24 Aprel 2026 08:20
163
İQTİSADİYYAT
A- A+
Latviya Prezidentindən yüksək qiymət

Latviya Prezidentindən yüksək qiymət


"Azərbaycanın energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük"


Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən bütün tədbirlərdə əməkdaşlığın bir sıra digər istiqamətləri ilə yanaşı, enerji sahəsi də diqqət mərkəzində olub. Məlumdur ki, Azərbaycan-Latviya iqtisadi əməkdaşlığı getdikcə genişlənməkdədir. Latviya Avropa İttifaqının üzvü olaraq Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığında mühüm tərəfdaşlardan biri kimi çıxış edir.

Azərbaycan  Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan ölkələrdəndir. Qoca qitənin xüsusilə  qaza ehtiyacı var və bu baxımdan ölkəmiz  etibarlı mavi yanacaq təchizatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan Pan-Avropa qaz təchizatçısı  imicini qazanıb.

Azərbaycan-Avropa enerji əməkdaşlığı xüsusilə 2022-ci ildə  imzalanan Strateji Tərəfdaşlıq Memorandumu ilə zirvəyə çatdı. Belə ki, həmin  il iyulun 18-də  Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Bu memoranduma əsasən, Azərbaycanın Avropaya qaz tədarükünün 2027-ci ilə qədər ən azı 20 milyard kubmetrə çatdırılması hədəfləndi. Bununla Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mövqeyi daha da gücləndi.

Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Qaz idxal edən ölkələrin ümumi sayı isə 16-ya çatıb. Bu göstəriciyə görə, Azərbaycan dünyada boru kəməri ilə qazı təchiz edən birnömrəli ölkədir. Qaz alan ölkələr bunlardır: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya. Bu, əlbəttə, son hədd deyil.

Avropa İttifaqi ilə enerji əməkdaşlığının digər bir istiqaməti isə bərpaolunan enerji ilə bağlıdır. Aİ ilə 2022-ci ildə imzalanmış  memoranduma əsasən, əməkdaşlıq yalnız qazla məhdudlaşmayıb, həmçinin bərpaolunan enerji layihələrini də strateji gündəmə daxil edib.

Yaxın illərdə gerçəkliyə çevriləcək "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi hazırda dünyanın diqqət mərkəzindədir. Belə ki,  2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu sazişə əsasən yaradılan, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən "yaşıl enerji dəhlizi" sözügedən dörd ölkənin təmiz və təhlükəsiz enerjinin ötürülməsi üzrə ortaq strateji baxışına əsaslanır. Ümumi uzunluğu 3 min kilometr olan dəhliz vasitəsilə "yaşıl enerji" Qara dənizin dibi ilə Avropaya ötürüləcək. Bu kabel vasitəsilə ildə təxminən 4 giqavat gücündə "yaşıl enerji"nin Avropaya nəqli planlaşdırılır.

Təsadüfi deyil ki, Latviya Prezidenti Edqars Rinkeviçs bu il aprelin 22-də Bakıda mətbuata verdiyi bəyanatda ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi. Bu yanaşma xüsusilə son illərdə Avropanın enerji siyasətində baş verən dəyişikliklər fonunda xüsusi aktuallıq kəsb edir.

Bütün bu məsələlər Prezident İlham Əliyevin həmin tarixdə keçirilən Azərbaycan-Latviya Biznes-Forumundakı çıxışında da öz əksini tapdı. Dövlətimizin başçısı qeyd etdi ki, indi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik. Hərçənd bunu etmək çətin olacaq. Çünki ölkəmizdə təbii qaz hasilatı artır. Hasil etdiyimiz qazın böyük hissəsi ixrac olunur. Beləliklə, qeyri-neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda, ilk növbədə Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır.

Gələcək planlara da toxunaraq Prezidentimiz dedi: "Biz Azərbaycanda və həmçinin xaricdə, əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edirik. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır. Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür. Biz neft satışı ilə başladıq, indi təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik və "yaşıl enerji" ixrac etməyi planlaşdırırıq. Portfelimizdə olan sərmayə sahələrindən biri də nəhəng Günəş və külək potensialına malik bərpaolunan enerji mənbələridir. Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, - hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır".

Hədəf 2032-ci ilə qədər 8 giqavatlıq günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qaz böyük həcmdə "yaşıl enerji" ilə əvəz ediləcək. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək.

Avropa İttifaqına üzv olan ölkələr üçün Azərbaycan qazı və nefti onların enerji istehlakı portfelinin ən böyük hissəsini təşkil edir. Son bir neçə ildə Azərbaycan qazına ehtiyac artmışdır, son bir neçə ayda isə daha da artdı. Odur ki, qarşıda istehsalı və mütləq şəkildə ixracı artırmaq məsələsi dayanır.

"Cənub qaz dəhlizi" vasitəsilə Avropaya nəql olunan təbii qazın həcminin artması fonunda Latviya ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoya bilər. Eyni zamanda "yaşıl enerji" sahəsində əməkdaşlıq perspektivləri də diqqət çəkir. Azərbaycanın bərpaolunan enerji potensialı, xüsusilə günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr Avropa üçün yeni tərəfdaşlıq imkanları yaradır.


Flora  SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır

08:40
24 Aprel

Zorakılığın xronikası və dünyanın göz yumduğu həqiqət

08:35
24 Aprel

WUF13 zamanı dərslər axsamayacaq

08:33
24 Aprel

Azərbaycan-Latviya əməkdaşlığı: aqrar sahə önə çıxır

08:30
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!