24 Aprel 2026 09:05
175
Mədəniyyət
A- A+
Unutmur bu oba, bu mahal onu

Unutmur bu oba, bu mahal onu


Azərbaycanın ədəbiyyat səmasında elə ulduzlar var ki, onların işığı zaman keçdikcə nəinki sönür, əksinə, illər ötdükcə daha da parlayır. Bu ulduzlardan biri də sözün qüdrətini xalqın ruhu ilə birləşdirən böyük şair Səməd Vurğundur. Onun yaradıcılığı təkcə bir dövrün deyil, bütövlükdə bir millətin mənəvi yaddaşının ifadəsinə çevrilib.

Prezident İlham Əliyevin XX əsr Azərbaycan ədəbiyyatinin qüdrətli simalarindan biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illik yubileyinin qeyd olunması barədə imzaladığı sərəncamda qeyd olunub: "Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir".

 Onun adı çəkiləndə göz önündə yalnız bir şair deyil, bütün ziddiyyətləri, ağrı-acıları, sevinci və ümidləri, inamı və inamsızlıqları ilə birlikdə bütöv bir dövr canlanır.

Səməd Vəkilov həyatını, mənəvi dünyasını təcəssüm etdirən Vurğunu özünə  təxəllüs götürmüşdü. O, 1906-cı ilin Novruz bayramı günündə - martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində dünyaya göz açmışdı. Uşaqlıq illəri doğma kəndində keçmişdi. Yuxarı Salahlının təbiəti, yurddaşlarının sadə həyat tərzi, el-obanın zəngin folkloru onun gələcək yaradıcılığına güclü təsir göstərmişdi.

Anası Məhbub xanım 28 yaşında dünyadan köçəndə Səmədin 6 yaşı varmış. Körpə qəlbinin ozamankı sarsıntılarını illər sonra - 1927-ci ildə belə qələmə almışdır:

 

Pək cocuğdum, yerə gömdülər səni, 

Həyata qanadsız atdılar məni. 

Bax necə pozulub ömür gülşəni, 

Həyat sənsiz mənə zindandır, ana!


Səməd Vurğun atası Yusif ağa ilə ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. 1918-ci ildə görkəmli maarifçi Firudin bəy Köçərli Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsinə nail olanda Səməd və böyük qardaşı Mehdixan həmin filialda təhsil alıblar.

Onun poeziyaya kiçik yaşlarından maraq göstərməsi kimsə üçün qeyri-adi olmayıb. Çünki Səməddən qabaq da qohumları arasında şair kimi tanınanlar vardı. Ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə şeirlər yazırdı. Ana nənəsi Aişə xanım isə görkəmli şair Molla Vəli Vidadinin nəslindən idi.

Səməd 1924-cü ildə seminariya təhsilini başa vurandan sonra Qazaxda, Qubada, Gəncədə orta məktəbdə müəllim işləyib. Ancaq poeziyaya vurğunluğu bütün varlığına, mənəvi aləminə hakim kəsilib. O vaxtdan Vurğun təxəllüsü ilə qələmə aldığı poeziya nümunələrində doğma yurdunu, vətənini, onun təbiətinin əsrarəngiz gözəlliklərini vəsf edib. Amma həmin illər yazdığı şeirlərində şairin nakam sevgisini də görmək olurdu.

1929-cu ildə Moskvaya yollanan Səməd ikinci Moskva Universitetinin Ədəbiyyat fakültəsinə qəbul edilib. O həmin illər artıq şair kimi öz sözünü deyirdi. Moskvadakı təhsil illərində isə yaradıcılıqla daha da fəal məşğul olub.

1930-cu illərdən etibarən Səməd Vurğun Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmağa başlayıb. Onun şeirləri xalqın ruhuna yaxınlığı, sadəliyi və eyni zamanda dərin məzmunu ilə seçilib, hər misrası oxucuların qəlbinə yol tapıb.

1930-cu ildə "Şairin andı" adlı ilk kitabı işıq üzü görüb, 1934-cü ildə onun "Könül dəftəri", 1935-ci ildə "Şeirlər" adlı kitabları çapdan çıxıb. Qələmə aldığı şeirlər, poemalar onun istedadının təcəssümünə çevrilib. Səməd Vurğun təkcə öz yaradıcılığında deyil, ümumilikdə Azərbaycan ədəbiyyatında mühüm yer tutan "Azərbaycan" adlı şeirini də həmin illər -  1933-cü ildə yazıb. Şair vətənə sonsuz məhəbbətini səmimi duyğularla, ahəngdar dillə belə ifadə edib:


El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən.

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!


