19 May 2026 08:00
3252
SİYASƏT
A- A+
Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır


Prezident İlham Əliyevin uzaqgörən strategiyası sayəsində Bakıda dünyanın şəhərsalma gündəliyi müəyyən edilir  


Müasir dünyada ekoloji tarazlığın və innovativ idarəçiliyin əsası məhz düzgün qurulmuş şəhərsalma siyasətinə söykənir. Hazırda Azərbaycan beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin mərkəzi olmaqla bərabər, həm də yeni urbanizasiya tendensiyalarının formalaşdığı ünvan kimi tanınır. Bu müstəvidə Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) evsahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür.

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək mühüm məqamlara diqqət çəkib. Qeyd edək ki, Bakının evsahibliyi etdiyi beynəlxalq tədbir artıq indidən WUF tarixində rekordlarla yadda qalır. Forumda iştirak etmək üçün 182-dən çox ölkədən 40 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da tədbirin tarixində rekord göstəricidir. 

Prezident İlham Əliyev çıxışında buna toxunub: "Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq". BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da deyib ki, indiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Rossbax WUF13-ə evsahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. 

Dövlətimizin başçısının çıxışı Azərbaycanın qlobal diplomatiya və irimiqyaslı beynəlxalq tədbirlərin idarə olunması sahəsindəki yüksək statusunu rəsmən təsdiq edir. Prezident İlham Əliyevin forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi ilə bağlı elan etdiyi statistik göstəricilər WUF13-ün beynəlxalq miqyasda qazandığı tarixi uğurun və böyük marağın əyani sübutudur. Tədbirin miqyas baxımından COP29-la müqayisə edilməsi Azərbaycanın qısa müddət ərzində bəşəriyyəti narahat edən fərqli qlobal çağırışların müzakirə olunduğu ən mühüm siyasi, ekoloji və intellektual mərkəzə çevrildiyini bəyan edir. Eyni zamanda UN-Habitat rəhbərliyinin forumun indiyə qədərki ən geniş və çoxşaxəli qlobal auditoriyanı bir araya gətirən sessiya olduğunu vurğulaması və bu münasibətlə Azərbaycan hökumətinə rəsmi təşəkkürünü bildirməsi ölkəmizin təşkilatçılıq qabiliyyətinə və qlobal tərəfdaşlığa verdiyi töhfələrə beynəlxalq müstəvidə verilən ali qiymətin rəsmi göstəricisidir.

Prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycan bu forumu təşkil etməklə şəhərsalmanın inkişafına sadiqliyini nümayiş etdirir: "Bu il mənim sərəncamıma əsasən, "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və forumun 13-cü sessiyasına evsahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik". Dövlətimizin başçısı vurğulayıb ki, şəhərsalma elə bir məsələdir ki, Azərbaycan dövləti gündəlik əsaslarla onun üzərində işləyir: "Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər". 

Cari ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi şəhərsalma siyasətinin Azərbaycanda dövlət idarəçiliyinin ali prioritetlərindən biri olduğunu rəsmən nümayiş etdirir. Prezident İlham Əliyevin bu mühüm qlobal missiyanın Azərbaycana həvalə edilməsinə görə təşəkkürünü bildirməsi və səmərəli əməkdaşlığı vurğulaması ölkəmizin beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsini göstərir. Xüsusilə uzun illər işğal altında qalmış Ağdam, Zəngilan və Xankəndi şəhərlərində üç milli forumun uğurla keçirilməsinə edilən istinad Azərbaycanın azad edilmiş ərazilərdə reallaşdırdığı irimiqyaslı postmünaqişə quruculuğu və modernləşmə modelinin beynəlxalq ictimaiyyətə birbaşa təqdimatıdır. Paytaxt Bakı ilə yanaşı, ölkənin bir çox qədim şəhərlərinin zəngin memarlıq irsinə diqqət çəkilməsi isə milli mədəni kimliyin qorunması ilə müasir urbanizasiya tendensiyalarının dövlət siyasətində bərabərhüquqlu və vəhdət şəklində idarə olunduğunu rəsmən bəyan edir.

Azərbaycan Prezidenti Bakının qədimlik və yenilik baxımından tarixi-memarlıq irsimizi qoruyub saxladığını qeyd edib: "Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən, əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir". 

Prezident İlham Əliyevin vurğuladığı kimi, paytaxtımızın qədim memarlıq elementləri ilə müasir şəhərsalma standartlarını özündə birləşdirməsi ölkəmizin keçmişinə sadiqliyini və eyni zamanda gələcəyə yönəlmiş innovativ inkişaf xəttini nümayiş etdirir. Ulu babalarımızın istedadına və memarlıq irsinə edilən istinad dövlətimizin mədəni irsin toxunulmazlığına, tarixi abidələrin mühafizəsinə verdiyi ali əhəmiyyəti rəsmi səviyyədə bir daha təsdiqləyir.

