Pambıqçılıqda sığorta mexanizmlərinin hazırlanması nəzərdə tutulur  

12:07
24 İyun

Puan Maharani: Azərbaycanın sədrliyi İƏT Parlament İttifaqında əməkdaşlığı gücləndirəcək  

12:01
24 İyun

Ülviyyə Cabbarova: Son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb  

11:57
24 İyun

Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

11:51
24 İyun

ABŞ-nin neft ehtiyatları azalıb

11:50
24 İyun

Nazir müavini: Dövlət kritik informasiya infrastrukturunun qorunması istiqamətində ardıcıl tədbirlər görür  

11:49
24 İyun

Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir

11:49
24 İyun

Zeynal Nağdəliyev: Dövlət Proqramı pambıqçılığın və tekstil sənayesinin inkişafı üçün yeni imkanlar açacaq  

11:47
24 İyun

Masallıda şəhidin adını daşıyan küçə abadlaşdırılıb

11:45
24 İyun

İƏT Parlament İttifaqının Baş katibi Azərbaycan Prezidentinin İslam əməkdaşlığına töhfəsini yüksək qiymətləndirib  

11:42
24 İyun

Vüsal Qasımlı: Sığorta sektorunun gələcək inkişafı investisiya resurslarının səfərbər edilməsi baxımından daha geniş missiya daşıyacaq  

11:38
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!