18 Aprel 2026 08:00
4968
SİYASƏT
A- A+
Qlobal platformalarda Azərbaycanın artan rolu və nüfuzu

Qlobal platformalarda Azərbaycanın artan rolu və nüfuzu


İlham Əliyevin diplomatik strategiyası ölkəmizi beynəlxalq tədbirlərin vazkeçilməz iştirakçısına çevirib 


Azərbaycan diplomatiyası ən parlaq dövrünü yaşayır. Prezident İlham Əliyevin uğurlu strategiyası və ölkəmizin beynəlxalq platformalarda xüsusi fəallığı Azərbaycanı dünya siyasətinin mühüm aktorlarından birinə çevirib. Regional və qobal müstəvidə Azərbaycanın artan rolu və nüfuzu dövlətimizi bəşəriyyəti narahat edən problemlərin həllində açar ölkə statusuna yüksəldib. 

İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə ölkəmiz beynəlxalq tədbirlərdə, sadəcə, iştirakçı qismində deyil, strateji baxışları böyük maraq doğuran aparıcı ölkə kimi çıxış edir. Münxendən Davosa, Şanxaydan Antalyaya qədər uzanan diplomatik coğrafiya Azərbaycanın beynəlxalq aləmdə nə dərəcədə arzulanan və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. 

Aprelin 17-də Türkiyədə dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan 5-ci Antalya Diplomatiya Forumu öz işinə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi foruma 150 ölkədən 500-dən çox yüksəksəviyyəli rəsmi şəxs qatılıb. Dövlət başçılarının təxminən yarısı Avropa və Afrika ölkələrini təmsil edir. Aprelin 19-dək davam edəcək forumda üç gün ərzində akademiklər və tələbələr də daxil olmaqla, ümumilikdə 5 min nəfərin iştirak edəcəyi deyilir.

Antalya Diplomatiya Forumu müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib. Forumun builki mövzusu "Gələcəyi formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə"dir. Bu mövzu daha yaxşı gələcək qurmaq üçün problemləri əvvəlcədən görməyin və effektiv şəkildə həll etməyin vacibliyinə diqqət çəkir. Bunu reallaşdırmaq üçün isə imkan və risklərin düzgün müəyyənləşdirilməsi, yeni strategiyaların hazırlanması və qazanılmış təcrübənin real fəaliyyətlərə çevrilməsi olduqca vacibdir. 

Forumun keçirildiyi gün Azərbaycan Prezidenti İlham Əliyev Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Söhbət zamanı Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrimizin inkişaf etdiyi vurğulanıb. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib. Dövlətimizin başçısının Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla da görüşü olub. Görüşdə Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub. Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb. Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd olunub. 

Prezident İlham Əliyevin forum çərçivəsində görüşdüyü digər liderlərdən biri də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa olub. Dövlət başçıları enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunaraq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq edib. Prezident İlham Əliyev Antalyada Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə də görüşüb. 

Ümumiyyətlə, Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal diplomatik proseslərdə rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aparılan yüksəksəviyyəli danışıqlar Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır. 

Azərbaycanın nüfuzlu qlobal müzakirə platformalarına mütəmadi dəvət edilməsi, dövlətimizin başçısı İlham Əliyevin çıxışlarına böyük maraq göstərilməsi təsadüfi xarakter daşımır. Bu, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların və Azərbaycanın dünyada sülh, sabitlik və əməkdaşlıq simvolu kimi qəbul edilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin mütəmadi olaraq mötəbər regional və qlobal toplantılarda iştirakı, habelə Bakının evsahibliyi etdiyi yüksəksəviyyəli sammitlər Azərbaycanın qazandığı etimadın bariz nümunəsidir. 

