07 İyun 2026 18:59
586
İDMAN
A- A+
Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 


İyunun 7–də Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ikinci dəfə təşkil olunan Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Mərasimdə çıxış edən Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçiek Miçel Olbriç bu idman növünə göstərdiyi davamlı dəstəyə, mədəniyyətlərarası və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəyə, eləcə də çövkənin vətəni olan Azərbaycanın bu nüfuzlu çempionata ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyev təşəkkürünü bildirib. Qeyd olunub ki, ikinci dəfə təşkil olunan çempionat çövkənin dünyada getdikcə artan ruhunu və insanları qitələr, mədəniyyətlər və dillər boyunca birləşdirən möhkəm dostluq əlaqələrini əks etdirir.

"Çövkən sadəcə bir oyun deyil. O, yaşayan bir ənənədir. Bu ənənə xalqlar arasında əməkdaşlığa, qarşılıqlı anlaşmaya və mədəni mübadiləyə xidmət edib. Qarşıdakı günlərdə biz yüksəksəviyyəli atçılıq məharətinin, komanda işinin, qətiyyətin və idman ruhunun şahidi olacağıq. Əminəm ki, bu çempionat iştirakçılar və tamaşaçılar üçün unudulmaz anlarla yadda qalacaq", - deyə baş katib fikirlərinə yekun vurub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti general-leytenant Cavid Abdullayev çövkənin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, həmin mühüm qərarın çövkənin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün dəyərli mədəni irs nümunəsi olduğunu təsdiq etdiyini, onun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq səviyyədə mühüm imkanlar yaratdığını bildirib.

"İlk növbədə, milli-mədəni irsimizin qorunmasında, atçılıq idmanının və çövkən inkişafına göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm.

Azərbaycan çövkənin tarixi vətənidir. Çövkən əsrlər boyu xalqımızın həyat tərzinin, mədəniyyətinin və atçılıq ənənələrinin ayrılmaz hissəsi olub. Böyük qürurla qeyd etmək istərdim ki, çövkən artıq yalnız milli irs nümunəsi deyil, müxtəlif qitələri və xalqları birləşdirən beynəlxalq idman növünə çevrilməkdədir. Beynəlxalq Çövkən Federasiyasının son illərdə gördüyü işlər bu inkişafın ən parlaq göstəricilərindəndir. Müxtəlif qitələrdə təşkil olunan çempionatlar, beynəlxalq layihələr nəticəsində çövkənə maraq əhəmiyyətli dərəcədə artıb və həmin idman növünə yeni ölkələr də qoşulmaqdadır.

Bu gün burada Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Çili, Uruqvay, Küveyt, Niger və Nigeriya komandalarının iştirakı ilə keçirilən dünya çempionatı çövkənin beynəlxalq inkişaf tarixində mühüm mərhələdir. Fərqli ölkələrdən, müxtəlif mədəniyyət və ənənələrdən olan idmançıların eyni meydanda mübarizə aparması çövkənin beynəlxalq dostluq və unikal idman növü olduğunu bir daha təsdiqləyir.

Azərbaycan Atçılıq Federasiyası olaraq bu mötəbər yarışın keçirilməsini yüksək qiymətləndirir, bütün komandalara uğurlar arzulayırıq. İnanırıq ki, çempionat günləri ərzində biz gərgin mübarizənin və əsl idman ruhunun şahidi olacağıq. Əminik ki, dünya çempionatı xalqlar arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı hörmətin daha da möhkəmlənməsinə xidmət edəcək, çövkənin beynəlxalq inkişafına yeni töhfələr verəcək", - deyə C.Abdullayev qeyd edib.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Sonra bədii hissə və çempionatın iştirakçılarının paradı baş tutub.

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi yarış iyunun 13-dək davam edəcək.

Turnirdə Asiya, Avropa, Afrika və Cənubi Amerikanı təmsil edən ölkələrin milli komandaları iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!