26 Aprel 2026 08:48
192
CƏMİYYƏT
A- A+
Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Nyu-York meri Zohran Kvame Mamdaninin X platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlərlə bağlı bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev məlumat verib.

Bəyanatda Z.Mamdaninin açıqlamasının təkcə siyasi qərəz nümunəsi deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə təhrif edilməsi olduğu vurğulanaraq, dövlətlərin suveren bərabərliyinin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamaq və işğal nəticəsində yaradılmış qanunsuz vəziyyətlərin tanınmaması prinsiplərinin müasir beynəlxalq hüquq sisteminin əsas sütunları olduğu vurğulanıb. Bildirilib ki, bu hüquqi reallıq fonunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini və konstitusiya quruluşunu bərpa etməsini “hücum”, “qovulma” və ya “soyqırımı kampaniyası” kimi təqdim etmək hüquqi savadsızlıq, siyasi manipulyasiya və beynəlxalq hüquq terminologiyasından sui-istifadədir. Azərbaycan dövləti 2020-ci ildə və 2023-cü ildə başqa bir dövlətin ərazisində deyil, məhz öz suveren ərazisində hərəkət etmişdir. Həmçinin Azərbaycan dövlətinin bu addımlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə də uyğun olduğu qeyd edilib.

Bəyanatda, həmçinin vurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməniəsilli əhaliyə reinteqrasiya və bərabər hüquqlar təklif edilib, mülki şəxslərə qarşı etnik əsaslı hər hansı zorakılıq faktı qeydə alınmayıb. Bununla yanaşı, Xocalı faciəsi, Ermənistanın işğalı nəticəsində azərbaycanlıların məcburi köçkün düşməsi və bölgədə törədilmiş dağıntılar xatırladılaraq, bu faktlara selektiv yanaşmanın yolverilməz olduğu qeyd edilib. Z.Mamdaninin açıqlamasının regionda sülh prosesinə mənfi təsir göstərdiyini, revanşist meylləri gücləndirdiyini bildirilib və onun geri götürülməsini tələb edilib.

“Zohran Kvame Mamdaninin açıqlaması beynəlxalq hüquqa zidd məzmun daşıyan, siyasi baxımdan təhlükəli, diplomatik baxımdan məsuliyyətsiz və mənəvi baxımdan ədalətsiz bir bəyanatdır. Biz bu bəyanatın dərhal geri götürülməsini, Azərbaycan xalqına qarşı səsləndirilmiş əsassız ittihamlara görə üzr istənilməsini və gələcəkdə bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan mövqe sərgilənməsini tələb edirik. Cənubi Qafqazda davamlı sülh yalnız dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi və xalqlar arasında barışıq prinsipləri əsasında mümkündür. Bu prinsipləri təhrif edən hər bir bəyanat sülhə deyil, qarşıdurmaya xidmət edir”, - deyə Avropa Azərbaycan Mərkəzinin bəyanatında bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub YENİLƏNİB 

08:54
26 Aprel

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

08:52
26 Aprel

Sevastopola dron hücumu: ölən və yaralananlar var

08:49
26 Aprel

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

08:48
26 Aprel

İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

08:46
26 Aprel

Türkiyə Prezidenti Çanaqqala qəhrəmanlarını yad edib

23:03
25 Aprel

Daha bir güləşçimiz Avropa çempionu olub

22:53
25 Aprel

Netanyahu “Hizbullah” hədəflərinə kütləvi zərbələr endirməyi əmr edib

22:45
25 Aprel

Premyer Liqa: “Qəbələ” evdə “Araz-Naxçıvan”la heç-heçə edib

21:02
25 Aprel

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidirlər

20:51
25 Aprel

Gürcüstan DTX məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib

20:37
25 Aprel

Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə 5 elektrik avtobusu hədiyyə olunub

20:25
25 Aprel

Rusiyalı senator: ABŞ və Ukrayna ilə danışıqlar Azərbaycanda keçirilə bilər

19:28
25 Aprel

İDMAN Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib

18:27
25 Aprel

Azərbaycanın bir qrup QHT nümayəndəsi Nyu-York merinə Açıq Məktub yazıb

17:30
25 Aprel

Yaxın Şərqdəki müharibənin Fransanın dövlət maliyyəsinə təsiri açıqlanıb

17:29
25 Aprel

WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq

17:23
25 Aprel

“Neftçi” və “Qarabağ”dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın!

16:32
25 Aprel

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

15:44
25 Aprel

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:42
25 Aprel

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

15:24
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!