23 Aprel 2026 18:03
210
SİYASƏT
A- A+
Cuan Junven: Çin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir  

Cuan Junven: Çin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir  


Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlmiş Azərbaycan ilə Çin əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Dostluq, qarşılıqlı hörmət və dəstək prinsiplərinə söykənən dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolu vurğulanaraq, mövcud olan fəal siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, yaşıl enerji, rəqəmsal texnologiyalar, innovasiya və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.

Söhbət zamanı Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasəti barədə məlumat verilib. Milli Məclisin sədri bildirib ki, son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda dövlətin yeni rəqəmsal arxitekturasının formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu kontekstdə cari ilin fevral ayında “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, aparılan siyasət kritik infrastrukturun inkişafını, rəqəmsal iqtisadiyyatın genişlənməsini və dövlət idarəçiliyi sistemində innovativ həllərin tətbiqini əhatə edir.

Söhbətdə, həmçinin parlamentin fəaliyyətində informasiya texnologiyalarından çevik istifadə, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, habelə süni intellekt həllərinin tətbiqinin sürətləndirilməsi məqsədilə görülən işlər barədə məlumat verilib.

Görüşdə, eyni zamanda, vurğulanıb ki, müasir dövrdə kibertəhlükəsizlik ölkələrin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir və bu sahə daim diqqət mərkəzində saxlanılmalıdır.

Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junven ölkəsinin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Son illər Çinin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verən qonaq deyib ki, ölkəsi Azərbaycanla internet, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, süni intellekt və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyə hazırdır. Azərbaycanda bu sahədə görülən işləri, habelə ölkə əhalisinin 90 faizdən artığının internetə əlçatanlığını yüksək qiymətləndirən qonaq bildirib ki, bu istiqamətdə əldə olunan nəticələr məmnunluq doğurur.

Söhbət zamanı tərəflər Azərbaycan ilə Çin arasında həqiqi dostluğa, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bundan sonra da xalqların rifahı naminə bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

N.S.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

00:07
24 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması" adlı müsabiqə keçirir

00:06
24 Aprel

Cəbəllütariq boğazında 124 gəmi qəzası aşkar edilib

23:53
23 Aprel

Azərbaycan BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasına qoşulub  

22:38
23 Aprel

"Meta"dan yeni addım: İşçilərin hər hərəkəti izləniləcək  

21:26
23 Aprel

Su üzərindəki günəş panelləri canlılar üçün sığınacağa çevrilir

21:16
23 Aprel

Azərbaycan - Latviya münasibətləri: strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiyaya keçid

21:02
23 Aprel

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib

20:58
23 Aprel

Avropa birjalarında eniş müşahidə olunur

20:45
23 Aprel

Gəncədə beynəlxalq forum: I Yaşıl İqtisadiyyat

20:28
23 Aprel

 “Honor” “iPhone 17”ə bənzər smartfonlarını nümayiş etdirib  

20:17
23 Aprel

Azərbaycanın yunan-Roma güləşi komandası ardıcıl ikinci il Avropa çempionu olub  

20:11
23 Aprel

Daşkəsən rayonunda “AzerGold” QSC və RİİB-in birgə təşəbbüsü ilə genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib  

20:04
23 Aprel

“Sony Ace” idmançıları məğlub edir

19:57
23 Aprel

NATO Baş katibi: Nüvə gücümüz hər zaman hazır olmalıdır

19:47
23 Aprel

Laçın şəhərində kanat yolu layihəsinin tikintisi sürətlə davam edir

19:41
23 Aprel

Bakıda II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti-Logistika Forumu Keçirilir

19:32
23 Aprel

Rəqəmsal asılılıq uşaqlarda davranış pozuntusuna səbəb olur

19:28
23 Aprel

Hörmüz boğazının minalardan təmizlənməsi 6 ay çəkə bilər

19:26
23 Aprel

İndoneziya iqtisadiyyatını qorumaq üçün ciddi tədbirlər görür  

19:19
23 Aprel

Yaxşı ailə mühiti nəsillərin taleyini dəyişir  

19:11
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!