24 Aprel 2026 08:30
176
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Latviya əməkdaşlığı: aqrar sahə önə çıxır

Azərbaycan-Latviya əməkdaşlığı: aqrar sahə önə çıxır


Aqrar sektor Azərbaycanın və Latviyanın iqtisadiyyatında strateji əhəmiyyət daşıyan sahələrdəndir. Azərbaycan zəngin təbii resurslara və məhsuldar torpaqlara malikdir, Latviya isə yüksəktexnologiyalı aqrar sistemləri və təcrübəli fermer infrastrukturu ilə fərqlənir. Ölkələrimiz arasında aqrar sahə üzrə əməkdaşlıq ticarət əlaqələrinin genişləndirilməsi, texnologiya və bilik mübadiləsi, həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da mühüm rol oynayır. 

Hər iki ölkənin aqrar sektoruna daha ətraflı nəzər salsaq görərik ki, Azərbaycan üçün əsas məhsullar arasında taxıl, pambıq, tərəvəz, meyvə, eləcə də bostan məhsulları yer alır. Əhəmiyyətli kənd təsərrüfatı regionları Şəki-Zaqatala, Lənkəran və Gəncə-Qazax bölgələridir. Latviya isə əsasən süd və ət məhsulları, kartof, arpa, buğda istehsal edir və onların böyük hissəsini Avropa bazarına çıxarır.

Texnologiya və bilik mübadiləsi sahəsində Latviya fermerləri Azərbaycanda müasir torpaq işləmə texnologiyaları və soyuq hava anbarlarını tətbiq etməklə təcrübə qazanırlar. Bununla yanaşı, Avropa İttifaqı və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən layihələr də tərəflər arasında əməkdaşlığı gücləndirir. Göründüyü kimi,  həm Azərbaycan, həm də Latviya üçün aqrar sahə  iqtisadiyyatda strateji əhəmiyyət daşıyır və əhalinin məşğulluğunda mühüm rol oynayır.

Latviya Prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda tərəflər hər iki ölkənin kənd təsərrüfatı sahəsindəki imkanlarını və qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Forum zamanı tərəflər xüsusilə texnologiyaların tətbiqi, modern kənd təsərrüfatı avadanlıqları və iqlim şəraitinə uyğun bitkiçilik və heyvandarlıq metodlarının paylaşılması kimi sahələrdə təcrübə mübadiləsinin önəmini vurğuladılar. Eyni zamanda qarşılıqlı investisiya imkanları və kənd təsərrüfatı məhsullarının ixrac potensialı da gündəmə gətirildi. 

Bütün bu müzakirələr və əməkdaşlıq perspektivləri fonunda Azərbaycanın kənd təsərrüfatı naziri  Məcnun Məmmədov çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi uğurları, həyata keçirilən islahatları və yeni layihələri iştirakçılara təqdim etdi. Nazir Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının aprelin 15-də Şuşada keçirildiyini xatırladaraq qeyd etdi ki, həmin tədbir çərçivəsində ticarət, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil və digər sahələrdə gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyənləşdirilib. M.Məmmədov hər iki ölkədə əlverişli biznes mühiti və investisiya imkanlarının genişləndirilməsi, yeni biznes tərəfdaşlığının qurulması baxımından tədbirin böyük əhəmiyyət daşıdığını dedi. Daha sonra o, aqrar sektorda mütəmadi biznes-forumların təşkilinin, rəqabətədavamlı ixrac məhsulları barədə məlumat mübadiləsinin gücləndirilməsinin və beynəlxalq sərgilərdə fəal iştirakın iki ölkənin sahibkarları arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayacağını bildirdi. Məcnun Məmmədovun sözlərinə görə, aqrar texnologiyalar, ərzaq təhlükəsizliyi və məhsul ixracı sahələrində təcrübə mübadiləsi hər iki tərəf üçün qarşılıqlı fayda gətirəcək. 

Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze isə çıxışında tərəflər arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı. O, biznes-forumların işgüzar dairələr arasında əlaqələrin qurulması üçün mühüm platforma olduğunu, belə tədbirlərin yeni investisiya imkanlarının yaradılmasına şərait yaratdığını və ticarət dövriyyəsinin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırdı. 

Təbii ki, forum, sadəcə, işgüzar dairələrin görüş yeri deyildi. Bu tədbir hər iki ölkəyə innovativ texnologiyaların paylaşılması, investisiya imkanlarının genişləndirilməsi və ixrac potensialının artırılması kimi konkret faydalar gətirdi. Tərəflər kənd təsərrüfatı sahəsində texnologiyaların tətbiqi, modern avadanlıqlar və iqlim şəraitinə uyğun bitkiçilik və heyvandarlıq metodları üzrə təcrübə mübadiləsinin vacibliyini müzakirə etdilər. Qarşılıqlı investisiya imkanları və kənd təsərrüfatı məhsullarının ixrac potensialı da diqqətdən kənarda qalmadı. Forumun yekununda tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə edərək kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün niyyətlərini təsdiqlədilər. 

Bu cür tədbirlər ölkələr üçün yalnız ticarət və investisiya baxımından deyil, həm də elmi-texniki və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu təşəbbüslər və forumlarda əldə olunan razılaşmalar əməkdaşlığın yeni sahələrə doğru genişlənməsinə zəmin yaradır. Gələcəkdə Azərbaycan-Latviya əməkdaşlığı daha geniş sahələrdə inkişaf edə bilər. Orqanik kənd təsərrüfatı, biotexnologiya və aqroturizm kimi sahələr həm iqtisadi fayda, həm də yerli əhaliyə əlavə gəlir gətirər. İxrac bazarlarının genişləndirilməsi, xüsusən Baltik regionu və Avropa bazarları üçün yeni imkanlar açır. 

Azərbaycan və Latviya arasında aqrar əməkdaşlıq  xeyli dərəcədə faydalıdır və onun gələcəkdə daha da genişlənməsi üçün maneə yoxdur. Bu baxımdan texnologiya mübadiləsi, birgə layihələr və ixrac imkanlarının artırılması əməkdaşlığın səmərəliliyini yüksəldir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!