24 Aprel 2026 08:35
185
SİYASƏT
A- A+
Zorakılığın xronikası və dünyanın göz yumduğu həqiqət

Zorakılığın xronikası və dünyanın göz yumduğu həqiqət


Alman alimi Rüdiqer Kipke Azərbaycan xalqına qarşı törədilən cinayət aktlarını kitabında sənədlərlə göstərib


Almaniyanın Ziqen Universitetində çalışan politoloq alim, professor Rüdiqer Kipkenin "Azərbaycan xalqına qarşı misilsiz etnik zorakılıq. Dünya yan baxmaqdadır" adlı ingilis və alman dillərində kitabı 2020-ci ilin iyununda Berlində nəşr edilmişdir. Professor Kipke Şərqi Avropa və Qafqaz xalqlarının tarixi üzrə mütəxəssisdir. O, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına dair uzun illərdir rusdilli mənbələri də araşdırmaqla tədqiqatlar aparır və bununla bağlı iki kitab nəşr etdirmişdir. 

Geniş auditoriya üçün nəzərdə tutulan bu nəşrdə müəllif Ermənistanla Azərbaycan arasındakı mövcud gərginliyin tarixi səbəblərinə ekskurs etmiş, XIX və XX əsrlərdə ermənilərin Qarabağ bölgəsinə və Azərbaycanın digər ərazilərinə kütləvi köçünü, 1905-1906-cı və 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan əhalisinə qarşı törədilən cinayətləri, xüsusilə Bakı, Quba, Şamaxı, Zəngəzur, İrəvan və Qarabağ ərazilərində müsəlmanların məruz qaldıqları kütləvi dəhşətli qırğınları və etnik təmizləməni təhlil etmiş və bu hadisələrin məğzində ermənilərin azərbaycanlılara qarşı ərazi iddialarının dayandığını sübut etmişdir.

Professor Kipke yazır ki, Qərbdə bu hadisələri yalnız erməni nöqteyi-nəzərindən təsvir edən çoxsaylı kitab mövcuddur, bu nəşr isə Azərbaycan xalqının yaşadığı məşəqqətlərin araşdırılmasına həsr edilmişdir.

Müəllif araşdırmışdır ki, erməni Şaumyanın ümumi rəhbərliyi altında regionlarda digər erməni komandirlərin, Zəngəzurda Andranikin, Şamaxıda Lalayevin, Qubada Srvandzyanın komandanlığı altında erməni silhalı dəstələrdən, o cümlədən daşnaklardan və bolşeviklərdən ibarət hərbi birləşmələr yerli müsəlman əhaliyə qarşı misilsiz qırğın və qətllər törətməklə etnik təmizləmə həyata keçirmişlər. Müəllif yazır ki, XX əsrin əvvəllərində azərbaycanlıların məruz qaldığı etnik zorakılığa 1998-ci ildə ovaxtkı Prezident Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilərək 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Professor Kipke 1828-ci il Türkmənçay müqaviləsindən sonra Qacarlar imperiyası və Osmanlı imperiyası ərazilərindən ermənilərin Qarabağ və Azərbaycanın digər ərazilərinə ilk kütləvi köç axınını, İrəvan və Naxçıvan xanlıqları ərazisində 1828-ci ildə çar Rusiyasının erməni vilayətini yaratmasını, 1877-1878-ci ildə ermənilərin Azərbaycan ərazilərinə köçünün ikinci dalğasının başlanmasını, ermənilərin müsəlmanların münbit torpaqlarında yerləşdirilməsi ilə yerli əhalinin sıxışdırılmasını və bununla gələcək etnik-siyasi problemlərin əsasının qoyulduğunu təhlil etmişdir. 