Dövlətimizin başçısının yürütdüyü uzaqgörən və praqmatik siyasət sayəsində ölkəmiz dünya miqyasında əsas siyasi, iqtisadi və humanitar mərkəzlərdən birinə çevrilib. Beynəlxalq müstəvidə siyasi çəkisinin artması Azərbaycanı qlobal hadisələrə təsir edə bilən etibarlı tərəfdaş kimi möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq arenada sabitliyin, dinamik inkişafın və konstruktiv əməkdaşlığın rəmzi hesab olunur. Bakı ilə tərəfdaşlıq etmək niyyətində olan xarici dövlətlərin və beynəlxalq təşkilatların sayı mütəmadi olaraq çoxalır. Bu uğurun təməlində isə Azərbaycan liderinin balanslı xarici siyasəti, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan bərabərhüquqlu münasibətlər dayanır. Bu da ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldir. 

Azərbaycanın beynəlxalq platformalarda mərkəzi fiqura çevrilməsinin təməl səbəblərindən biri odur ki, dövlətimiz beynəlxalq öhdəliklərinə sadiq qalan, etibarlı tərəfdaş imicinə malikdir. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki böyük təcrübəsi, strateji baxışları, mürəkkəb geosiyasi situasiyalarda nümayiş etdirdiyi praqmatizm və beynəlxalq hüquqa əsaslanan mövqeyi dövlətimizin başçısını beynəlxalq forumların ən çox diqqət mərkəzində olan liderinə, sözü dinlənilən natiqlərindən birinə çevirib. Prezidentimizin iştirak etdiyi hər platforma, keçirilən görüşlər və əldə olunan razılaşmalar diplomatik münasibətləri real nəticələr və strateji məzmun baxımından tamamilə yeni, daha yüksək bir müstəviyə daşıyır. Real həllər təklif edən İlham Əliyevin beynəlxalq platformalardakı çıxışları strateji dəqiqliklə yadda qalır. 

Son dövrdə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA - Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Münxen Təhlükəsizlik Konfransı və Davos İqtisadi Forumunda, Avropa Siyasi Birliyinin sammitlərində iştirakı ölkəmizə marağın əyani təcəssümüdür. Bununla yanaşı, Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi Azərbaycanın fərqli bloklar arasında körpü qurmaq qabiliyyətini sübut etdi. Azərbaycanın ən böyük qlobal tədbirlərdən biri olan COP29-a evsahibliyi etməsi ölkəmizin bəşəri problemlərin həllində aparıcı dövlət kimi qəbul olunduğunu təsdiqləyir. Bu gün dünya paytaxtları və beynəlxalq təşkilatlar hər hansı regional və ya qlobal layihəni Azərbaycanın rəyi və iştirakı olmadan təsəvvür etmirlər. 

Azərbaycanın diplomatik uğurları düşünülmüş və milli maraqlara söykənən strateji kursun məntiqi yekunudur. Prezident İlham Əliyevin beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipiallıq Azərbaycanı qlobal qeyri-müəyyənliklər dövründə bəşəri təşəbbüslərlə çıxış edən ən etibarlı tərəfdaşa çevirir. Bu gün beynəlxalq sənədlərdə dövlətimizin imzası təkcə tərəfdaşlığın təsdiqi deyil, həm də yeni dünya nizamının formalaşmasında mühüm bir iradənin təzahürüdür. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb YENİLƏNİB

13:37
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir 

10:36
16 May

Azərbaycan nefti 116 dollara satılır

10:15
16 May

Tramp Çin səfərini uğurlu adlandırıb

09:18
16 May

Nazir: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq güclü əməkdaşlıq modelinə çevrilib

09:10
16 May

Bilmək istəyirəm

09:00
16 May

Şərqi Zəngəzurun yeni növrağı

08:55
16 May

Bizim əbədi Laçın

08:50
16 May

Yeni çağırışlar TAP-ın genişləndirilməsini tələb edir

08:45
16 May

Qarabağ və Şərqi Zəngəzur xarici investorlar üçün də cəlbedici regionlardır

08:40
16 May

Cıdır düzü yenə beynəlxalq səhnəyə çevrilib

08:35
16 May

Bu günlər Bakının nəbzi WUF13-lə döyünür

08:30
16 May

Bakı növbəti dəfə dünyanı bir araya gətirir

08:25
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!