24 Aprel 2026 08:25
153
İQTİSADİYYAT
A- A+
Siyasi birlik, iqtisadi inteqrasiya

Siyasi birlik, iqtisadi inteqrasiya


Ötən il türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,12 trilyon dollara çatıb


Son dövrlər dünyada baş verən ciddi hərbi-siyasi qarşıdurmalar göstərdi ki, qlobal idarəetmədəki mövcud təhlükəsizlik mexanizmləri artıq işləmir - dünyada beynəlxalq hüquqa əməl olunmur, hamılıqla qəbul edilən təhlükəsizlik qaydaları işə yaramır, güclü dövlətlər zəiflərə hərbi təcavüz edir, onun qarşısının alınması üçün yaradılan beynəlxalq qurumların təsir səviyyəsi sıfra bərabərdir.

Üstəlik, yeni dünya düzəninin qurulması adı ilə başlanan bu proses mövcud siyasi, iqtisadi və hərbi sahələrdəki beynəlxalq qanunlarla tənzimlənmir. Belə ki, köhnəsi işləmir, yenisi isə yaradılmayıb və bu səbəbdən dünyada siyasi, iqtisadi və hərbi xaos hökm sürür. Vəziyyətin belə olması isə hər bir dövləti özünü gözlənilən təhlükədən qorumaq üçün çıxış yolu axtarmağa vadar edir. Bu zaman yeni ittifaqların yaradılması köməyə gəlir. 

Türk dünyası ötən əsrlərdə tarix səhnəsində güclü imperiyalar yaradıb.  İndi o,  yenidən daha güclü şəkildə tarix səhnəsinə qayıtmaq üçün ittifaq yaradır. Türk Dövlətləri Təşkilatı (TDT) əvvəlcə dil və mədəni köklərə söykənən bir etnosun birliyi kimi ilk addımlarını atdı. Yeni dünya düzəninin formalaşması prosesinin yaratdığı siyasi qarşıdurmalar isə qardaş xalqların daha ciddi inteqrasiyasına ehtiyac yaratdı. 

Hazırda TDT özünün formalaşma dövründədir - daha dərin siyasi, iqtisadi və maliyyə transformasiyasını dərinləşdirmək üçün strukturlarını təkmilləşdirir. Məqsəd dünya siyasi səhnəsinə güclü təşkilat kimi çıxmaqla qlobal proseslərə təsir imkanlarını artırmaqdır. Bu sahədə ölkəmiz daha aktiv fəaliyyət göstərir. Çünki biz qardaş Türkiyə ilə əvvəllər daha sıx siyasi, iqtisadi və hərbi əlaqələr qurmağa nail olmuşuq. İkincisi isə, biz bir-birindən uzun illər ayrı düşən Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında birləşdirici aktor kimi iştirak edirik. Bu prosesdə Prezident İlham Əliyevin apardığı siyasət əsas rol oynayır. Türk dünyasının bir araya gəlməsi üçün ən mühüm tədbirlərin ölkəmizdə keçirilməsi bunun göstəricisidir. İlk dəfə məhz Prezident İlham Əliyev bəyan etdi ki, bizim yerimiz türk dünyasındadır. 

Onu da vurğulayaq ki, TDT-nin yaradılma müddəti uzun olmasa da, iqtisadi sahədə qazandığı uğurlar yüksək səviyyəyə gəlib çatıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin ilkin statistika əsasında hazırladığı icmalda 2025-ci il üzrə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

İcmalda qeyd edilir ki, 2025-ci ildə türk dövlətləri ümumilikdə 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2 faizlik paya sahib olub. Əhalisi isə 178,8 milyon nəfərlə qlobal əhalinin 2,8 faizini təşkil edib. Bu göstəricilər türk dövlətlərinin beynəlxalq müstəvidə həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.

Hesabat dövründə ilkin göstəricilərə əsasən, 3,2 faizlik qlobal artım tempi ilə müqayisədə türk dövlətləri 5,2 faiz ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan, Özbəkistan və Qazaxıstan müvafiq olaraq 11,1, 7,7, 6,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafın təmin edilməsinə nail olub. Türkmənistanda iqtisadi artım 6,3, ŞKTR-də 4,5 faizə çatıb. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 3,6 faiz iqtisadi böyüməyə nail olub. Azərbaycanda ÜDM-in artım tempi 1,4, Macarıstanda 0,4 faiz təşkil edib.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,12 trilyon dollar təşkil edib ki, bu da 34 trilyon dollar həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,6 faizinə bərabərdir. Ötən il Türkiyə 638,731 milyard dollarla ən yüksək ticarət dövriyyəsinə malik olub. Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 143,888 milyard və 81,160 milyard dollar həcmində ticarət həyata keçirib.

İlkin rəqəmlərə əsasən, Qazaxıstan və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir və gələcəkdə o, birlik ölkələrinin ərzaq təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir. Kənd təsərrüfatı sektorunda Türkmənistan 7 faizlə ən güclü artım nümayiş etdirib. Bu sahədə Qazaxıstan 5,9, Özbəkistan, Macarıstan, ŞKTR hər biri 4,4 faiz artım əldə edib.

Sənaye sektorunda Qırğızıstan və Qazaxıstan müvafiq olaraq 10,6 və 7,4 faiz artımla liderlik edib. Özbəkistan və Türkmənistanda isə sənaye sektoru 6,8 faiz inkişaf edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Türkiyədə sənaye sektoru 4,5 faiz artıb.

İnvestisiyalar, xüsusən sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün vacibdir. Ötən il Qırğızıstan və Türkiyə sabit kapital investisiyalarında müvafiq olaraq 18,4 və 15,1 faiz artım nümayiş etdiriblər. Qazaxıstan və Özbəkistan da müvafiq olaraq, 13 və 10,5 faiz sabit kapital investisiyalarında sağlam artım göstəriblər və bununla işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 44,9, Türkiyədə 41, Özbəkistanda 25,5, ŞKTR-də 11,06, Qazaxıstanda 11, Macarıstanda 11 faiz artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Azərbaycanın bank sektoru isə daha mülayim (7,7 faiz) artım nümayiş etdirib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. ŞKTR-nin dövlət büdcəsi gəlirlərində 51,8, dövlət büdcəsi xərclərində isə 52,4 faiz olmaqla ən yüksək artım qeydə alınıb. Qırğızıstan da dövlət büdcəsi gəlirlərində 44, dövlət büdcəsi xərclərində 41 faiz olmaqla yüksək artıma nail olub. Azərbaycan, Türkiyə və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi göstəriblər.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

Ermənistan mədəni irsimizin məhvinə görə cavabdehlik daşıyır

08:40
24 Aprel

Zorakılığın xronikası və dünyanın göz yumduğu həqiqət

08:35
24 Aprel

WUF13 zamanı dərslər axsamayacaq

08:33
24 Aprel

Azərbaycan-Latviya əməkdaşlığı: aqrar sahə önə çıxır

08:30
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!