Professor Kipke kütləvi köçürmələr nəticəsində Qarabağ xanlığı ərazisində demoqrafik vəziyyətin ermənilərin xeyrinə dəyişməsinə dair statistikanı təqdim edərək bu cür demoqrafik inkişafın etnik-siyasi problemlərin yaranması üçün zəmin olduğunu və sonrakı illərdə regionun "simasını" köklü dəyişdiyini əsaslandırmışdır: Belə ki, əgər 1823-cü ildə ermənilər 9 faiz, azərbaycanlılar 91 faiz idisə, artıq 1871-ci ildə erməni əhalinin nisbəti 24 faizə və 1897-ci ildə 39,5 faizə qalxmış, azərbaycanlılar isə müvafiq olaraq 1871-ci ildə 73 faizə, 1897-ci ildə 59,5 faizə enmişdi. Təxminən bir əsr sonra 1919-cu ildə ermənilər artıq əhalinin 71,5 faizini, azərbaycanlılar isə 25,5 faizini təşkil edirdilər. 

Bu və digər ziddiyyətlərin inkişafı nəticəsində ermənilər və müsəlmanlar arasında 1905-ci ildə Bakıda başlanan etnik münaqişə yerli və mərkəzi Çar hökumətinin ilkin vaxtlar göstərdiyi hərəkətsizlik nəticəsində 1906-cı ildə bütün Azərbaycan ərazisinə yayıldı, soyğunçuluq, qətllər və dağıntılar iki xalq arasında bu günə qədər davam edən etibarsızlıq və düşmənçiliyin başlanğıcını qoydu. 

Qan çanağı Bakı 1918. Professor Kipke Bakıda törədilən zorakılığın dəqiq təsvirini "Azərbaycan" qəzetinin 1918-ci il sayından sitatla belə vermişdi: "Bolşeviklər bu günlər Azərbaycanlılara qarşı bir millət olaraq savaş açmışdılar, adi terror insanların başının üstünü almışdı…" Bakıda "Fantaziya" hamamında müsəlmanlar diri-diri qaynar suya atılmış, məşhur "Malinovski" teatrı yüzlərlə müsəlmanın qapıdılaraq işğəncələrə məruz qaldığı həbsxanaya çevrilmiş, evlərə ağ bayraq taxılması da onları dağıntıdan xilas etməmişdir, küçələr alov dənizinə qərq edilmiş, islam dini tələb etsə də, küçələrdə həyat təhlükəli olduğundan günlərlə dəfn edilməmiş meyitlərin intensiv qoxusu şəhəri bürümüşdü. Çoxsaylı Quran nüsxəsi yandırılmış, ibadətxanalar yerlə yeksan edilmişdir. 1918-ci il hadisələri zamanı Bakıda 30000 azərbaycanlı öldürülmüş, minlərlə insan isə yaralanmışdır". 

İrəvanda azərbaycanlıların taleyi. Professor Kipke çar Rusiyasının ərazi statistikasına istinadən yazır ki, XIX əsrin ortalarında İrəvan xanlığı ərazisinin əhalisi 70 faizdən artıq azərbaycanlılardan ibarət idi, əsrin sonunda azərbaycanlılar İrəvan Quberniyasında 7 qəzanın (uyezd) 4-də əhalinin mütləq əksəriyyətini təşkil edirdi. 1917-ci ilin payızından 1918-ci ilin martınadək olan dövrdə İrəvan xanlığı ərazisində 200 müsəlman kəndi darmadağın edilmiş, 100000 müsəlman qətlə yetirilmiş, acından və xəstəlikdən ölmüşdür. Ümumilikdə isə 150000 azərbaycanlı İrəvan və ətraf ərazilərdən qaçaraq Osmanlı hərbçiləri yanında sığınacaq tapmışlar. 

1918-ci ilin aprelində Şamaxı və Quba qətliamları. Bakı erməni neft milyonçusunun oğlu Lalayevin rəhbərliyi altında Şamaxıda sərxoş erməni silahlı dəstələri insanların gözünü çıxartmış, evlərinin balkonlarından atmış, uşaqları və yaşlı insanları döyə-döyə amansızcasına qətlə yetirmişlər. Qaçaraq məsciddə sığınacaq tapanlar elə oradaca yandırılmışlar. Şamaxıda yaşayan 30 min müsəlmandan 7 min nəfəri öldürülmüş və ya oradan qovulmuşlar.