Dövlətimizin başçısı Bakıda aparılan müasir şəhərsalma prosesindən də misallar gətirib: "Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü "Sea Breeze" istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm". 

Prezident İlham Əliyevin Bakının sənaye keçmişinə və ekoloji transformasiyasına dair gətirdiyi misallar Azərbaycanın ekoloji böhran sahələrini yaşıl və müasir zonalara çevirmək sahəsindəki qlobal uğurunun təqdimatıdır. Keçmişdə ekoloji baxımdan ağır vəziyyətdə olan "Qara şəhər", Bibiheybət və Böyükşor kimi ərazilərin son iyirmi ildə köklü şəkildə yenidən qurulması ölkəmizin ekoloji dayanıqlılıq və insan mərkəzli şəhər mühiti yaratmaq iradəsini ortaya qoyur. Konkret nümunələr yerli səviyyədə icra olunan irimiqyaslı layihələrin effektivliyini göstərməklə yanaşı, Bakının sənaye şəhərindən müasir, təmiz və yaşana bilən bir meqapolisə çevrilməsi prosesinin beynəlxalq müstəvidə nümunəvi model kimi qəbul edilməsini hədəfləyir. Dövlətimizin başçısı Bakıda həyata keçirilən Ağ şəhər və "Sea Breeze" layihələrinə də toxunub və qonaqlara həmin yerlərə baş çəkməyi tövsiyə edib. 

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib. Prezident İlham Əliyevin Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən strateji coğrafi mövqeyini və bu xüsusiyyətin milli memarlıq üslubuna birbaşa təsirini vurğulaması ölkənin mədəniyyətlərarası körpü rolunun rəsmi şəkildə bəyan edilməsidir. Bu yanaşma Azərbaycanın qlobal dünyada özünəməxsus mədəni kimliyini qoruyaraq beynəlxalq memarlıq trendlərinə inteqrasiya etmək strategiyasının mühüm tərkib hissəsidir. 

Forumun möhtəşəm təşkilinə görə, dünya liderlərinin və beynəlxalq təşkilat rəhbərlərinin Azərbaycan Prezidentinə təşəkkür ifadə etmələri və ölkəmizin fəaliyyətini yüksək dəyərləndirmələri dövlətimizin başçısının qlobal miqyasda qəbul olunan şəxsi nüfuzunun və liderlik keyfiyyətlərinin bariz təzahürüdür. Bu yüksək qiymətləndirmə Azərbaycanın təkcə irimiqyaslı qlobal tədbirlərə mükəmməl evsahibliyi etmək bacarığını deyil, həm də bəşəri problemlərin həllində irəli sürdüyü innovativ inkişaf modellərinin dünya birliyi tərəfindən həlledici və nümunəvi mexanizm kimi qəbul olunduğunu rəsmən təsdiqləyir. Beynəlxalq elitanın yekdil rəyi Azərbaycanın qlobal idarəçilik və müasir urbanizasiya siyasətində etibarlı tərəfdaş, Prezident İlham Əliyevin isə dünyada strateji təşəbbüsləri reallığa çevirən uzaqgörən lider statusunu beynəlxalq müstəvidə daha da möhkəmləndirir. 

Beləliklə, WUF13 platforması çərçivəsində Bakıdan səslənən bəyanatlar, xüsusilə işğaldan azad edilmiş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində aparılan genişmiqyaslı quruculuq prosesi Azərbaycanın şəhərsalma fəlsəfəsinin reallığını əks etdirir. BMT tarixinə rekord iştirakçı sayı ilə düşən bu forum Azərbaycanın COP29-dan sonra qlobal çağırışların müzakirə olunduğu ən mühüm siyasi və intellektual mərkəz statusunu bir daha möhkəmləndirir. WUF13-ün Bakıda uğurla reallaşdırılması Azərbaycan dövlətinin bəşəri problemlərin həllində aparıcı aktor olduğunu nümayiş etdirməklə yanaşı, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bütün dünyaya növbəti dəfə göstərdi.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

03:29
16 İyul

"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

03:28
16 İyul

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:27
16 İyul

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

03:27
16 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:26
16 İyul

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

03:25
16 İyul

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

03:21
16 İyul

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Milli Məclisdə olub

18:55
15 İyul

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:16
15 İyul

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

17:58
15 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:43
15 İyul

Əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

17:31
15 İyul

Yarım ildə ölkədə 65,2 milyard manatlıq ÜDM istehsal edilib

17:13
15 İyul

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb

16:48
15 İyul

DSMF: Birinci yarımildə 1 milyondan çox şəxsə 1,1 milyard manatdan çox müavinət və təqaüd ödənilib

16:37
15 İyul

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiyanın Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi anlaşma memorandumu imzalayıb

16:34
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

16:17
15 İyul

Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

16:02
15 İyul

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

15:53
15 İyul

XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib

15:49
15 İyul

DSX Akademiyasının magistratura pilləsini 5 nəfər fərqlənmə diplomu ilə bitirib

15:41
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!