Bu misralar sadəcə poetik ifadə deyil, bir xalqın vətənə bağlılığının bədii manifestidir. Şair vətəni ana ilə eyniləşdirərək bu sevgini ən yüksək səviyyədə tərənnüm edib. "Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı"nda qeyd olunduğu kimi: "Onun dillər əzbərinə çevrilmiş "Azərbaycan" şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir.

Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. 

Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır".

Səməd Vurğunun poeziyasında qədim Azərbaycan torpağının nəfəsi, ulu Azərbaycan xalqının ruhu var. Onun misralarında dağların əzəməti, çayların coşqusu, insanların arzuları və mübarizəsi yaşayır. Şair qələmi ilə sadəcə söz demir, şeir yazmırdı, o, insanların duyğularını dilə gətirirdi.

Şairin yaradıcılığına diqqət yetirəndə ilk nəzərə çarpan məqam sadəliklə dərinliyin vəhdətidir. Səməd Vurğun fəlsəfi fikirləri elə səmimiyyətlə ifadə edirdi ki, hər kəs onu anlayırdı.

Şairin əsərlərində insan obrazı da xüsusi əhəmiyyət daşıyır. Onun qəhrəmanları real həyatdan götürülmüş sadə, lakin böyük əksəriyyəti mənəvi cəhətdən zəngin - sevən, zəhmətlə yaşayan, əziyyətlərə qatlaşan, mübarizə aparan, ümid edən insanlardır. Səməd Vurğun bu obrazlar vasitəsilə insanın daxili dünyasını, onun mənəvi gücünü ustalıqla açmağı bacarırdı.

Səməd Vurğun həm də istedadlı dramaturq idi. Onun "Vaqif" (1938), "Xanlar" (1939), "Fərhad və Şirin" (1941), "İnsan" (1944) və başqa əsərləri Azərbaycan dramaturgiyasının dəyərli nümunələrindəndir.

Şairin yaradıcılığından söz açarkən dili xüsusi qeyd olunmalıdır. Onun dili zəngin olduğu qədər də ahəngdar və axıcıdır. Şair doğma xalq dilinin gözəlliklərini qoruyaraq onu poetik zirvəyə qaldırmağı bacarırdı. Misralarında həm zəngin folklorumuzun izlərini, həm də müasiri olduğu dövrün düşüncələrinin əksini görmək mümkündür.

Onun gənclik illəri mürəkkəb ictimai-siyasi hadisələrin baş verdiyi bir zamanda keçib. Bütün çətinliklərə rəğmən, yaradıcılıq yolunu davam etdirib. Ancaq dövrünün ağır sınaqları, kəskin, ziddiyyətli siyasi rejim şairi erkən qocaldıb. Səməd Vurğunun "Şair, nə tez qocaldın sən" şeiri özünün özünə ağrılı etirafı, zamanəsinə etirazı kimi səslənir:


Bəzən uca, bəzən asta,

Ötür sazım min sim üstə.

Andı yalan, eşqi yalan,

Dostluğu da rüşvət olan,

Ürək yıxan bir iblis də

Üzəvari deyir hərdən:

Şair, nə tez qocaldın sən!


Ancaq şair bir həqiqəti bilirdi. Əmin idi ki, onu dövrünün acıları sağalmaz xəstəliyə mübtəla etsə də, ömrü 50 yaşında - 1956-cı il mayın 27-də son mənzilinə yetsə də, adı Azərbaycan ədəbiyyatında və xalqının qəlbində hər zaman yaşayacaq. Elə bu inamla da yazmışdı:


Bəxt məni bu yerə qonaq göndərdi,

Gedirəm, yamandır ayrılıq dərdi.

Demə, Səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni.… 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

“Axios”: SEPAH Hörmüz boğazında yeni minalar yerləşdirib  

09:36
24 Aprel

Tramp: Putinin G20 sammitində iştirakı çox faydalı olardı

09:35
24 Aprel

Tramp: İranla razılaşmanın müvəqqəti deyil, əbədi olmasını istəyirəm

09:34
24 Aprel

Tramp: Nüvə silahının heç kim tərəfindən istifadəsinə icazə verilməməlidir

09:33
24 Aprel

İran XİN: Nüvə məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil

09:31
24 Aprel

Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq

09:29
24 Aprel

Yunan-Roma güləşi üzrə komandamız ardıcıl ikinci il Avropa çempionu oldu 

09:15
24 Aprel

Sənətşünas alim, bənzərsiz rəssam

09:10
24 Aprel

Unutmur bu oba, bu mahal onu

09:05
24 Aprel

İşığın doğulduğu şəhər

09:00
24 Aprel

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

08:55
24 Aprel

Sumqayıtda 13 yeni transformator məntəqəsi tikilir

08:50
24 Aprel

Gəncədə Çin avtomobilləri istehsal olunacaq

08:45
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!