Aprelin sonunda Şaumyanın əmri ilə digər erməni komandir Srvandzyanın rəhbərliyi altında 2000 erməni əsgəri Qubaya göndərilmişdir. "Yerli əhalinin duz-çörək və ağ bayraqla əsgərləri qarşılamasına baxmayaraq, mülki əhaliyə amansız divan tutulmuşdur. Qurbanlar haqqında dəqiq statistika olmasa da, 4000 azərbaycanlının vəhşiçəsinə öldürüldüyü bildirilir". 

Zəngəzurun Ermənistana güzəşt edilməsi. Zəngəzurda qonşu erməni həmkəndlilərin də müraciətinə cavab olaraq Andranikin silahlı dəstələrinin hücumu nəticəsində 10 000 müsəlman həyatını itirmiş, 50 000 insan oradan qovulmuşdur. Təkcə 1918-ci ilin yayında Zəngəzurda 115 müsəlman kəndi dağıdılmışdır. 1920-ci ilin 30 noyabrında isə Sovet Azərbaycanı Zəngəzuru Sovet Ermənistanına güzəşt etmiş, bunu rəsmiləşdirən protokolda isə heç bir səbəb göstərilməmişdir. Kipke yazır ki, "Naxçıvanla Azərbaycanın digər əraziləri arasında coğrafi bağlayıcı funksiyaya malik bu ərazi sovet hökuməti tərəfindən "əhəmiyyətsiz/lazımsız ərazi" (quantite negligeable) kimi aşağılanaraq qeyri-məhsuldar ərazi kimi Ermənistana verildi". 

Qarabağda qırğınlar. ADR hökuməti dövründə Britaniya qoşunlarının komandanlığı coğrafi mövqeyinə, iqtisadi və nəqliyyat infrastrukturuna görə Qarabağı Azərbaycan ərazisi kimi tanımışdır. Müəllif yazır ki, 1920-ci ilin Novruz bayramında Şuşa, Xankəndi, Tərtər, Əsgəran və ətraf ərazilərdə ermənilər azərbaycanlılara qarşı yenidən hücum etdilər. Aprelin əvvəlində bolşeviklərin şimal sərhədinə yaxınlaşdığı bir vaxt ADR hökuməti məcbur olub qoşunların bir hissəsini şimal sərhədindən çəkərək Qarabağa yönətməli oldu. Beləliklə, Qırmızı ordu böyük müqavimətlə qarşılaşmadan Azərbaycan sərhədini keçdi və 28 aprel 1920-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinə son qoydu.

Professor Kipke Qafqaz bürosunun 1921-ci il 4 və 5 iyul tarixli iclaslarını təhlil edərək yazır ki, əgər 4 iyul iclasında Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən söhbət gedirdisə, 5 iyul protokolunda Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət statusunun verilməsi qərarı rəsmiləşdirilmişdi. 5 iyul iclas protokolunu orijinalda kitaba əlavə edən müəllif yazır ki, bundan əlavə Azərbaycan rəhbərliyinə muxtar qurumun səlahiyyətinin müəyyənləşdirilməsi həvalə edilmişdi. Dağlıq və vadi Qarabağ ərazisinin, eləcə də Dağlıq Qarabağ regionunun Azərbaycanın digər hissəsi ilə iqtisadi bağlantısı hətta Dağlıq Qarabağın bolşevik erməniləri tərəfindən qəbul edilirdi. "Dağlıq Qarabağın Azərbaycanla iqtisadi bağlılığının güzgüsü nəqliyyat infrastrukturunun mövcud olmasıdır. Qarabağdan Azərbaycanın digər bitişik ərazilərinə şimal və şərq istiqamətində yollar aparır və davamlı, ikitərəfli iqtisadi əlaqələr mövcud idi. Qərbə, bugünkü Ermənistanda yerləşən Sevan gölü isiqamətində isə dağlıq ərazi, bəzi yerlərdə keçilməz hündür dağ silsiləsi gediş-gəlişi əhəmiyyətli dərəcədə çətinləşdirirdi. Ermənistanla Qarabağ arasında araba nəqliyyatı üçün yararlı birbaşa yol mövcud olmamışdır". Professor Kipke yazır ki, Azərbaycandan fərqli olaraq, Ermənistanla Qarabağ arasında nəqliyyat əlaqələrinin və iqtisadi bağlantının olmaması yetərli səbəb sayılmışdır ki, Qarabağla ətrafdakı digər Azərbaycan əraziləri arasındakı bağlantı qorunmaqla Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın.

