10 Aprel 2026 09:25
6920
Oxucu məktubları
A- A+
Bakı funikulyoru - bir neçə dəqiqəlik yol, 65 illik tarix

Bakı funikulyoru - bir neçə dəqiqəlik yol, 65 illik tarix


Şəhərin səs-küyündən yüksəkliyin sakitliyinə


Bakını yuxarıdan izləmək istəyən hər kəsin yolu bir nöqtədə mütləq funikulyordan keçir. Şəhərin səs-küylü küçələrindən ayrılıb sakitlik və mənzərə ilə dolu yüksəkliyə qalxmaq cəmi bir neçə dəqiqə çəkir. Bu qısa yol əslində Bakının keçmişi ilə bu gününü birləşdirən maraqlı bir hekayədir. Aşağıdan yuxarı qalxdıqca insan təkcə məsafə deyil, sanki zaman da qət edir - dəniz sahilindən başlayıb Şəhidlər xiyabanı kimi müqəddəs bir məkana doğru yüksəlir.

Funikulyorun tikintisi XX əsrin ortalarında - sovet dövründə həyata keçirilmişdir. O dövr Bakının sürətlə böyüməsi və şəhər əhalisinin artması nəqliyyat baxımından yeni həllər tələb edirdi. Xüsusilə dağüstü əraziyə qalxmaq həm fiziki cəhətdən çətin, həm də vaxt aparan idi. Bu ehtiyacdan irəli gələrək layihə hazırlanmış və 1960-cı ildə funikulyor istifadəyə verilmişdir. Layihənin təşəbbüskarlarından biri paytaxtın inkişafında mühüm rol oynamış dövlət xadimi Əliş Ləmbəranski olmuşdur.

Funikulyor klassik kanat yolu prinsipi ilə işləyir. İlk baxışda sadə görünən bu sistem, əslində, indiki terminlə desək, olduqca ağıllı qurulub. İki vaqon bir-birinə bağlı şəkildə hərəkət edir - biri yuxarı qalxdıqca digəri aşağı enir. Bu həm enerjiyə qənaətdir, həm də sistemi təhlükəsiz edir. Təxminən 455 metr uzunluğa malik olan bu xətt üzrə hərəkət cəmi bir neçə dəqiqə çəkir. Qısa müddət ərzində sərnişinlər şəhərin aşağı hissəsindən yüksək nöqtəyə qalxaraq həm vaxt qazanır, həm də unikal mənzərə ilə qarşılaşırlar.

Funikulyorun əsas təyinatı yalnız nəqliyyatla məhdudlaşmır. O, eyni zamanda qonaqlar üçün Bakının cazibəsini artıran mühüm elementdir. Yuxarı qalxdıqca Xəzərin sahili, şəhərin mərkəzi küçələri və müasir memarlıq nümunələri panoram şəklində görünür. Bu səbəbdən funikulyor həm yerli sakinlər üçün nəqliyyat vasitəsi, həm də turistlər üçün şəhəri fərqli rakursdan kəşfetmə imkanı yaradır.

Funikulyoru xüsusi edən təkcə onun funksiyası deyil, həm də yaratdığı hissdir. Vaqon yavaş-yavaş yüksəldikcə qarşında Xəzər dənizi açılır, şəhərin küçələri kiçilir, binalar sanki maketə çevrilir. Bu, Bakını başqa bir gözlə görməkdir - daha sakit, daha geniş və daha təsirli.

Zaman keçdikcə funikulyor  şəhərlə birlikdə dəyişmişdir. Bəzən fəaliyyətini dayandırmış, bəzən də yenidən qurulmuşdur. Amma hər dəfə daha müasir şəkildə geri qayıtmışdır. Xüsusilə müstəqillik dövründə şəhərin inkişafına verilən önəm bu kimi layihələrdə də özünü göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə Bakının infrastrukturunun gücləndirilməsi, şəhərin simvolik məkanlarının qorunması və inkişafı prioritet istiqamətlərdən biri olmuşdur. 

Bu siyasət sonrakı illərdə də davam etmişdir. Daha müasir mərhələdə, Prezident İlham Əliyev tərəfindən aparılan yenidənqurma işləri nəticəsində funikulyor tamamilə modernləşdirilmiş, yeni vaqonlar və şüşə konstruksiyalı stansiyalar istifadəyə verilmişdir. 2012-ci ildə yenidən açılan funikulyor artıq həm texniki, həm də estetik baxımdan müasir şəhər standartlarına uyğunlaşdırılmışdır.

Bu gün Bakı funikulyoru şəhərin keçmişi ilə bu gününü birləşdirən, insanlara həm rahatlıq, həm də estetik zövq bəxş edən mühüm urban elementdir. Şəhərin ən yüksək nöqtələrindən birinə qalxaraq tarixi yaddaşla təmas qurmaq, Bakının gözəlliyini seyr etmək imkanı yaradan bu sistem paytaxtın ayrılmaz hissəsinə çevrilmişdir. Funikulyor Bakının ən sadə, amma ən təsirli təcrübələrindən biridir. O, sərnişinləri nə təkcə bir yerdən digər yerə aparır, nə də, sadəcə, əyləndirir. O, şəhəri hiss etməyin başqa bir yoludur. Aşağıdan yuxarı qalxan bu qısa səyahət insana göstərir ki, bəzən ovqatı dəyişmək üçün uzun yollar qət etmək lazım deyil, sadəcə, bir neçə dəqiqəlik yüksəlmək kifayətdir.


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

Geosiyasi gücün və uğurlu diplomatiyanın təzahürü

18:41
01 Sentyabr

Bakı-Bişkek: ortaq maraqlar Orta dəhlizdə kəsişir   

18:37
01 Sentyabr

SOCAR ilə Çinin CNOOC şirkəti Anlaşma Memorandumu imzalayıb

17:40
01 Sentyabr

Çinin Baş prokuroru “ASAN xidmət”də

17:35
01 Sentyabr

Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb

17:33
01 Sentyabr

Rusiyalı mütəxəssislər Yeni Klinikada təcrübə mübadiləsi aparıblar

17:30
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!