23 Aprel 2026 08:00
231
SİYASƏT
A- A+
Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 

Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 


Azərbaycan-Latviya əməkdaşlığı qarşılıqlı etimada və strateji maraqlara söykənir


Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlər qarşılıqlı strateji maraqlar üzərində qurulmuş tərəfdaşlıq modelidir. Müstəqilliyin bərpasından ötən dövr ərzində formalaşmış diplomatik münasibətlər hər iki ölkəni Avrasiya məkanının mühüm nəqliyyat-logistika və enerji qovşaqlarının əsas iştirakçılarına çevirib. Bakı və Riqanın iqtisadi potensialının və tranzit imkanlarının sintezi Xəzər və Baltik regionları arasında həlledici əməkdaşlıq platformasının yaranmasını şərtləndirib. 

Hazırda Azərbaycan və Latviya arasında siyasi dialoq yüksək səviyyədə irəliləyir. Latviya Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də Azərbaycana rəsmi səfəri çoxşaxəli münasibətlərimizin inkişafında yeni dövrün əsasının qoyulması kimi dəyərləndirilir. Səfər çərçivəsində Latviyanın dövlət başçısı ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək və geniştərkibli görüşlər keçirilib. Dövlətimizin başçısı iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyib: "Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik".

Edqars Rinkeviçs də vurğulayıb ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. İki ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb. 

Görüşlərdən sonra liderlər mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev Latviyanın dövlət başçısının Azərbaycana rəsmi səfərinin ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacağını deyib: "Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq". Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb. 

Ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edən Latviya Prezidenti Edqars Rinkeviçs görüşlərdə regional proseslərin ətraflı müzakirə edildiyini söyləyib: "Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir". 

Azərbaycan və Latviya arasında 30 ildən çox davam edən əlaqələr qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanır. Bu mənada Latviya Prezidentinin Bakıya səfəri iki ölkə arasında iqtisadi, texnoloji və humanitar sahələrdə yeni prioritetlərin müəyyənləşməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Latviyanın Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək rəsmi Riqanın regionumuzda sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirir. 

İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Hələ sovet dönəmində müttəfiq respublikalar qismində tərəflər arasında kənd təsərrüfatı əlaqələrinin bünövrəsi qoyulub. Dövlət müstəqilliyinin bərpasından sonra qurulan diplomatik təmaslar əməkdaşlığı keyfiyyətcə yeni müstəviyə daşıyıb. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlərin təməli 1994-cü ildə qoyulub. 

Ümummilli Lider Heydər Əliyevin Latviya ilə münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində müstəsna xidmətləri olub. Ulu Öndərin 1997-ci ildə NATO-nun Madrid sammiti çərçivəsində Latviyanın dövlət başçısı ilə keçirdiyi görüş gələcək inkişafın fundamental əsaslarını qoyub. Sonrakı dövrlərdə Riqadan yüksək rəsmilərin Bakıya səfərləri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırıb. 2000-ci illərdən etibarən yeni dinamika qazanan Azərbaycan-Latviya əlaqələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində yüksək səviyyəyə qalxıb. Dövlətimizin başçısının 2017-ci ildə Latviyaya rəsmi səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirib. 

Latviya beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünü hər zaman qətiyyətlə dəstəkləyib. Hazırda Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesində bu ölkə konstruktiv səylərini davam etdirir. Riqanın Bakıya yönəlik kursu daim sabit qalıb və əlaqələrin səmimiyyəti ilbəil artıb. 

Bu günədək Azərbaycan və Latviya arasında 50-yə yaxın sənəd imzalanıb. Hazırda 47 Latviya şirkəti Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir. İqtisadçıların qənaətincə, mövcud əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Xüsusən, ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin formalaşması latviyalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə sövq edir. 

Latviya meşə təsərrüfatı və aqrar emal sahəsindəki qabaqcıl texnologiyalarını Azərbaycana transfer etməkdə maraqlıdır. Eyni zamanda Azərbaycanın rəqəmsal transformasiya hədəfləri çərçivəsində Latviyanın "ağıllı şəhər" və elektron hökumət təcrübəsindən geniş istifadə olunur. Azərbaycan-Latviya əlaqələri iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də regional təhlükəsizlik və rəqəmsal gələcək üçün qurulmuş uzunmüddətli tərəfdaşlıq xarakteri daşıyır. 

Bakıda keçirilən ali səviyyəli görüşlər və əldə olunmuş razılaşmalar ikitərəfli gündəliyin şaxələndirilməsi üçün yeni imkanlar yaradır. Trans-Xəzər marşrutundan rəqəmsal texnologiyalara qədər geniş spektri əhatə edən ikitərəfli əməkdaşlıq regionlararası inteqrasiyanın nümunəvi modelini formalaşdırır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Reuters”: ABŞ hərbçiləri üç İran tankerini ələ keçirib

09:27
23 Aprel

Təbiətin "ağciyər"i, Bakının "yaşıl çətir"i 

08:45
23 Aprel

Azərbaycanda ən böyük bərpaolunan enerji stansiyasının investoru - "ACWA Power"

08:40
23 Aprel

Minatəmizləyənlərin ailə üzvlərinə dövlət qayğısı gücləndirilir

08:35
23 Aprel

Reallıq, yoxsa revanşizm 

08:30
23 Aprel

Vətənin bütövlük günü

08:25
23 Aprel

Bakı-Brüssel xəttində yeni dönəmin anonsu verildi

08:20
23 Aprel

Qərəzli qətnamələr sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

08:15
23 Aprel

Silahsız müharibə

08:10
23 Aprel

İqtisadi əlaqələr məsafə tanımır

08:05
23 Aprel

Bakı və Riqa tərəfdaşlığı yeni mərhələyə yüksəlir 

08:00
23 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Baş Ofisinə struktur idarələrinə tələb olunan yuyucu vasitələrin satın alınması məqsədilə açıq tender elan edir

02:14
23 Aprel

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə

02:13
23 Aprel

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb  

23:58
22 Aprel

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

22:47
22 Aprel

TDT Ağsaqqallar Şurasının sədri Azərbaycanın Qarsdakı baş konsulluğunda olub

22:45
22 Aprel

"Sabah" Azərbaycan Kubokunda finala yüksəlib

22:08
22 Aprel

ABŞ Prezidenti İrana təşəkkür edib

21:59
22 Aprel

Prezident İlham Əliyevin sosial media hesabında Prezident Edqars Rinkeviçslə görüşü ilə bağlı paylaşım edilib

21:49
22 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər  

21:42
22 Aprel

Prezident Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır

21:27
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!