Sovet Ermənistanı 1921-ci ilin iyulunda Qafqaz bürosunun qərarından narazı qaldığını bildirsə də, qərara ləyaqətlə və loyal şəkildə əməl edəcəklərinə zəmanət verdi. Azərbaycan hökuməti də İrəvan və Zəngəzurun güzəşt edilməsindən sonra bu qərardan çox da razı qalmamışdılar və hətta 1921-ci ilin sentyabrında Qafqaz bürosunun xəbərdarlığına baxmayaraq, Dağlıq Qarabağa muxtariyyət verilməsini əngəlləmək istəyirdilər. Nəhayət, iki il sonra, 1923-cü ilin iyulunda Azərbaycan sovet hökuməti Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret imzaladı. 1924-cü ilin 26 noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini müəyyən edən hüquqi sənəd qəbul edildi, bununla belə sonrakı illərdə, 1928-ci ilədək yeni vilayətin inzibati sərhədlərinin müxtəlif dəyişik formalarda çapına rast gəlindi.

Dağlıq Qarabağ münaqişəsinin II Dünya müharibəsindən sonra davamı. 1964-cü ildə verilən petisiyada guya "Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan dövlət orqanları tərəfindən sosial və iqtisadi cəhətdən sıxışdırıldığı və ermənilərin Ermənistana köçürülməsi üçün Bakının şərait yaratması" iddia olunurdu. Professor Kipke yazır ki, "petisiyalar məzmunca bir-birini təkrarlayırdılar, iddialar isə statistik göstəricilər əsasında və mərkəzi plan təsərrüfatı və idarəçiliyi olan bir vaxtda təsdiqini tapmır. Əslində, Bakı həmişə ermənilərin sosial həyat məsələlərinə diqqət yetirmişdir. Ermənilərin böyük miqyasda regiondan köçü (exodus) də sənədlər əsasında sübut olunmur. Ümumi əhalinin artımı nisbətində azərbaycanlıların artması isə müsəlman əhalinin doğum əmsalı ilə izah olunur". 

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibə. 1988-ci ildə münaqişə başlayanda Dağlıq Qarabağda əhalinin 25 faizini azərbaycanlılar təşkil edirdi. Sovet İttifaqının çöküşü prosesində 250 000 azərbaycanlı Ermənistandan qovuldu. Ermənistan 1992-ci ildə Laçın və Şuşanı zəbt etdi. Ermənistan 1993-cü il ərzində Dağlıq Qarabağ regionunun ətrafında digər 7 Azərbaycan rayonunu da işğal etmiş və Azərbaycan ərazilərində beynəlxalq birliyin heç bir üzvü tərəfindən tanınmayan əldəqayırma rejim quraşdırmışdır. Professor Kipke 1992-ci ilin fevralında 613 azərbaycanlının amansızcasına qətlə yetirildiyi Xocalı faciəsinin dəhşətini Almaniyanın TAZ qəzetinin 7.03.1992-ci il buraxılışından sitatla təsvir etmişdir. 

Professor Kipke nəticəyə gəlmişdir ki, Ermənistan və Azərbaycan arasında baş verən müharibə yalnız Azərbaycan torpaqlarında getdiyindən ölkəyə böyük ziyan vurmuş, insanlara misilsiz müsibətlər yaşatmışdır. Dünya ictimaiyyəti isə bütün bunlar haqqında ən yaxşı halda kiçik qeydlər etməklə kifayətlənmişdir.  


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı,

siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!